Zəvvarları daşıyan avtobus aşdı: 11 ölü

İranın Həmədan əyalətində Məlayir şəhərindən Bürucerd şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb, 11 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Avtosfer.az İRNA agentliyinə istinadən məlumat verir.
Həmədan əyaləti üzrə yol polis idarəsinin rəisi, general Mehdi Şakiri deyib ki, hadisə ötən axşam, yerli vaxtla saat 19:00 radələrində baş verib.
M.Şakirinin sözlərinə görə, avtobusun sərnişinləri iraqlı zəvvarlardır.
Sürücü yol sürüşgən olduğu üçün idarəetməni itirib və avtobus aşıb. Hadisə nətciəsində ölənlərin 10 nəfəri qadın, 1 nəfəri kişidir.
Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 25 nəfər isə Məlayir xəstəxanalarına çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir.
Hadisə ilə bağlı cinayət işi açılıb, olayın təfərrüatları araşdırılır.
Qeyd edək ki, iraqlı zəvvarlar İranın Məşhəd və Qum şəhərlərindəki ziyarətgahları ziyarət etdikdən sonra vətənlərinə qayıdarkən qəzaya düşüblər.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












