Yük maşını yaşayış evinə girib, 7 uşaq öldü
Qəzalar
24 Aprel 2015 00:09

Onlardan beşi qız, ikisi isə oğlandır
Pakistanda dəhşətli hadisə baş verib. Böyük sürətlə hərəkət edən yük maşını yaşayış evinə girib. Hadisə nəticəsində 7 uşaq həlak olub. Onlardan ən kiçiyinin 2 yaşı olub. "Report"un "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Pəncab əyalətinin Cəng şəhərində baş verib. Hadisə nəticəsində birotaqlı palçıqdan tikilən evin tavanı tamamilə dağılıb və otaqda olan 9 uşaq və onların valideyninin üzərinə düşüb. Məlumata görə, yalnız iki uşaq və iki böyük sağ qalıb. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Ölən uşaqların beşi qız, ikisi isə oğlandır.
Hadisəyə yüksək sürət və idarəetməni itirmə səbəb olub. Yük maşının sürücüsü və onun köməkçisi həbs edilib.
Oxunub : 1711
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
ŞƏRH YAZ












