Yük maşınının altına girən “VAZ-2101”dən sürücünün sağ çıxması insanları şoka saldı - VİDEO

Anidən idarəetməni itirən sürücü avtomobilini nəhəng nəqliyyat vasitəsinin hədəfinə salıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin təəccüblə izlədiyi yol-nəqliyyat hadisəsi Bərdə rayonunda qeydə alınıb. Həvəskarların kamerasına düşən görüntülərdən aydın olduğu kimi 10-DT-679 dövlət nömrə nişanlı, “VAZ-2101” markalı avtomobil, 77-FR-253 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Hadisə şahidlərinin məlumatına görə qəzanın yaranmasına səbəb “VAZ-2101” markalı avtomobilin öz yolundan çıxaraq hərəkətdə olan yük maşınına dəyməsi olub. Tamamilə yararsız vəziyyətə düşən maşından sürücünün xəsarət almadan qurtulması isə hadisə şahidlərinin heyrətinə səbəb olub. Həmçinin videonu izləyənlərlər də təəccüb dolu rəylərini şərh bölməsində vurğulayıblar.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan polis əməkdaşları faktla bağlı araşdırma aparıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












