Xırdalanda ağacları kim və niyə kəsir? - VİDEO

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində - Ceyranbatan gölünün yaxınlığında ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Baku TV məsələni araşdırmaq üçün sözügedən ərazidə olub. Yerli sakinlərdən biri ərazidə əvvəl çoxlu ağacların olduğunu, hazırda isə 200-250 ağacın kəsildiyini bildirib.
Digər sakin isə ağacların kəsilmədiyini, onların başqa əraziyə köçürüləcəyini ehtimal etdiyini bildirib.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Abşeron yarımadasının nəqliyyat xəritəsini dəyişəcək mühüm yol layihəsinin icrası davam edir.
Qurumun açıqlamasında qeyd edilib ki, yeni yolun inşası "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsinə uyğun olaraq aparılır.
Vurğulanıb ki, yol infrastrukturunun tikintisi zamanı ağacların kəsilməsi və ya köçürülməsi yalnız zəruri hallarda, ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Layihə çərçivəsində mümkün qədər ağacların qorunmasına üstünlük verilir, köçürülməsi mümkün olan ağaclar yeni ərazilərə transplantasiya edilir.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












