Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur - VİDEO

Baku TV-ə müraciət edən Ramil Məmmədov iddia edir ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona 26 min manat məbləğində cərimə yazılıb.
Vətəndaş bu məbləği ödəmədiyi üçün qurum tərəfindən məhkəməyə verildiyini bildirib.
Ramil Məmmədovun sözlərinə görə, məhkəmə prosesinin nəticəsi onun xeyrinə olsa da, adına yazılmış borc hələ də silinməyib. Şikayətçi cərimənin hansı əsaslarla hesablandığını bilmədiyini və qurumun bununla bağlı heç bir foto və ya videogörüntü təqdim etmədiyini deyib.
"Mənə 26 min manat cərimə yazıblar. Qaz idarəsinin əməkdaşı məhkəmənin birinci iclasına gəlmədi, yalnız ikinci dəfə gəlib iştirak etdi. Mənə maraqlıdır, bu məbləği hansı hesablamalarla çıxarıblar? Bir foto və ya video göstərsinlər ki, mən 26 min manatlıq qazı necə istifadə etmişəm. Əgər qanunsuz istifadə etməkdə təqsirliyəmsə, bunu faktla sübut etsinlər. Mən indiyə qədər heç yerdə belə bir məbləğ görməmişəm", - deyə şikayətçi bildirib.
Ramil Məmmədov, həmçinin qaz təchizatı ilə bağlı mütəmadi problemlər yaşadığını da qeyd edib. Onun sözlərinə görə, qaz sayğacı dəfələrlə plomblanıb, bəzi hallarda isə sayğac dəyişdirilməzdən əvvəl ona heç bir məlumat verilməyib. Nəticədə, ailə məişət ehtiyaclarını ödəmək üçün qaz balonundan və odun sobasından istifadə etməyə məcbur qalıb.
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Regiona siklon yaxınlaşır: leysan yağacaq - Bizi nə gözləyir?
Bu kəndə avtomobillə girmək qadağandır - FOTO
Qadınların C kateqoriyası almasına gizli qadağa var? - AÇIQLAMA
Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? - AÇIQLAMA
Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – Ekspertdən AÇIQLAMA
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Marketlərdə sellofan paketlərin qiyməti niyə artırılıb? - RƏSMİ










