İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO

Bazarda piştaxtaları bəzəyən meyvələri satıcılar alıcılara təriflə təqdim edirlər. Amma meyvəni alıb yeyəndə bəlli olur ki, onların heç də hamısı dadlı deyil. Mövsümündən əvvəl bazara çıxarılan bu meyvələrin qiyməti isə başqa bir problemdir.
Avtosfer.az AzTV-yə istinadən bildirir ki, satıcılar məhsullarını belə təqdim edirlər:
- Bu çiyələk Viktoriyadır, dədə-baba sortudur. Çox dadlıdır, al ye.
- Ay sağ ol. Bu çox gözəl çiyələkdir, əsl çiyələk budur. Balaca olanlar gübrəlidir, dərmanlıdır.
Bəzi alıcılar isə narazıdırlar:
"Pulumu verib çiyələk almaq istəyərdim, amma üstündə olan ləkələrə görə ehtiyat edirəm".
Elə piştaxtalar da var ki, üzərində qiymət göstərilmir. Bu isə alıcıları çaşdırır. Alıcı yaxınlaşıb maraqlanır, lakin qiyməti eşidəndə almadan geri qayıdır:
- Ala bilmirik, boş gedirik.
- Dadı necədir?
- Çiyələyin dadı yoxdur.
- Bəs alça, ərik, şaftalı necədir?
- Hələ tezdir, yetişməyib. Alça üç manat olsa, yaxşı olar, indi altı-yeddi manata satırlar. Evdə nəvəm istəyir, amma pensiya buna çatmır, ala bilmirəm.
Mütəxəssislər bildirirlər ki, mövsümündən əvvəl bazara çıxarılan meyvələrin dadının fərqli olmasının səbəbi onların istixana şəraitində yetişdirilməsidir:
Təəssüf ki, bəzi iş adamları tez qazanc əldə etmək məqsədilə məhsulları istixanalarda yetişdirir və yetişməni sürətləndirən, rəngi süni şəkildə dəyişdirən preparatlardan istifadə edirlər.
Qiymətlərin göstərilməməsinə gəlincə isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, bu, qanun pozuntusudur. Satıcılar İnzibati Xətalar Məcəlləsinə əsasən 800 manatdan 1000 manatadək cərimə oluna bilərlər.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












