Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

salam gence seriyasi masini bakiya yeni oz adima kecirmek isdeyirem rusum ne qederdi? vaz 2107 di
baba | 8 Sentyabr 2022 23:45
Salam. Bundan əvvəl sizə hesablama kalkulyatoru göndərmişdik. Həmin linki yenidən əlavə edirik. Bu linkə daxil olub yoxlayın. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 9 Sentyabr 2022 11:26
Salam arxa yaylar hecbir mudaxile olumahib ama sekilde.atmisam size bele bir halda masinam yol polsi cerime.yaza biler zehmet olmaSa sekile baxin
Fariz | 8 Sentyabr 2022 23:27
Salam. Heç bir müdaxilə edilməyibsə apara bilməz.
Avtosfer.az | 9 Sentyabr 2022 11:14
Salam 20 manat cerme yazilib mən maşında ola ola.
Surat | 8 Sentyabr 2022 21:19
Salam. Dayanma-durma qaydasını pozmusunuz. Yazılmasın? Qanunda yazılmayıb ki, sürücü maşının içindədirsə qayda poza bilər.
Avtosfer.az | 9 Sentyabr 2022 11:13
Salam. 333.3 mecellenin 333.1 maddesinde nezerde tutulmuş xeta.. maşına aidi yoxsa. Sürücü ye. Zehmet deyilse cavabliyardiniz
Elxan | 8 Sentyabr 2022 19:49
Salam. Sualınız aydın olmadı. Cərimə maşına yox, sürücüyə yazılır.
Avtosfer.az | 9 Sentyabr 2022 11:12
yol polisi cərimə yazan gün Cənab nazirə şikayət etmişəm.Cərimə məbləği sistemdədir və hər gün üstünə peniya gəlir.Əgər ərizəyə cavab verilmirsə və iki aydan çox müddət keçərsə maşın duracağa aparıla bilərmi?.Yoxsa,araşdırma aparılaraq yekun qərar verilənə qədər gözləməli,qərara müvafiq olaraq cəriməni ödəyib-ödəməməyi gözləməliyəm? Əgər ödəmək qərarı verilərsə cərimə nə qədər olmalıdır?
Şahmurad | 8 Sentyabr 2022 18:54
Qanunvericiliyə görə şikayət olunanda dəbbə pulu hesablanmamalıdır. Yekun qərar veriləndən 1 ay sonra dəbbə pulu hesablanmağa başlayır. Ərizəyə 2 ay cavab verilməyə bilməz. Müraciət etmisinizsə maksimum 30 günə cavab verilməlidir.
Avtosfer.az | 9 Sentyabr 2022 11:10
Maşın gederken arxada ve ya yanda oturan sernişin lükdan çıxması cermesi varmı ve ne qederdi
Xəzər | 8 Sentyabr 2022 15:49
Bu linkə daxil olaraq məlumat ala bilərsiniz. https://avtosfer.az/az/qaydalar/basini-lyukdan-cixaran-sernisine-gore-surucunu-hansi-ceza-gozleyir-187929
Avtosfer.az | 8 Sentyabr 2022 15:53
Salam,Sualim posta yaxinlasarken sol sari ile isarelenmis zolaqda postu kecmek olarmi?Olmazsa cerimesi ne qederdir?Zehmet olmasa cavab veresiniz.
Aydin | 8 Sentyabr 2022 14:25
Salam. Əgər sağ zolaqlar boş deyilsə sol boş zolaqla hərəkət edə bilərsiniz. Sağ zolaqlar boş olan halda sol zolaqla getsəniz 40 manat cəriməsi var.
Avtosfer.az | 8 Sentyabr 2022 15:09
Salam Honda civic 2017 do arxalara sport purjun qurasdirmaq olar?
Ali | 8 Sentyabr 2022 14:02
Salam. Xeyr.
Avtosfer.az | 8 Sentyabr 2022 15:05
menim masinim gence seriyasidi ve 05 di 07 ye yigilib men masini oz adima kecirmek isdeyirem ili 1983 du bu mene neceye basa gelecek
baba | 8 Sentyabr 2022 02:04
"Vaz 2105"-i 07-yə yığmaq olmaz. Rüsumu hesablamaq üçün bu linkə daxil ola bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 8 Sentyabr 2022 11:30
Salam. Vaz 2107 markali avtomobile lider diskler qurasdirmaq olaq? Cox sag olun
Elsad | 8 Sentyabr 2022 00:50
Salam. Zavod tövsiyə etdiyi ölçüdən kənara çıxmadan quraşdırmaq olar.
Avtosfer.az | 8 Sentyabr 2022 11:29
Salam masin on yaylari zavoddur Arxa yaylar ise ne kesliliv nedeki qizdirlib hecbir mudaxile olunmayib bu arxa yaylarin olu olmasina gore meni yol polisi cerime.yaza biler 2 ci sualim Arxa yaylar cox olu oldugu ucun 2lik rezin qoymusam biraz arxasi qalsin ama.yende ferq elemir.yol.polisj mene cerime.yaza biler bilee
Fariz | 8 Sentyabr 2022 00:26
Salam. Ölü yaya görə cərimə yaza bilməz. Amma əlavə qoyduğunuz avadanlığa görə cərimə yaza bilər.
Avtosfer.az | 8 Sentyabr 2022 11:28
Masinin lukundan sernisin basini cixararsa nece cerimelenir
Metleb | 7 Sentyabr 2022 23:24
30 manat cəriməsi var.
Avtosfer.az | 8 Sentyabr 2022 11:32
Salam. Men maşınım qabağ buferini ustaya temire verdiyim halda maşını bufersiz müveqqeti olaraq (2gün) idare ede bilerem? Polis meni saxlayib cerime ve yaxud cerime meydançasına apara biler?
Elvin | 7 Sentyabr 2022 22:56
Salam. Əslində bufersiz sürmək olmaz. Amma buna görə cərimə yazmaq elə də asan deyil. Çünki qanunda göstərilib ki, belə nasazlığın aradan qaldırılması mümkün olmadıqda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 8 Sentyabr 2022 11:26
Salam necəsiniz? Sualım: 31.08.22 ci il tarixində mənə zəng gəlib və 08.08.22 ci il tarixində əks yola çıxdığım üçün mənə 100 azn məbləğində cərimə tətbiq olunacağı barədə məlumat vermişdir.Ondan soruşandaki niyə vaxtında cərimə yazmamısınız və üstündən 23 gün sonra məlumat verirsiniz ? Qarşılığında isə sizə bir dəfə zəng edilib siz telefona cavab verməmisiniz kimi fikirlər söylədi.Mən görüntüləri tələb etdim qarşılığında Whatsapp sosial şəbəkə göndərə biləcəyini söylədi və ancaq foto şəkillər göndərdi video göndərilmədi.15 dəqiqə sonra yenidən yığaraq video ancaq Bakı Şəhər DYP idarəsinə yaxınlaşıb gün ərzində baxa bilərsiniz amma mən bu gün vaxtımın olmadığını söyləyəndə mənə aqressivlə yox bu gün gəlməlisiniz yoxsa cərimənin son yazılma vaxtıdı kimi fikirlər söylədi mən qəbul etmədim.Bir müddətdən yəni 15 dəqiqədən sonra İXP4860909 protokolu asanpay şəxsi kabinetimə bildiriş gəldi 100 azn 4 bal. Mən şikayətimi asanpaydan bildirdim və 1 həftə sonra mənə Aslan adında İnspektor zəng edib hər şey düzgün olub heç bir günah bizdə yoxdu fikrini səsləndirdi.Mən qarşı tərəfə sual verdimki İXP mənim iştirakım olmadan , üstündən 23 gün keçmiş və qərarlı formada protokol tərtib edilə bilməz, qarşı tərəf isə yenidən məni DYP idarəsinə dəvət etdi və burda danışaq fikirlərini söylədi məndə vaxtım olmadığını söylədim.Sizdən xahiş edirəm bu mövzu haqqında mənə köməklik edəsiniz.Belə bir halda mən neyləmək haqqım var
Anar | 7 Sentyabr 2022 18:21
Salam. Görüntülər telefonla və ya registratorla çəkilibsə sizi dəvət edib cərimə yazmaqları qanunidir.
Avtosfer.az | 8 Sentyabr 2022 11:24
Salam Maşınım dizel müherriklidir qara tüstü verdiyi üçün ve ön şüşənin işıq keçiriciliyi 60 % olduğu duracağa qoyuldu ve 150 AZN cerime yazıldı bu nasazlıqları duracaqda aradan qaldırmaq mümkün olmadığı üçün men nece maşının duracaqdan götürüb temire apara bilerem. Önceden teşekkürler.
Tural | 7 Sentyabr 2022 16:23
Salam. Cərimə yazıldıqdan sonra evakuatorla apara bilərsiniz.
Avtosfer.az | 7 Sentyabr 2022 16:37
Hummer H3 zavod istehsalı avtomobilin damında 2 fener gelir, olara led qurlawdırmaq olar? ( yalnız yolsuzluq ve ovda istifade olunmaq ucun nezerde tutulub hemin fenerler)
Elvın | 7 Sentyabr 2022 12:31
Bəli olar.
Avtosfer.az | 7 Sentyabr 2022 12:44
Salam, avtomobilin renglenmesi haqqinda formasini nece tapmaq olar? Elaqeli resurslarda bele bir forma tapa bilmedim. Eger kimse evvel elde edibse seklini ve ya formasini e-maile unvanina gondere biler zehmet olmasa? Evvelceden tesekkur edirem. [email protected]
ELSHAD | 7 Sentyabr 2022 12:27
Salam. Bunun üçün formaya ehtiyac yoxdur. Avtommobili rənglətdirdikdən sonra servisdən arayış alın, daha sonra qeydiyyat-imtahan idarəsinə gedərək sənədləşdirin. Rüsumu 60 manat 80 qəpikdir.
Avtosfer.az | 7 Sentyabr 2022 12:43
salam avtomobilin ustunde gelen bu iwıqların yerine led iwıq qoymaq olar?
Elvin | 7 Sentyabr 2022 11:39
Salam. Foto gəlməyib.
Avtosfer.az | 7 Sentyabr 2022 12:15
Salam, menim idare etdiyim avtomobilin yolda mueyyen edilmis hereket suretinin 21-40 km/saat heddinde asaildigi ile bagli elektron protokol terib edilib ve AsanPay xidmeti vasitesi ile protokolla bagli materiallara baxdigim zaman sekillerde ve video goruntude hec bir formada olcmeni aparan cihazla bagli, yolun necenci kilometrinde, suret heddinin asildigi andaki cekilmis sekilde hec bir melumat qeyd edilmeyib. Bununla bagli her hansi teleb var? men tertib edilmis protokoldan sikayet etsem bir netice elde etme ehtimalim var?
Nizami | 7 Sentyabr 2022 11:34
Salam. Rəsmi müraciət edib məlumatları tələb edə bilərsiniz.
Avtosfer.az | 7 Sentyabr 2022 12:15
Salam bugun meni masazirin kruqunda yol polisi saxladi yol vereqemin vaxti bitdiyine gore mawin duracaga temin olunacag dedi ve menim mawinima eylewib surdu getdi menim raziligim olmadan menide orda qoydu mawinida hara apardigini demedi bu duzgundurmu bilmek isdeyirem
Musviq | 7 Sentyabr 2022 03:28
Salam. Ağardığı duracağı deməli idi sizə.
Avtosfer.az | 7 Sentyabr 2022 10:46
Salam. Axsam saatlarinda yol kenarinda olan işıq dirəklərinin işıqları niyə söndürülür? Ümumiyyətlə yolların işıqlandırılması ilə hansı qurum məşğuldur?
Nicat | 6 Sentyabr 2022 23:37
Salam. Bunun səbəbini biz bilmirik. İcra hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzarət edir.
Avtosfer.az | 7 Sentyabr 2022 10:45
Salam Aleykum. Menim masinim cerime meydancasindadir ve sebeb arxa yaylarin qizdirilmasidi. Cerimesi ne qederdir.
06jdjdjd | 6 Sentyabr 2022 23:26
Salam. 150 manat.
Avtosfer.az | 7 Sentyabr 2022 10:44
Salam. Mende Ford Mustangdi ve arxa stoplari Ferrari style qurasdirilib. Buna gore DYP emekdasi mene her hansi cerime ve avtodayanacaqa apara biler ?
Aydin | 6 Sentyabr 2022 23:22
Salam. Əgər normativ tələblər pozulubsa apara bilər.
Avtosfer.az | 7 Sentyabr 2022 10:43
Salam hər vaxtınız xeyir, Mənim bir sualım olacaq Xahiş edirım cavablayasınız Deməli mənim vaz2105 markalı avtomobilim var lakin onun kapotu, buferləri, arxa stopları vaz 2107 markalı avtomobililə aiddir. Buna görə məni yol polisi saxlayıb avtomobilimi cərimə meydançasına apardı. Səbəb kimi konstruksiya dəyişikliyi olduğunu dedi. Avtomobilin istehsal ili bitib və bildiyimə gprə istehsalı bitmiş avtomobillərə ona uyğun digır avtomobillərin aksesuarlarından istifadə etmək olar ümumiyyətlə bu nə dərəcədə doğrudu. Yol hərəkəti haqqında qanunda necə tənzimlənir bu
Mahir | 6 Sentyabr 2022 22:30
Salam. Qanunun hərfi mənasına görə modeli dəyişmək olmaz. 05 markalı avtomobilin arxa işıqlarında, bamperlərdə və kapotda cüzi də olsa fərq var. Bu fərqləri eyniləşdirəndə model avtomatik olaraq dəyişir. Ondan sonra 05-ə vizual baxanda heç kim deyə bilməz bu maşın 05-dir. Ona görə də dəyişdirilməsini tövsiyə etmirik.
Avtosfer.az | 7 Sentyabr 2022 13:15
Salam.1992 ci il olan Fort yransit markali avtomobilin ban nomresi curuyub oxunmaz haldadi.onu nece berpa etmek olar?
Turan | 6 Sentyabr 2022 17:43
Salam. Bunun üçün öncə DYP-yə müraciət edin.
Avtosfer.az | 7 Sentyabr 2022 10:41
90liq yolda 116surmeyin cerimesi ne qederdi
Xeyyam | 6 Sentyabr 2022 17:31
2 bal 50 manat.
Avtosfer.az | 7 Sentyabr 2022 10:40
Salam. Men sekilde gosterilen masini Azerbaycana getirib senedlesdirmek isteyirem ve bilmek isteyirem bu cur masini men oz adima senedlesdire bilerem ve bileremse rusumu ne qederdi
Samir | 6 Sentyabr 2022 17:31
Salam. Hər şey qanun çərçivəsindədirsə sənədləşdirə bilərsiniz. Rüsumları hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 7 Sentyabr 2022 10:39
Salam Arxa bamper maşının üzərində olmayanda cərimə tətbiq olunur
Pərviz | 6 Sentyabr 2022 14:35
Salam. Əslində maşını bampersiz sürmək olmaz. Amma o nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 6 Sentyabr 2022 15:19
Salam əgər mən misal üçün öz şəxsi maşınımı saxlamaq isdərkən və ya dönərkən divara və ya ağaca sürtmüşəmsa bu barədə hansısa dövlət orqanlarına məlumat verməliyəm ? CƏRİMƏSİ NƏ QƏDƏRDİR ? DEMƏMİŞƏMSƏ ƏGƏR
Camal | 6 Sentyabr 2022 13:10
Əks yola çıxmadan manevr qaydasını pozmusunuzsa 40 manat cəriməsi var.
Avtosfer.az | 6 Sentyabr 2022 13:15
Salam əgər mən misal üçün öz şəxsi maşınımı saxlamaq isdərkən və ya dönərkən divara və ya ağaca sürtmüşəmsa bu barədə hansısa dövlət orqanlarına məlumat verməliyəm ?
Camal | 6 Sentyabr 2022 11:21
Salam. Bəli DYP-yə müraciət etməlisiniz ki, hadisəni qeydə alsın.
Avtosfer.az | 6 Sentyabr 2022 12:31