Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Men bmw masini sag terefden tustu cixarmisam ypx iliwse mene 342.2.2 maddesi ile cerime edir bildim duracaga masin getmelidirki.??? Zaten mehkemede men pratokolu xitam edecem
Ramil | 19 Sentyabr 2022 13:12
Normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə maşın duracağa aparılır. Amma normativ tələb pozulmayıbsa nə cərimə yazıla bilər, nə də duracağa aparıla bilər.
Avtosfer.az | 19 Sentyabr 2022 13:16
Mopetin 48kub/sm səs bogucun cerməsi ?
Telman | 19 Sentyabr 2022 10:49
Səs boğucuda nə problem var?
Avtosfer.az | 19 Sentyabr 2022 13:07
Salam bmw 316 qurwitel deyiwmiwem dyp emektawi sesinin cox olduguna gore cerme meydancasina aparmag isdeyir. Normaya uygun oldugunu deyirem razilawmir.ne etmeliyem
Ziya | 19 Sentyabr 2022 08:05
Salam. 74 db-dən yuxarı deyilsə şikayət edə bilərsiniz.
Avtosfer.az | 19 Sentyabr 2022 13:05
Sualım budur: mənim avtomobilim chevrolet cruzedir(2014-cü il). Və avtomobilin istismarı bitib ve men avtomobile sport yaylar(loru dilde desek purjunlar) quraşdırmışam ön və arxa hissələrə. Maşının çekisinin oxlar üzrə paylanması bərabərdir. Buna görə yol polisinin meni saxlayıb maşını duracaqa təmin etməsi qanuna ziddirmi?
Elvin | 19 Sentyabr 2022 02:02
Chevrolet Cruze-un istismarı bitməyib. Bazarda yeni ehtiyat hissələri satılmaqdadır. İstismarı bitən nəqliyyat vasitələri Zim, Pobeda və.s-dır. Sizin avtomobil üçün hələ neçə illər ehtiyat hissələri satılacaq. Maşınınız antikvar deyil ki, bazarda ehtiyat hissəsi satılmasın. Ona görə də gedin avtommobilin zavod yaylarını alın.
Avtosfer.az | 19 Sentyabr 2022 13:01
Maşınımın qabax bufersiz cerime meydancasina apardi . Orada prablemi aradan qaldırmiwam. Mene 50 manat cerimeni yerinde odemeyi teleb edirler
Ələddin | 19 Sentyabr 2022 01:00
Nasazlığı aradan qaldırmısınızsa ona heç cərimə də yazıla bilməz.
Avtosfer.az | 19 Sentyabr 2022 12:56
Sade nivaya urban buferleri qoymaq qanunidirmi? eger yol polisi cerime yazsa hara sikayet edib sildirmek olar
Ismet Hesenov | 19 Sentyabr 2022 00:33
Quraşdıra bilərsiniz. Heç bir problem yoxdur. Cərimə yazılsa ya DYP-nin rəhbərlliyinə yazılı şikayət edin, ya da ki, məhkəməyə müraciət edin.
Avtosfer.az | 19 Sentyabr 2022 12:55
Salam il erzinde nece qezadan sora suruculuy huqunan mehrum ola bilerem?
Anar | 18 Sentyabr 2022 11:56
Salam. Bu qəza ilə deyil. Ya məhkəmənin qərarı ilə olur, ya da ki, 20 bal topladıqda olur.
Avtosfer.az | 19 Sentyabr 2022 12:53
Salam.Men bmw F10 madeline 19 diski teker qoymaq isteyirem.Bu qanunla qadağandir ya qadağan deyil? Maşının üzerinde olan diski teker 17 likdir.
Nizami | 17 Sentyabr 2022 17:41
Salam. İstehsalçı zavodun verdiyi ölçülərə baxmaq lazımdır. Həmin ölçülərdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 19 Sentyabr 2022 12:52
Salam.Avtomobil Mercedes’ c250 2012 ci il 1.8 turbo(mashin rusiya qeydiyatindadi) avtomobile pultla isleyen see bogucu sistemi yigilib.sesiz rejimde 68 db aciq rejimde ise 72/73 db ses cixardir (munerrikin tam qizdirilmis halinda 3 min oborotda 3 metre araliginda)indi ise sualim 1)bu sese gore cerime varmi ? 2)umimiyetle bu sistemin mashina yigilmagina gore cerime varmi ? 3)dem qazinin normatifi nece % dir ve bunu pozduqda hansi cerime ve prosseler olur ?
Vuqar | 17 Sentyabr 2022 16:43
Salam. Səs desibeli 74-dən yuxarı deyilsə heç bir problem yoxdur. Amma YPX ilə aranızda anlaşılmazlıqlar olacaq. Ona görə də tövsiyə olunmur.
Avtosfer.az | 19 Sentyabr 2022 12:51
Bu maşının sahibini nömrəsi və adı
Resul | 17 Sentyabr 2022 16:08
Bunu biz bilmirik.
Avtosfer.az | 19 Sentyabr 2022 12:49
Salam menim davernusm kurtarir masinin kohne sahibinin nomresini nece tapa bilerem
Elnur | 17 Sentyabr 2022 14:12
Salam. DYP-dən də maraqlana bilərsiniz. Qeydiyyat şəhadətnaməsinnin arxasındakı ünvanı 109-a zəng edib telefon nömrəsini ala bilərsiniz.
Avtosfer.az | 19 Sentyabr 2022 12:43
Salam bmw masinin sol terefinden zavod tuatu cixir lakin men sag terefe katalizatordan sonra turba cekirem tustu cixir Bu cerimedir.?? Ve bina gore masin duracaga gedir.??
Ramil | 17 Sentyabr 2022 12:33
Salam. Dəm qazı normadan artıq çıxmırsa və səs desibeli normanı aşmırsa quraşdıra bilərsiniz. Amma yol polisləri ilə aranızda anlaşılmazlıq baş verəcək.
Avtosfer.az | 19 Sentyabr 2022 12:42
Vaz 2106 ücün zavod purjin neçe kruq olur?
Orxan | 17 Sentyabr 2022 09:57
Onu bilmirik. Mağazadan yenisini götürüb saya bilərsiniz.
Avtosfer.az | 19 Sentyabr 2022 12:35
Salam avtomobilimin icbari sığorta müqaviləsi bitib. Yeni xəbərim olmayib vaxtı bitib bunun üçün cərimə olunmuşam. Bilmek isterdim cerime olunan vaxtdan neçə gün müddətində agorta ede bilerem və neçə gün sonra yeniden cərimə olunur?
Şahin | 17 Sentyabr 2022 03:46
Salam. 20 gün müddətinə etdirməlisiniz. 21-ci günü yenidən cərimələnəcəksiniz.
Avtosfer.az | 19 Sentyabr 2022 12:34
32 manat deyerinde cerime olunmuşam hansi qanunu poza bilerem
Revan | 16 Sentyabr 2022 22:43
Onu biz bilmirik. Yəqin ki, dayanma durma qaydasının pozulmasıdır. Üzərinə faiz gəlib 32 manat olub.
Avtosfer.az | 19 Sentyabr 2022 12:34
Momo rulun VAZ2107 qoyulsa cermesi var?? Ve ne qədər di??
Samir | 16 Sentyabr 2022 01:11
Xeyr, cəriməsi yoxdur. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 16 Sentyabr 2022 12:13
salam men Naxcivan cotundayam bakida masin almaq istirem adima kecire bilerem bakida
erkan | 16 Sentyabr 2022 00:31
Salam. Naxçıvanda keçirməlisiniz.
Avtosfer.az | 16 Sentyabr 2022 12:12
Salam pnevmanın cəriməsi var ?
Cəsarət | 15 Sentyabr 2022 23:04
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 16 Sentyabr 2022 12:12
Arxa patfaniklerim yanmirdi. Qeza işiqlarini qoşmuşdum qayi saxladi 50 manat yazdi. Doğrudur??? Amma dedim qərarsiz yazsin
Fərid | 15 Sentyabr 2022 21:36
Qabarit işıqları nasazdırsa və həmin nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 16 Sentyabr 2022 12:12
Salam Avtomobile qanuni sekilde sesbogucu qurasdirmag mumkundurmu?
Tural | 15 Sentyabr 2022 20:48
Salam. Qanuni şəkildə neyləmək istəyirsiniz?
Avtosfer.az | 16 Sentyabr 2022 11:27
Salam davernusun vaxti qutarib qayi strafnoya salib masini qanuni cermesi ne qederdi?
Turqut | 15 Sentyabr 2022 13:45
Salam. 40 manat cəriməsi var.
Avtosfer.az | 15 Sentyabr 2022 14:37
Salam avtomobilimin arxa yaylar 1(bir) diş kesilibse cerime edile bilerem?
Rauf | 14 Sentyabr 2022 22:42
Salam. Bəli. 150 mana cəriməsi var.
Avtosfer.az | 15 Sentyabr 2022 11:42
Salam. Vaz2121 markali avtomobilin "dubay" versiyasini ancaq on ve arxa bumperi deyismekle "urban" versiyasina yigildiqdan sonra texpasporta deyisikliye ehtiyac var ? Qeyd etdiyim kimi yalniz on ve arxa bumper.
Xeyal | 14 Sentyabr 2022 17:10
Salam. Belə dəyişikliklərin texpasporta yazılmasına ehiyac yoxdur. Rahatlıqla dəyişə bilərsiniz. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/bu-deyisikliklere-gore-texpaport-deyismelidirmi-i%CC%87zah-122602
Avtosfer.az | 15 Sentyabr 2022 11:41
Salam masinin arxa bagaj hissesine yerlesdirlen sporler qadaqandir? Ve ya yuxud elave avadanliqdir?eyer cerimesi varsa ne qederdi?masin hundia cupedir 1998
Tofik | 14 Sentyabr 2022 15:59
Salam. Xeyr qadağan deyil. Heç bir cəriməsi də yoxdur.
Avtosfer.az | 15 Sentyabr 2022 11:38
Salam arxa stoplarin üzərini 15 % plonka ile tundlesdirmek istəyirəm.cerimesi var ?
İlkin | 14 Sentyabr 2022 14:10
Salam. Olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 15 Sentyabr 2022 11:38
Sualim oduki, Yol Polisi mashinlarinda, sayrishan ishiglari(mayak) deyilen qurgudandi. Ferglerini bilmek isteyirem, Mueyyen derecesi olmalidi onlarin. Yeni Reis, Serjant avtomobillerin fergini bilmey isteyirem.
Vali | 14 Sentyabr 2022 01:16
YPX maşınlarında sayrışan işıq bir cürə olur. Onun başqa cürü olmur.
Avtosfer.az | 14 Sentyabr 2022 12:27
Salam mən bir şeyi marağlanmağ isdeyirdim maşın başqasının adındadı hemin adamın elaqe npmresin nece tapa bilerem
Ülvin | 13 Sentyabr 2022 12:49
Salam. DYP-yə müraciət edin.
Avtosfer.az | 13 Sentyabr 2022 14:33
Salam,uje 3-4 gundu zeng edirler mene ki, qosa xetdi 15 gun bunan qabaq tapdalamisan, yaxinlas bas idareye, bas idaredede addim hansi otaga atirsan at asagi 100manatdan basdiyir tasi, guya bunlardan xeberdar deyiler yuxarda oturanlar. Adami ele diysindirirler ki, veteninen qacmaq isteyirsen. Qayda pozulubsa 20 deq erzinde gelsin. Oz basnaliqdi bu olkede.
TTT | 13 Sentyabr 2022 12:13
Salam. Ona görə qayda pozmamağınız tövsiyə edilir. Əgər qayda pozuntunuz telefonla və ya registratorla çəkilibsə idarəyə dəvət edə bilərlər.
Avtosfer.az | 13 Sentyabr 2022 14:32
Salam avtomabilin texniki baxiş zamanı arxa qapilar ve arxa şüşesinde plonka okmasi qeyri qanunu sayilir? ve ya buna gore texniki baxişdan kecirmeye bilerlermi?
Rasin | 13 Sentyabr 2022 09:06
Salam. Yolda buna görə cərimə yazmırlarsa texniki baxışdan da keçirməlidirlər.
Avtosfer.az | 13 Sentyabr 2022 14:31
Salam Meni Sumqayit Seherinde DYP Gelib masina yaxinlasaraq bes Rehberliyin gosterisi ile masin duraca gedecekdir ve Men DYP iscisinen neye gore sebeb nedir dediler mene Ser atilarki bmw markali masinan surus etmisen halbuki etrafimda hecbir mawin olmuyubdur video goruntu olmadan maddi subut olmadan hecbir goruntu yoxdu ellerinde DYP emekdasinin ozu Hetta dediki maddi subut olmadan nece aparim men seni hecbir muqavimet gostermeden mawini duracaqa apardim dedi rehberliy gelecek danisarsiz ve ne rehberliy geldi nede birsey Bununla Baqli hara Muraciet ede bilerem 102xidmetinede bildirmisem
ilhamiz | 13 Sentyabr 2022 02:34
Salam. Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi müraciət ünvanlayın.
Avtosfer.az | 13 Sentyabr 2022 14:29