Zaqatalada minik avtomobilləri toqquşub, maşının biri çaya düşüb

Zaqatalada iki minik avtomobili toqquşub, qəzadan sonra maşınlardan biri çaya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə səhər saatlarında rayonun Zaqatala-Aşağı Tala avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra avtomobillərdən biri idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Yuxarı Tala kənd sakini 1983-cü il təvəllüdlü Elçin Tacəddin oğlu Məmmədov və Aşağı Tala kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Abdulla oğlu Zamanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
apa
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












