Yük maşını parça-parça oldu - VİDEO

Sərnişin qatarı qarşısına çıxan ağır texnikanı parça-parça elədi. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, izləyənəri dəhşətə gətirən bu görüntülər Polşada lentə alınıb. Varşavadan Katovitse şəhərinə gedən sərnişin qatarı ilə yük maşınının toqquşması hadisə baş verən vaxt ərazidə olan başqa bir avtomobilin videoqeydiyyatçısından görüntülənib. Kadrlarda yük maşınının relslərin üzərində dayandığı, sürücünün isə nəqliyyat vasitəsindən uzaqlaşdığı öz əksini tapır. Bir neçə saniyə sonra qatar sürətlə özünü relslərin üzərindəki yük maşınına yetirir. Ağır texnikanı kirbit qutusu kimi əzən qatar, yük maşınından geriyə dəmir qırıntıları qalır.
Polis qəza baş verən vaxt qatarda 270-dən çox sərnişin olduğunu, onlardan 2-sinin yüngül yaralandığını bildirib. Qəza nəticəsində relslərə ziyan dəydiyindən bölgədə qatar səfərləri müvəqqəti təxirə salınıb.
Parça-parça olan yük maşınının hansı səbəbdən qatarın hərəkət trayektoriyası üzərində dayandığı məlum deyil. Polisər bunun texniki nasazlıq, yoxsa təxribat olduğunu araşdırır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












