Zərdabda ağır qəza: ölən və yaralanan var
Qəzalar
5 İyun 2015 02:48

“BWM” markalı minik maşını hərəkətdə olarkən yoldan çıxaraq aşıb
Zərdabda bir nəfərin ölümü, bir nəfərin isə xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Rayon polis şöbəsindən APA–ya verilən məlumata görə, hadisə bu gün rayonun Sileyli kəndi ərazisində baş verib. Zərdab rayon sakini 1988– ci il təvəllüdlü Kərimov Sahil Kamal oğlu idarə etdiyi “BWM” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Sərnişini 1966 – cı il təvəllüdlü sürücünün həmyerlisi isə Abdullayev Namiq Güloğlan oğlu aldığı bədən xəsarətləri nəticəsində dünyasını dəyişib.
İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin qabaq şinlərində baş verən nasazlıq olub. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.
Oxunub : 1590
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
ŞƏRH YAZ












