Yüksək sürət iki azərbaycanlının canını aldı

Mayın 21-də azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Qaracalar kəndində baş vermiş yol-qəzası nəticəsində iki nəfər soydaşımız dünyasını dəyişib və bir nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, “Toyota” və “Opel” markalı avtomobillər Qaracalar kəndindən 30-35 kilometr aralıda, Balto kəndi yaxınlığında toqquşub.
Məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü olan Mamuka Kamal oğlu və 20-21 yaşlarında olan sərnişin Əhməd Əsgərov hadisə yerində keçiniblər. Hadisə zamanı yaralanan daha bir sərnişin, 28 yaşlı Nadir Şirxan oğlu Saqareco rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.
Hadisə yerinə polis və təcili yardım maşını gəlib. Hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası araşdırma aparır. İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












