Zaqatalada iki maşın toqquşdu, xəsarət alanlar var - FOTO

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
Hadisə saat 17:30-da rayonun Aşağı Tala kəndi ərazisində, Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib.
Taksi fəaliyyəti göstərən “VAZ 21011” markalı, 55-BN-267 dövlət nömrə nişanlı və “Mercedes” markalı, 99-GL-668 dövlət nömrə nişanlı iki minik avtomobili toqquşub. Qəza zamanı üç nəfər Zaqatala şəhər sakini - 1993-cü il təvəllüdlü Orxan Səməd oğlu Paşayev, onun qardaşı, 1990-cı il təvəllüdlü Elçin Səməd oğlu Paşayev və rayonun Aşağı Tala kənd sakini 1995-ci il təvəllüdlü Əzim Kazım oğlu Cavadov xəsarət alıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















