Zəncirvari qəza - 3 maşın yararsız hala düşdü - FOTOLAR

Lənkəranda zəncirvari yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 2-də, saat 19.30 radələrində Lənkəran-Boradigah şosesinin yolun rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Cil kənd sakini, 1970-ci il təvəllüdlü Fövzü Bağırovun idarə etdiyi “Mersedes” markalı, 99 GE 858 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn rayonun Cil kənd sakini, 1981-ci il təvəllüdlü Farid Eyvazovun idarə etdiyi “VAZ-21011” markalı, 05 BD 735 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Daha sonra “Mersedes” markalı avtomobil yolun kənarında dayanmış Lənkəran sakini, 1975-ci il təvəllüdlü Yalçın Əliyevə məxsus “VAZ-2106” markalı, 15 BG 879 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, güclü zərbə nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə baş verən ərazidə tıxac yaranıb. Əraziyə yol polisinin əməkdaşları cəlb olunublar. Onların müdaxiləsi ilə şose yolda mövcud olan gərginlik aradan qaldırılıb. Həmçinin qəza baş verən ərazi müayinə olunub.
Hadisənin baş vermə səbəbləri həyata keçirilmiş avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO















