Zaqatalada iki mikroavtobus toqquşub, xəsarət alanlar var

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 118-ci kilometrliyində, Zaqatala rayonunun Qımır kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Zaqatala rayon sakini, 1960-cı il təvəllüdlü Qarakişi Heybulla oğlu Qarakişiyevin idarə etdiyin “Mercedes Bens – 208D” markalı, 10 XX 698 dövlət nömrə nişanlı mikroavtobus Qax rayon istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan, Ağcabədi rayon sakini, 1959-cu il təvəllüdlü Şirin Əli oğlu Bayramovun idarə etdiyi “Mercedes Bens 311” markalı 90 ME 064 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşub.
Qəza zamanı Şirin Bayramovun idarə etdiyi mikroavtobusda olan sərnişinlərdən Ağcabədi rayon sakinləri - 1961-ci il təvəllüdlü Nəzakət Cəmil qızı Zalova və 1967-ci il təvəllüdlü Tərlan Əsgər qızı Mirzəyeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. N.Zalovanın müalicəsi reanimasiya, T.Mirzəyevanın müalicəsi isə cərrahiyyə şöbəsində aparılır.
Ad - 00:08
Project GLO
Faktla bağlı araşdırma aparılır.
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB










