Zəncirvari qəza: Qayda pozan hər üç avtomobil qurbana çevrildi - VİDEO

Yüksək sürətlə hərəkət edən maşın parklanan avtomobilləri bir-biri ilə toqquşduraraq zəncirvari qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına əsasən, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən yol-nəqliyyat hadisəsi Gəncə şəhərində baş verib. Həvəskar kamerasının lentə aldığı görüntüdən aydın olduğu kimi “Opel” markalı avtomobil 90-NZ-845 dövlət nömrə nişanlı, “VAZ-21154” markalı və 90-CU-251 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı avtomobillərə dəyib. Maşınların parkinqi üçün nəzərdə tutulmayan yerdə dayanan maşınlar “Opel”in yoldan çıxaraq onları hədəfə salmalarına şərait yaradıb. Nəticədə ön və yan hissəsi yararsız hala düşən “VAZ-21154” qarşısında dayanan “Mitsubishi”yə dəyərək zəncirvari qəza yaradıb. Qəza səbəbkarı olan “Opel”in isə ön və arxa tərəfləri sıradan çıxıb. Olaydan daha az zədə ilə qurtulan “Mitsubishi” olub.
Nərmin
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ











