Zaqatalada maşın yandı: 4 yaralı

İyunun 10-da gecə saat 23 radələrində Zaqatala rayonunda bir nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Göybarax kəndində qeydə alınıb. Zaqatala rayon Polis İdarəsindən verilən məlumata görə, iki avtomobilin toqquşması nəticəsində “VAZ 2107” markalı avtomobil alışaraq yanıb. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Zaqatala rayon Mamrıx kənd sakini Dünya Qəhrəman qızı Canayeva dünyasını dəyişib. 1956-cı il təvəllüdlü Mamrıx kənd sakini Nazıxanım Məhəmməd qızı Aydəmirova, 1985-ci il təvəllüdlü Qəhrəman Şirin oğlu Canayev və 1988-ci il təvəllüdlü Şərqiyyə Zakir Qızı Balayeva müxtəlif bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Zaqatala rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəsarət alanlardan Şərqiyyə Balayevanın vəziyyəti ağır olduğu üçün o dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki sərnişin - Nazıxanım Aydəmirova və Qəhrəman Canayevin vəziyyəti normal olduğundan onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Faktla bağlı Zaqatala rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
anspress
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












