Maaşlarla bağlı MÜHÜM YENİLİK

Ştat vahidi yaradılarkən vəzifə maaşı göstərilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) sistemində yeni funksionallıq tətbiq olunub.
Bu yeniliyə görə:
-Müəssisələr sistemdə ştat vahidi yaradarkən həmin vəzifə üçün tarif (vəzifə) maaşını mütləq şəkildə göstərməlidirlər. Bu isə əmək münasibətlərində maaşların daha şəffaf göstərilməsi və qeydiyyatının dəqiq aparılması məqsədi daşıyır. Nəzarəti isə Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Avtosfer.az xəbər verir ki, Oxu24.com bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayıb.
“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) ştat vahidi yaradılarkən vəzifə maaşının göstərilməsi ilə bağlı yeni tələbin tətbiqində əsas məqsəd nədir?
"Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu və Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə əmək münasibətləri və məşğulluq sahələrində imkanların artırılması məqsədi ilə Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də ştat vahidi anlayışının Əmək Məcəlləsinə gətirilməsidir.
Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahiddir.
Yeni tələbin əsas məqsədi ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının sistemdə mütləq şəkildə göstərilməsini təmin etməkdir. Bu yanaşma müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, eləcə də əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına xidmət edir”,-deyə verilən açıqlamada qeyd olunur.
-Bu yenilik işəgötürənlər və işçilər üçün hansı üstünlükləri yaradacaq?
"Yeni funksionallıq ştat vahidlərinin formalaşdırılması prosesində daha şəffaf və aydın mexanizmin tətbiqinə imkan yaradır. Bunun nəticəsində əmək münasibətlərinin elektron mühitdə idarə olunması daha sistemli və səmərəli həyata keçirilir”,- deyə açıqlamada bildirilir.
-Vətəndaşlar öz əmək hüquqlarının qorunduğunu yoxlamaq üçün ƏMAS sistemindən necə istifadə edə bilərlər?
"Vətəndaşlar “e-sosial” portalı vasitəsilə ƏMAS-da mövcud olan şəxsi kabinetlərinə mütəmadi daxil olaraq prosesləri izləyə bilərlər. Belə ki, sistemdə işəgötürən və işçilər arasında rəsmi yazışmaların aparılması funksionallığı mövcuddur. Həmin bölmə vasitəsilə istənilən vaxt işəgötürənə müraciət etmək mümkündür. Eyni zamanda daxil olmuş müraciətləri izləmək imkanı da yaradılmışdır. İşəgötürən tərəfindən verilmiş əmrlərin işçilərin kabinetlərinə inteqrasiyası da təmin edilib”,-deyə rəsmi qurum qeyd edib.
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO
Avtobusda ödəniş etməsəniz sürücü CƏRİMƏLƏNƏCƏK
Bunu edənlərin NƏZƏRİNƏ: 500 manatadək cərimə olunacaqsınız!
15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - Bakıda ŞOK hadisə - VİDEO
ABB-də nə baş verir? – ŞİKAYƏTLƏR PİK HƏDDƏ ÇATDI
Bu yerlərdən uzaq durun! – Əhaliyə müraciət










