Yük maşını YPX avtomobilinə çırpıldı - FOTO - VİDEO

Bakı-Sumqayıt yolunda qəza baş verib.
Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
İlkin məlumatlara görə, yük avtomobili ilə Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin xidməti avtomobil toqquşub.
Hadisə nəticəsində ölən və yaralananlar yoxdur.
Məsələ il bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Oxu.Az-a açıqlamasında hadisəni təsdiqləyib:
“Yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun 15-ci kilometrliyində baş verib. “Tatra” markalı yük avtomobili dayanmış vəziyyətdə olan YPX avtomobilinə çırpılıb. YPX avtomobili zərbənin təsirindən yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Yük avtomobilinin sürücüsünün verdiyi ilkin məlumata görə, qəzaya səbəb maşının əyləc sisteminin işləməməsi olub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib”.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











