Erməni məhsulları gizlicə Bakı bazarında satılır? - VİDEO

Sosial şəbəkələrdə "8-ci kilometr bazarı"nda Ermənistan istehsalı olan "Lori" pendirinin satılması ilə bağlı iddialar diqqət çəkib. Belə ki, satıcılardan biri paylaşım edərək həmin məhsulun Gürcüstandan gətirildiyini bildirib.
Jurnalist İlhamə Nasir isə deyir ki, məhsulun üzərində nə Azərbaycan dilində məlumat var, nə də istehsalçı qeyd olunub:
"Məhsulun üzərində erməni dilində "Lori pendiri" yazılıb. Loru (Lori) mahalı Qərbi Azərbaycanın tarixi bölgələrindən biridir. Hazırda həmin ərazidə ermənilər yaşadığı üçün məhsulun istehsalçısının da erməni şirkəti olduğu ehtimal edilir. Əksər insanlar erməni və gürcü əlifbalarını bir-birindən ayırd edə bilmirlər. Düşünürəm ki, satıcı da məhz bundan istifadə edir. Məhsulun ölkəyə qanuni idxal proseduru ilə gətirilib-gətirilmədiyi müəyyənləşdirilməlidir".
Avtosfer.az xəbər verir ki, Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar etiketsiz və mənşəyi bəlli olmayan qida məhsullarının satışına nəzarətin gücləndirilməsini tələb ediblər.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, fakt araşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcək.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












