Bakıda satılan qazlı suda görün nə aşkarlandı - FOTO

Yaponiyadan Azərbaycana idxal olunan 126 kq (360 ədəd) "DR. PEPPER CAN 350G" əmtəə nişanlı və 120 kq (240 ədəd) "GRAPE 500ML" əmtəə nişanlı meyvə ətirli qazlı su məhsullarında benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 52.8 kq (120 ədəd) südlü içki, 36 kq (72 ədəd) qazsız təbii su, 22.56 kq (48 ədəd) alkoqolsuz içki, 14.4 kq (18 ədəd) meyvə şirəsi, 24 kq (48 ədəd) "CALPIS THE RICH 490ML" əmtəə nişanlı, 20.64 kq (48 ədəd) "CALPIS BODY CALPIS BIO P430ML" əmtəə nişanlı, 24 kq (48 ədəd) "MITSUYA EXTRA RICH ORANGE SQUASH P500ML" əmtəə nişanlı, 72 kq (144 ədəd) "MITSUYA TOKUNO GRAPE SQUASH 500ML" əmtəə nişanlı, 72 kq (144 ədəd) "MITSUYA TOKUNO PEACH SQUASH P500ML" əmtəə nişanlı alkoqolsuz içki məhsullarının istifadə müddətinin bitdiyi müəyyən olunub. "Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar məhv edilib", - qurumdan əlavə olunub.


Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












