Yunanıstan sahillərində qəza - 78 nəfər öldü

Yunanıstan sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Yunanıstan Sahil Mühafizəsinin məlumatına istinadən məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində azı 78 nəfər ölüb. Gəminin 100-dən çox sərnişini xilas edilib. Sağ qalanlar Kalamata şəhərinə aparılıb.
Müxtəlif mənbələrə görə, gəmidə 400-700 arası insan olub. Peloponnes periferiyası administrasiyasının mətbuat xidməti ölənlərin sayının əhəmiyyətli dərəcədə artacağını istisna etmir.
KİV gəmidəki sərnişinlərin əksəriyyətinin Əfqanıstan, Suriya, Misir və Pakistandan olan kişilər olduğunu yazır. Onlar Liviyadan İtaliyaya gedirmişlər.
BMT-nin məlumatına görə, ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya 72 mindən çox miqrant gəlib. Eyni zamanda, qəzalar zamanı minə yaxın insan həlak olub və ya itkin düşüb.
Modern.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












