Salam , texpasportla maşını idare etmek olarmı etibarname almadan?
Asim | 6 Aprel 2023 17:52
Salam. Ər-arvad birgə nikah dövründə əldə etdikləri avtomobili etibarnaməsiz sürə bilərlər. Digər şəxslər etibarnamə almalıdır.
Avtosfer.az | 7 Aprel 2023 14:16
Salam. Arxa şüşeye (patprese) qarmoşka perde vurmağa icaze var?
Fərid | 6 Aprel 2023 16:35
Salam. Xeyr. Yalnız plyonka və sənaye üsullu jalüz vurmaq olar.
Avtosfer.az | 6 Aprel 2023 17:17
Salam. Nivanin baqacna maksumum qanunla nece kq yuk vura bilerem?
Subhan | 6 Aprel 2023 15:39
Salam. Bu haqda internet vasitəsilə axtarış verib məlumat ala bilərsiniz.
Avtosfer.az | 6 Aprel 2023 17:16
Lede gore harda men baxdira bilerem maşina? Normativ teleb pozulub yoxsa yox harda baxmaq olar melumat vererdiz zehmet olmasa
Karim | 6 Aprel 2023 13:50
Yaxşı bir mütəxəssis tapıb yoxlada bilərsiniz.
Avtosfer.az | 6 Aprel 2023 13:52
Salam men etibarname ile surduyum maşının usdundende cerme qalıb ve artıq o afdimobili surmurem ve sürücülük vesiqemi itirmisem yeniden almaq üçün o qalan cermeni odemeliyemmi ? Alanda
Sahib | 6 Aprel 2023 01:56
Salam. Bəli ödəməlisiniz.
Avtosfer.az | 6 Aprel 2023 13:51
90-TL-100 markali masin kime aiddir
Seferov elcin | 6 Aprel 2023 00:07
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 6 Aprel 2023 13:51
Salam vaz 21 011 markali avtomonile jeep vrangler fara qoymagin cerimesi varmi
Metleb | 5 Aprel 2023 23:25
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 6 Aprel 2023 13:50
Salam w203 kuza şəkildə olan qara faralara dyp ilişə bilərmi. Yığılma deyil tayvan istehsalıdı sifarişlə ebaydan gətirmişəm
Elvin Məmmədov | 5 Aprel 2023 10:53
Salam. Foto gəlməyib.
Avtosfer.az | 6 Aprel 2023 13:50
Masina pinema qurasdirmaq olarmi
Cavidan | 5 Aprel 2023 10:49
Xeyr, olmaz.
Avtosfer.az | 6 Aprel 2023 13:49
Salam bele cerime gelmesi düzgünmü 2 şekilde yük maşınıdı 1 şekilde menim maşınım ve hemin erazide 75 gedmemişem
Elvin Məmmədov | 5 Aprel 2023 10:36
Salam. Bununla bağlı DYP-yə rəsmi müraciət edin araşdırılsın.
Avtosfer.az | 6 Aprel 2023 13:49
Salam, faranin ustunde HC, HR, DC yazisi var, maşin w210 2000il, led işig qoydurmuşam, lazernen tenzimnelib, bele halda mene cerime yazila biler? Led uzağ vuran işigdadi.
Karim | 5 Aprel 2023 00:43
Salam. Bu suala şifahi cavab vermək çətindir. Normativ tələb pozulmayıbsa cərimə yazıla bilməz. Pozulubsa yazıla bilər.
Avtosfer.az | 6 Aprel 2023 13:48
Salam.Sualim odurki men range rover 5 motor muherriki olan masina ses bogucu (pultla xor xor) qoydurmaq isteyirem. Bunu senedle qeyd eletdirib qanuni etdire bileremmi ? Elemek olursa rusumu ne qederdi zehmet olmasa cavablandirarsiz sualimi ?
Murad | 4 Aprel 2023 23:41
Salam. Belə avadanlıq quraşdırmaq qadağandır.
Avtosfer.az | 6 Aprel 2023 13:46
Salam,hər vaxtınız xeyir.Bildiyiniz kimi elektron cərimə sonuncu etibarnamə alan şəxsin adına gəlir.Sualım belədir:Bunu dəyişdirmək mümkündür,yəni e-cəriməni sonuncu deyil,etibarnamə ilə sürən digər şəxsə və ya avtomobilin sahibinə yönləndirmək mümkündür ki,həmişə ona gəlsin?
Öncədən təşəkkürlər.
Rafig Karimli | 4 Aprel 2023 14:34
Salam. Bəli mümkündür. Əgər maşını siz sürmürsünüzsə, DYP-yə rəsmi müraciət edib xahiş edin ki, hal-hazırda idarə edən filankəsin adını qeyd edin. O zaman elektron cərimələr faktiki sürən şəxsin adına tərtib olunacaq.
Avtosfer.az | 4 Aprel 2023 14:44
Satdığım adamı tapa bilmirem nomresini maşının nömrəsi 99ZV054
Ülvi | 4 Aprel 2023 14:18
Biz sizə heç bir köməklik edə bilmərik.
Avtosfer.az | 4 Aprel 2023 14:41
salam aleykum. vaz 2107 üçün kvadrat nömre ala bilerem?
Murad | 4 Aprel 2023 14:07
Salam. Xeyr.
Avtosfer.az | 4 Aprel 2023 14:15
Salam masini satmışam texpasportla menim adımadi üstünde nomre var onu götürmək istirem
Ulvi | 4 Aprel 2023 12:34
Salam. Satdığınız adamla əlaqə saxlayın.
Avtosfer.az | 4 Aprel 2023 14:15
Salam. Hal hazırda maşını addan ada keçirməyin rüsümü nə qədərdir? Və bu prosesdə nə kimi problemlər ola bilir?
Maşın Mercedes c240, 2000-ci il.
Rəşid | 4 Aprel 2023 10:59
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Odsöndürən, qəza dayanma nişanı və ilkin tibbi yardım çantası olmalıdır. Bir də maşın saz olmalıdır.
Avtosfer.az | 4 Aprel 2023 14:15
Salam. Mən avtomobilimə şəkildə göründüyü formada ağ zolaq vinil yapışdırmaq istəyirəm. Bu qanuna zidd deyil ki?
Sərxan | 4 Aprel 2023 10:16
Qanuna zidd deyil. Amma qeydiyyata ehtiyac olub-olmadığını DYP-yə müraciət etməklə bilməyiniz mümkündür.
Avtosfer.az | 4 Aprel 2023 14:13
32BA200 nomresi hansi masinin uzerindedir?
Elşad | 3 Aprel 2023 23:05
VAZ 21011
Avtosfer.az | 4 Aprel 2023 14:12
Salam Bu Gün meni Dyp emekdaşı saxlayıb Ve Bildiribki Fara şüşeleri tünd rengdedir Ve bildirdimki Ne şüşeler nede eks etdirici qaralmayıb sadece Fara içersinde olan plasmas qara rengdedir ve bu cür faranın satişida movcuddur Masın 2002 ci ildir
Elcin | 3 Aprel 2023 22:11
Salam. Əgər faranın içini qaraltmaqla işıqyayıcılığa mane olursunuzsa qaraltmaq olmaz.
Avtosfer.az | 4 Aprel 2023 14:08
Salam. 2107. Bidene arxa podprese perde vurulmagina icaze varmi? Ve icaze varsa ypx ya nece bawa salimki arxa podprese perde vurmaga icaze oldugunu?
Qaflan | 3 Aprel 2023 21:49
Salam. Nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
- Minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına
- Yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.
Avtosfer.az | 4 Aprel 2023 14:07
Salam,Nivaya urban buferler yığılanda texpasporta Urban qeyd olunmalıdır?Birde Niva üçün bezekli faralar satırlar,onlardan quraşdırmağa qanunla ypx ne deye biler?
Cavid | 3 Aprel 2023 21:38
Salam. Urban sözünü yazdırmağa qanunla ehtiyac yoxdur.
Dediyiniz bəzəkli faralara icazə yoxdur.
Avtosfer.az | 4 Aprel 2023 14:02
Salam maşinin texpasportunda muherrik nomresi qeyd olunmuyub. Masini almisam texpasportu oz adima kecirmek istiyirem mene verecek yeni texpasportda. Muherrik nomresi yazacaqlar yazacaqlarsa bu ne derece duzqundi
Yusif Aliyarov | 3 Aprel 2023 16:26
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/texpasportda-muherrikin-nomresi-yazilmayibsa-problemi-kim-hell-etmelidir-dyp-yoxsa-surucu-206116
Avtosfer.az | 4 Aprel 2023 14:01
Salam Hörmətli Avtosfer.az
Mənim maşınım 2003 cü il w220 kuza S classdır. Maşının arxa paduşkaları yatığı halda idarə ediyim üçün DYP əməkdaşı mənə cərimə tətbiq etməsi qanunla düzdürmü?
Hava ilə işləyən amartizatordu maşında.
Xahiş edirəm cavablandərardınız.
Təşəkkür edirəm
Sahib | 3 Aprel 2023 12:33
Salam. Xeyr, cərimə yaza bilməz.
Avtosfer.az | 3 Aprel 2023 13:38
Sürücülük vəsiqəmdə şəklim eynəklədir. Hal hazırda əməliyyat olunmuşam və azadam eynəkdən. Vəsiqəmi dəyişməliyəm? Dyp məni saxlasa cərimə edəcək?
Samira | 3 Aprel 2023 08:29
Bu haqda 902 ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Avtosfer.az | 3 Aprel 2023 13:38
99nx175 sahibin adi zehmet olmasa
Nicat | 3 Aprel 2023 02:31
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 3 Aprel 2023 13:37
Salam men bir müddət bunnan qabag sirketlerin birinnen taksi goturub sururdum adima surmeye olan etibarname verilmisdi indise basqasi idare edir qayda pozuntusu etddikde bunun cerimesi mene gelir men ne etməliyəm zehmet olmasa aciqlama vererdiz
Eli | 2 Aprel 2023 20:15
Salam. Etibarnaməni ləğv edin və DYP-yə müraciət edin yazılmış cərimələr silinsin.
Avtosfer.az | 3 Aprel 2023 13:36
Salam.opel astra 2000ci ildi.yeni istehsali dayanib.men alin şuşeni fiolet faralara led qoya bilerem?
Muşfiq | 2 Aprel 2023 17:55
Şüşə 75 faiz şəffaf olmalıdır. O zaman quraşdıra bilərsiniz.
Ledi isə şifahi şəkildə demək çətindir. Mütəxəssis baxıb deməlidir ki, normativ tələbi pozacaq, yoxsa yox.
Avtosfer.az | 3 Aprel 2023 13:31
2107 modeline 13 ölçüde formula tekere icaze varmi?
Feris | 2 Aprel 2023 10:09
Ümumi verilmiş ölçülərdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 3 Aprel 2023 13:29
Maşının xaricinde hansı deyişiklere icaze var hansılara yoxdu?
Hesen | 2 Aprel 2023 02:39
Biz durub bir-bir sadalaya bilmərik.
Avtosfer.az | 3 Aprel 2023 13:29





