Zolağı düzgün seçməyən avtobus sürücüsü qəza törətdi - VİDEO

Bakıda marşrut avtobusunun sürücüsü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 1-də, paytaxtın Həsən bəy Zərdabi küçəsində qeydə alınıb. Belə ki, sağ zolaqla hərəkət edən avtobusun sürücüsü geriyə dönmə manevri həyata keçirib. Bu zaman geriyə dönən "Opel" markalı avtomobili vuraraq qəzaya səbəb olub.
Qanunvericiliyə görə, geriyə dönən sürücü ən sol zolaqdan manevr etməlidir. Digər zolaqlardan geriyə dönmək qanunla qadağandır. Qanunla qadağan edilməsinin səbəbi də məhz təhlükəsizlik üçündür. Geriyə dönmə manevri təhlükəli hesab olunduğuna görə sürücülər diqqətli olmalıdır. Lakin əksər sürücülər buna da dırnaqarası baxır. "Tələsirəm" deyənlər günün pik saatlarında geriyə dönmə zolağının dolu olduğunu görən zaman sağ zolaqlardan manevr edirlər. Bu isə sıxlığın, tıxacın daha da genişlənməsinə səbəb olur. Qəza olanda isə tələsmə bəhanəsi yaddan çıxır və maşını yolun kənarında saxlayaraq polisin, sığortanın gəlməsini gözləyirlər. Nəticədə həm maddi, həm də mənəvi zərərlə üz-üzə qalırlar. Belə halların baş verməməsi üçün yollarda səbirli və diqqətli olmaq və qaydalara ciddi şəkildə riayət etmək lazımdır.
Leyla
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












