Zəncirvari qəza: Aşan “TIR” magistral yolu sıradan çıxartdı, avtomobillərin hərəkəti məhdudlaşdı - VİDEO

Sürət həddini sıxan “TIR” sürücüsü sürüşkən yolda idarəetməni itirərək zəncirvari qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, zəncirvari qəza hadisəsi Türkiyənin Adana-Mersin avtomobil yolunda baş verib. Magistral yolu iflic vəziyyətinə salan qəzanın baş verməsinə səbəb “TIR” sürücüsünün nəzərdə tutulan sürətdən yüksək şəkildə yük maşınını idarə etməsi olub. Digər tərəfdən yola dağılan mazut “TIR”ın hərəkətini çətinləşdirərək zəncirvari qəzanın yaranmasına gətirib çıxarıb. Nəticədə dəmir dirəyin üzərinə aşan “TIR” magistral yolun hər iki tərəfini tutub və hərəkətdə olan digər yük maşınını və “Volkswagen” markalı minik avtomobilini də sıradan çıxarıb. Həmçinin daşıdığı yeşiklərlə dolu meyvə-tərəvəz də yola dağılıb. Xoşbəxtlikdən insan ölümü ilə nəticələnməsə də, qəza yaradan “TIR” tamamilə yararsızlaşıb, digər nəqliyyat vasitələri videodan göründüyü kimi, müəyyən dərəcədə zədələnib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












