Yeni binalardan ev alanları "şoka salan" qaraj qiymətləri - SƏBƏB

Bir sıra vətəndaşlar yeni tikili yaşayış komplekslərində avtomobil dayanacaqlarının (qarajların) satış və icarə qiymətlərinin yüksək olmasından narazılıq edirlər.
Bəs MTK-larda qaraj qiymətləri hansı amillər əsasında formalaşır və onların baha olmasının əsas səbəbləri nələrdir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında əmlak eskperti Elnur Fərzəliyev bildirdi ki, yeni çoxmənzilli yaşayış binalarında avtoparkinq yerlərinin sayının məhdud, satış və icarə qiymətlərinin isə həddindən artıq baha olması səbəbindən vətəndaşlar məcburən öz avtomobillərini binaların ətrafında və yolkənarı ərazilərdə saxlayırlar:
"Bu isə təbii ki, ciddi sıxlığa səbəb olur. Digər tərəfdən, artıq təkcə paytaxtın mərkəzi küçələrində deyil, ara küçələrində də ciddi tıxaclar müşahidə olunur. Başqa bir tərəfdən, nəzərə alsaq ki, yeni çoxmənzilli yaşayış binalarında mənzillərin sayı həddindən artıq çoxdur, həmin binalarda yaşayan vətəndaşların avtomobillərini yol kənarında saxlaması hər hansı yanğın, təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdiyi zaman yanğınsöndürən, təcili tibbi yardım və digər xilasetmə xidmətlərinin hadisə yerinə yaxınlaşmasında ciddi problemlər yaradır. Qiymətlərə nəzər salsaq, avtoparkinq yerlərində bir avtomobil üçün yerin satış qiyməti minimum 15-20 min manatdan başlayaraq 80–90 min manata, bəzi ərazilərdə isə 100 min manata qədər dəyişə bilir. Bu da təbii ki, hər bir mənzil sahibi üçün əlçatan olmur.

Digər tərəfdən, əksər çoxmənzilli yaşayış binalarında avtoparkinq yerlərinin sayı mənzillərin sayından azdır. Bu da həmin binalarda yaşayan vətəndaşların öz avtomobillərini məcburən digər ərazilərdə park etməsinə gətirib çıxarır. Yaxın gələcəkdə tikiləcək yeni çoxmənzilli yaşayış binalarında avtoparkinq yerlərinin bir deyil, bir neçə mərtəbədən ibarət olması tələb kimi qoyularsa, təbii ki, bu, mövcud sıxlığın qismən aradan qaldırılmasına kömək edər. Əgər gələcəkdə inşa olunacaq binalarda da avtoparkinq yerlərinin sayı məhdud olarsa, bu, paytaxt ərazisində nəqliyyat sıxlığının daha da artmasına səbəb ola bilər. Digər tərəfdən, avtoparkinq yerlərinin satış qiymətləri güzəştli şərtlərlə müəyyən edilməlidir ki, hər bir bina sakini avtomobili üçün park yeri, yəni qaraj əldə etmək imkanına malik olsun".
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO












