Maşının arxa stoplari qara rəngdə olarsa cerimesi varmi
Samir | 12 Sentyabr 2022 22:28
Müdaxilə edilibsə 150 manat cəriməsi var.
Avtosfer.az | 13 Sentyabr 2022 14:28
Salam.
Mən 2011-ci il istehsalı Nissan Sunny idarə edirəm. Zavod avtomobil üzərinə İYD (LED) qoymayıb, sadə lampalardan istifadə olunub. Lakin, işıqlanma olduqca zəifdir. Avtomobilin duman və yaxın işıqlarına lupa qoymaq olarmı?
Ulvi | 12 Sentyabr 2022 20:11
Salam. Bunu sırf mütəxəssislə məsləhətləşib edə bilərsiniz.
Avtosfer.az | 13 Sentyabr 2022 14:27
Avtomobilərin texniki baxış vaxtı
Yamən | 12 Sentyabr 2022 18:43
Keçən il nə zaman keçmisinizsə, bu il də həmin vaxtda keçməlisiniz.
Avtosfer.az | 13 Sentyabr 2022 14:27
Va 2106 14 lüks təkər qoymaq olar ?
Vüsal | 12 Sentyabr 2022 17:43
O nə təkəridir?
Avtosfer.az | 13 Sentyabr 2022 14:26
Salam
Post olmayan yerde polis maşını saxlatdırıb saxlanma sebebin sadece reyd olduğunu deyir ve senedleri isteyir.Qanunla bu düzgündür?
Murad | 12 Sentyabr 2022 17:38
Salam. Əgər həqiqətən də reyddirsə yoxlaya bilər.
Avtosfer.az | 13 Sentyabr 2022 14:26
Salam məndə VAZ 2107 di lider disk süre bilərəm R13 diskim
Faiq | 12 Sentyabr 2022 14:59
Salam. Zavod ölçüsündən kənara çıxmamaqla quraşdırmaq olar.
Avtosfer.az | 12 Sentyabr 2022 15:53
qabaritli yük maşınının arxa bort nömresinin olmadıqda cerimesi varmı?
varsa cerimesi ne qederdi
Azer | 12 Sentyabr 2022 14:52
Cəriməsi yoxdur.
Avtosfer.az | 12 Sentyabr 2022 15:53
Hyundai sonata 2012 led isiqlardan isdifade ede bilerem?
ismayil | 12 Sentyabr 2022 14:01
Led işıq sizin avtomobil üçün nəzərdə tutulubsa vənormativ tələbi pozmursa quraşdıra bilərsiniz.
Avtosfer.az | 12 Sentyabr 2022 15:52
Salam suport purjun qoymaga icaze var
Ibrahim | 12 Sentyabr 2022 10:45
Salam. Xeyr.
Avtosfer.az | 12 Sentyabr 2022 13:16
Salam menim maşınımda qabaq yan şüşelerin rengi tünddür qehveyi rengdedir onun cerimesi var? Zehmet olmasa melumat vererdiz de qara deil ama içeride görünür biraz qehveyi rengdedir sadece
Emil | 12 Sentyabr 2022 07:59
Salam. Onu belə deyə bilmərik. Şəffaflığı ölçən cihazla yoxlanılmalıdır.
Avtosfer.az | 12 Sentyabr 2022 13:16
Maşını adına ke irmık ucun rusum
Orxan | 12 Sentyabr 2022 07:27
Bu linkə daxil olub hesablaya bilərsiniz.
Avtosfer.az | 12 Sentyabr 2022 13:15
Sport purjunu texpasporta qeyd eletdirdikde surmeye icaze var priora aftamabili üçün
Rzayev Kamran | 12 Sentyabr 2022 05:43
Belə dəyişiklik qadağandır və bu dəyişikliyin sənədə qeyd edilməsi qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 12 Sentyabr 2022 13:14
Salam, Mercedes w202 avtomobilinde dovlet qeydiyyat nisanini avtomobilin onunde sol faranin altinda yerlesdirmeye icaze varmi? ( bunun ucun nomre ucun altliq var avtomobilde)
Habil | 11 Sentyabr 2022 17:20
Salam. Quraşdıra bilərsiniz heç bir problem yoxdur. Amma nömrə şaquli vəziyyətdə qalmalıdır. Əyri olmamalıdır.
Avtosfer.az | 12 Sentyabr 2022 13:14
Salam. Mende şevralit kruz avtamabilidi arxa ve qabaq purjunlari sport purjun qoysam sertifikatli . Dyp saxlaya bilermi?
Nicat | 11 Sentyabr 2022 14:38
Salam. Zavod sport yaylarla istehsal etmədiyi üçün quraşdıra bilməzsiniz.
Avtosfer.az | 12 Sentyabr 2022 13:12
Salam.men VAZ2107 avtomobili idare edirem.arxa yaylar ölüb polis buna göre mene cerme yaza bilermi?
Vidadi | 11 Sentyabr 2022 00:40
Salam. Ölmüş yaya görə YPX əməkdaşı sizə cərimə yaza bilməz. Çünki heç bir müdaxilə olunmayıb.
Avtosfer.az | 12 Sentyabr 2022 13:10
Masinin 200 azn qerarsiz cerimesi var surucunun yungul beden xesaretleri 2019-cu ilden generalni davernus mendedi adima kecirtsem problem olacaq? ya qerarsiz cerime siline biler?
Vusal | 11 Sentyabr 2022 00:19
Onu həll edəndən sonnra ada keçirtmək mümkün olacaq.
Avtosfer.az | 12 Sentyabr 2022 13:10
Salam menim atamin mawnin nomresin oz mawinima oz ma inimin nomresin atamin masnina kecire bilere bileremse rusum neqederdi
Kamran | 10 Sentyabr 2022 21:45
Salam. Keçirə bilərsiniz. Hər avtomobil üçün 60 manat 80 qəpik rüsum nəzərdə tutulub.
Avtosfer.az | 12 Sentyabr 2022 13:08
Respub.qaide maşinimin nömresini bron etmişem ve başqa maşin almişam oğlumun adina qeydiyyata saldiracam brondaki nomreni de onun adina keçirtmək ucun ne qeder rusum Odemeliyem
Tofiq | 10 Sentyabr 2022 21:41
Qanunda bron olmadığı üçün bu barədə sizə qanuni cavab verə bilməyəcəyik.
Avtosfer.az | 12 Sentyabr 2022 13:07
Salam zehmet olmazsa sekile baxin orda atmisam.nece qerarsi, cerimedi basa dusmedim
Fariz | 10 Sentyabr 2022 20:08
Ödənilməmiş cərimələriniz var, ona görə 529.3-lə protokol tərib olunub. Bu protokol məhkəməyə göndəriləcək və sürücülük hüququnuz məhdudlaşdırılacaq. Cərimələri ödəyin və mütləq məhkəmədə iştirak edin. İşirak edərkən ödədiyiniz cərimələrin qəbzini hakimə təqdim edin. Bu halda vəsiqəniz məhdudlaşmayacaq.
Avtosfer.az | 12 Sentyabr 2022 12:11
Salam maşının pultundada olan siqnalizasiyaya sesine göre DYP cerime yaza biler? Birde ne qeder yaza biler?
Fəqan | 10 Sentyabr 2022 10:34
Salam. Yaza bilməz. Sizə belə bir cərimə yazılıb? Yazılıbsa bu barədə ətraflı məlumat verə bilərsiniz bizə?
Avtosfer.az | 12 Sentyabr 2022 13:06
Salam.maşının surucu terefden şuşəsi biraz qaradı tek həmin şuşe.buna görə cərimə var.ne qederdi.
Loğman | 10 Sentyabr 2022 07:58
Salam. Əgər qabaq yan şüşənin şəffaflığı 70 faizdən azdırsa 150 manatt cəriməsi var.
Avtosfer.az | 12 Sentyabr 2022 12:07
Salam...mawin cerime meydancasina salinib sebeb ise qabag yaylarin qizdirlmasi ve arxa qazanin kesilib dewik acilmasina goredi..bu halda cerime nece tetbiq olunur?eyni anda 2 cerime oluna biler??
Babək | 10 Sentyabr 2022 00:48
Salam. 1 cərimə yazılmalıdır.
Avtosfer.az | 12 Sentyabr 2022 11:57
Salam masin f30dur. Bmw 328i. Senedde m3 yigilmagi qeyd olunub. Ypx inspektoru adi veziyetde saxliyib meni sesin cox cixmagina gore duracaga apara bilermi? Hec bir normativ telebleri olcmeden elemeden.
Reshad | 9 Sentyabr 2022 23:03
Salam. Səs 74 db-dən çox olmamalıdır. Əgər çox olduğunu iddia edirsə, xüsusi meydançada ölçməli və sonra buna uyğun hərəkət etməlidir.
Avtosfer.az | 12 Sentyabr 2022 11:55
Salam
Rauf | 9 Sentyabr 2022 22:38
Salam.
Avtosfer.az | 12 Sentyabr 2022 11:49
Ypx emekdasi xidmeti vaxtinda xidmeti masininda olmadan radari qosub ozu istirahətinde ola bilermi?
Rəşad | 9 Sentyabr 2022 17:19
Radarı qoşub özü maşında olmaya bilər. Heç bir problem yoxdur.
Avtosfer.az | 12 Sentyabr 2022 11:49
Salam istehsalı dayanmıs maşınlarda kanstruksiya dəyişikliyi etmek olar?
Hansı maddedir?
Kərim | 9 Sentyabr 2022 16:44
Salam. Baxır nə dəyişikliyi edirsiniz, baxır sözhbət hansı maşından gedir.
Avtosfer.az | 12 Sentyabr 2022 11:48
Maşinin texpasport yiyesin nece tapmag olar etibarnamenin vaxti bitibse
Malik | 9 Sentyabr 2022 13:44
DYP-yə rəsmi müraciət etməklə və yaxud 109-a zəng edib qeydiyyat şəhadətnaməsindəki ünvanı deməklə ev telefon nömrəsini ala bilərsiniz.
Avtosfer.az | 9 Sentyabr 2022 14:43
Salam. 1975-ci ilin VAZ 2102 markalı avtomobilin öz buferi tapılmadığından VAZ 2107 markalı avtomobilin buferləri quraşdırılıb. YPX buna görə cərimə yaza bilərmi?
Orxan | 9 Sentyabr 2022 13:01
Salam. Ölüxanalara baxın. Əgər olmasa Vaz 2106-nın buferini qoyun.
Avtosfer.az | 9 Sentyabr 2022 13:38
Vinil vurmağa icazə var?
Yunus | 9 Sentyabr 2022 04:06
DYP-yə rəsmi yazıb sorğu verə bilərsiniz. Qanun əslində qadağan etmir.
Avtosfer.az | 9 Sentyabr 2022 11:27
Texniki baxisin vaxtdi bitib nece gedib kecirde bilerem kamera cekmesin
Habil | 9 Sentyabr 2022 01:33
Evakuatorla.
Avtosfer.az | 9 Sentyabr 2022 11:26