Zaqatalada Gürcüstan vətandaşını avtomobil vuraraq öldürüb
Qəzalar
1 İyul 2023 11:20

Zaqatalada Gürcüstan vətandaşını avtomobil vuraraq öldürüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 30-u axşam saatlarında rayonun Qandax kəndində baş verib.
Kənd sakini 71 yaşlı Fərman Cumaəliyev idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə Gürcüstan Respublikasında qeydiyyatda olan və hazırda Qandax kəndində yaşayan 62 yaşlı Şamama Cəlal qızı Şabanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş. Şabanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib.
Ş. Şabanova aldığı ağır xəsarətlərdən xəstəxanaya yerləşdirildikdən bir neçə saat sonra dünyasını dəyişib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub : 952
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












