Yük vaqonları aşdı, əməliyyat başladı - FOTO

Qəzalar 19 May 2015 12:40 Oxunub 1422
Yük vaqonları aşdı, əməliyyat başladı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hacıqabul dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi olub

Hacıqabul dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bununla əlaqədar olaraq Hacıqabul dəmir yol mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirovun və Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttiş Oqtay Abbasovun şəxsi nəzarəti ilə təşkil olunan və həyata keçirilən təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri iştirak edirdlilər. 

Hacıqabul qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplandılar. Qovşaq rəhbəri, stansiyasının rəisi Rafiq Qafarov məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində ikiyük vaqonu relsdən düşüb və aşıb, xəsarət alanlar var, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib. Stansiyanın xidməti binalarının bəzi sahələrində uçqunlar olub, uçqunlar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə etdi.

Müvəqqəti rabitə bərpa edildi.Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil oldu, mövcud vasitələrlə yanğın ocaqları söndürüldü. Yaralılar ərazidən kənarlaşdırıldı, xilasetmə qrupu əraziyə daxil oldu. Yaralılara ilkin tibbi yardım göstərildi və onlar xərəklə tibb məntəqəsinə aparıldılar. Bərpa manqası əraziyə yaxınlaşaraq bərpa işlərinə başladı. 

Bərpa işləri başa çatandan sonra hər bir manqa komandiri MM Qərargahı rəhbərinə məruzə etdi. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirdi və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib. 

Təlimdə Fövqəladə Hallar Nazirliyinin və «Azərbaycan Dəmir Yolları» QSC-nin əməkdaşları iştirak ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh