Yük maşınının altında qalan sürücü öldü

Bu gün saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən müəssisədə vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Avtosfer.az-ın xəbərinə görə, dərhal adı çəkilən ünvana yollanan xilasedicilər hadisə yerinə baxış keçirərkən məlum olub ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus avtonəqliyyat müəssisəsində 1979-cu il təvəllüdlü sürücü Yaşar Nizami oğlu Vəliyev "MAN" markalı maşınını təmir etmək məqsədilə yük platformasına qaldırıb. Bu zaman yük platforması aşıb, sürücü yük platforması ilə avtomobilin şassisinin arasında qalaraq xəsarətlər alıb və dünyasını dəyişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət edərək, sürücünün meyitini çıxarıb və aidiyyəti qurumlara təhvil veriblər.
Fərid
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












