Bələdiyyə sədri kənd sakinlərinin ağac əkməsinə icazə vermədi - VİDEO

Sakinlər yol kənarında ağac əkmək istəyir, bələdiyyə isə buna icazə vermir. Avtosfer.az xəbər verir ki, Şəkinin Kiçik Dəhnə kəndinin sakinləri iddia edirlər ki, təşəbbüs qaldıraraq magistral yoldan kəndə gələn yolun bir hissəsində yaşıllaşdırma işlərinə başlayıblar. Kənd sakini Qabil Nurəliyev bildirib ki, sakinlər bir araya gələrək yolun təxminən 3 kilometrlik hissəsinin kənarlarında işıq dirəkləri quraşdırıb, ağaclar əkiblər. Onun sözlərinə görə, qalan 3 kilometrlik hissədə isə bələdiyyə sədri ağac əkilməsinə icazə vermir. Sakinlər bildirirlər ki, yaşıllaşdırma işləri üçün lazım olan vəsait də elə kənd sakinlərinin dəstəyi ilə toplanıb. Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri əlvida Cəlalov isə məsələnin tamamilə fərqli olduğunu bildirib. Onun sözlərinə görə, həmin ərazi ağac əkilməsi üçün uyğun deyil. O da qeyd edilib ki, vətəndaşlar Əgər ağac əkmək istəyirlərsə yamacda sürüşmənin qarşısını ala biləcək yerlərə əksinlər.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












