Zaqatalada 19 yaşlı qızı maşın vurdu

Balakən rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə sentyabrın 18-i günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 137-ci kilometrliyində, Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini idarə etdiyi “Mercedes” markalı 62 BH 189 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən istiqamətində hərəkətdə olarkən qəfildən yolun hərəkət zolağına çıxaraq yolu keçmək istəyən piyadanı, Balakən rayonu Katex kənd sakini 1996-cı il təvəllüdlü Ana Hacıyov qızı Nəbiyevanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 19 yaşlı Ana Nəbiyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Zaqatala RMX-dan APA-ya bildirilib ki, Ana Nəbiyeva müxtəlif dərəcəli bədən xəsarətləri və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












