Bağ evinden gederken priora markali maşinimin bagajina qum kiseleri qoyaraq şeherdeki evime gedirem heyetde istifade ucun bu qayda pozuntuaudurmu ? Olarmi. ? Ve yol patrul emekdaşi buna ilişe bilermi? Zehmet olmasa
Elsever | 4 İyul 2022 05:33
Əgər normadan artıq yükləməmisinizsə heç bir problem yoxdur
Avtosfer.az | 5 İyul 2022 10:56
Salam,
Mende 2108 lada/samaradir,arxa buferin cixarib rengletdirmeye vermisem.Bildirmek isterdimki bu masinlarda arxa nomre masinin ozune bagli olur bufere yox.Bele olan halda arxa bufer olmadan bir nece gun idare edebileremmi.
Qeyd edimki size derin Tesekkurumu bildirirem,sebir ile her sualimizi cavablayirsiz.
Seyid | 3 İyul 2022 21:04
Salam. Əslində sürmək olmaz. Amma buna görə cərimə tətbiq etmək də asan iş deyil. Qanunda göstərilib ki, bu cür nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var. Həmin nasazlığı da aradan qaldırmaq mümkündür. Buferi bağlayırsınız, nasazlıq aradan qaldırılır.
Avtosfer.az | 5 İyul 2022 10:55
Salam. Mən bilmək istəyirəm avtomobildə Təkər bazası, təkər düsturu və oxlara düşən kütlə bərabərliyi və ağırlıq mərkəzi nədir? və bunlar hansı dəyişiklik olduqda pozulur?
Azər | 3 İyul 2022 20:46
Salam. Təkər bazası, təkər düsturu oxlara düşən kütlə o deməkdir ki, siz avtomobilin arxa oxunu bir az qabağa və ya geri çəkirsinizsə təkər düsturu, oxlara düşən kütlə, ağırlıq mərkəzi pozulur.
Avtosfer.az | 5 İyul 2022 10:53
Salam.Avtomobile audio ses sisteminin qurasdirilmasi her hansisa qadağası varmi?
Seyhun | 3 İyul 2022 20:39
Salam. Xeyr, belə bir qadağa yoxdur.
Avtosfer.az | 5 İyul 2022 10:51
Salam. 2020 ci il iyun ayinin 25 i generalni dovernusla maşını bir nefere notarial qaydada satmişam. Hemin şexs de başqa bir şexse satib. 2021 ci ilde dekabr ayının 7 i mene cerime gelib. Ve men öz növbemde 9 dekabr 2021 ci ilde Respublikanski qaide yazili şekilde müraciet etmişemki maşin senedsiz sürülür ve qaydalari pozur. Yazib müraciet etdimki maşin saxlanib duracağa qoyulsun. 07.01.2022 tarixinde mene resmi cavab geldiki muracietiniz qeyde alindi ve mulkiyyetinizde olan avtomobil tez bir zamanda saxlanib cerime meydancasina qoyulacaq. 7 ay şikayetin üstünden keçmesine baxmayaraq heç bir tedmir görülmedi. Defelerle 102 ve 902 qaynar xettine şikayet olundu amma heç bir faydasi olmadi. 20.06.2022 ci il tarixinde sürücülük vesiqemi deyişmeye gedende ASAN xidmetden mene bildirdilerki adinizda 1200 azn cerime var. Hüquq mühafize oraqnlarinin tapa bilmediyi avtomobili 1 hefte Baki şeherinde gece gündüz axtardiqdan sonra Masazir qesebesinde Ehmedov Ferhad Melikmemmed oglunda tapdim. Ve şexsi araşdirmalarim neticesinde melum olduki maşında heç bir mehdudiyyet qoyulmayib. Yeniki maşin Baki şeherinin her yerine rahat şekilde gedib gelir. Ve maşini Ferhad adli şexsden aldiq getirdik öz heyetimize. Cerimelerin menim adimdan Ehmedov Ferhad Melikmemmed oglunun adina keçmesi üçün ne etmeliyik? ve maşini kime tehvil vermeliyik? . Bu suali size yönlendirmişdim cavab aldim teşekkür. Bes hemin şexs erize yazmaqdan imtina edirse ?! Ve mövcud meseleye göre meni 7 iyul mehkemeye çağiriblar. Men mehkemeden bir neçe gün qabaq maşını kimden tapmışamsa onun ad,soyad,ata adini, ünvanını teqdim ede bilerem?! mehkemeye onuda çağırsınlar? Ve başqa ne etmeliyem?
Rəşid | 3 İyul 2022 10:50
Bəli, siz məhkəmədə bütün olanları bildirin. Hətta baş idarənin sizə verdiyi cavabı da aparın məhkəməyə. Məhkəmədə də mütləq iştirak edin, yoxsa sürücülük vəsiqəniz məhdudlaşdırılacaq.
Avtosfer.az | 5 İyul 2022 10:51
Maşına peredok qoymaq olar? Eger qoydursaq ne etseq polis bizi incidmez?
Nihat | 2 İyul 2022 22:37
Xeyr, olmaz. Necə istehsal olunubsa o cür də istismar edilməlidir.
Avtosfer.az | 3 İyul 2022 09:55
Salam,
Menim masinim 2108 lada/samaradir,bu masinlarin baqajlarin uzerinde suse silenleri var.Men sadece yay vaxtlarinda cixariram.Bilmek isterdimki yay vaxtlari cixarsam shotkani buna gore bir cerimesi varmi,veya arxa sotkanin yerliyi varsa ozunu qoymayada bilerem deye bir icaze varmi.
Seyid | 2 İyul 2022 14:59
Salam. Xeyr, heç bir cəriməsi yoxdur. Çünki qanunda qabaq şüşə silgəclərinin olmamasına görə cərimə nəzərdə tutulub. Arxaya aid deyil.
Avtosfer.az | 3 İyul 2022 09:57
Şamaxı seherinde arxa yan perdelere gore 150 manat cerime yazildi 342.2.4 maddeye esasen yazib qanunsuz olduğunu bildirdi
Vuqar | 2 İyul 2022 14:21
Məhkəməyə müraciət edə bilərsiniz.
Avtosfer.az | 3 İyul 2022 09:57
Salam vaz21214 Urban buferləri vurmuşam qeydiyyat şadednamesine qeyd etmək lazımdır?
Malik | 1 İyul 2022 23:39
Salam. Xeyr, belə məlumatlar qeydiyyat şəhadətnaməsinə qeyd olunmamalıdır.
Avtosfer.az | 3 İyul 2022 09:58
salam mende 124 kuza mersedesdi yan arxa qapilarda demirsiz yeni kartinkasiz qeza zamani xesaret yetirmir kardona tikilip perde icaze varmi?
Ramazan | 1 İyul 2022 23:16
Salam. Əslində icazə var. Amma çalışın plyonkadan istifadə edin.
Avtosfer.az | 3 İyul 2022 09:59
Salam. 2020 ci il iyun ayinin 25 i generalni dovernusla maşını bir nefere notarial qaydada satmişam. Hemin şexs de başqa bir şexse satib. 2021 ci ilde dekabr ayının 7 i mene cerime gelib. Ve men öz növbemde 9 dekabr 2021 ci ilde Respublikanski qaide yazili şekilde müraciet etmişemki maşin senedsiz sürülür ve qaydalari pozur. Yazib müraciet etdimki maşin saxlanib duracağa qoyulsun. 07.01.2022 tarixinde mene resmi cavab geldiki muracietiniz qeyde alindi ve mulkiyyetinizde olan avtomobil tez bir zamanda saxlanib cerime meydancasina qoyulacaq. 7 ay şikayetin üstünden keçmesine baxmayaraq heç bir tedmir görülmedi. Defelerle 102 ve 902 qaynar xettine şikayet olundu amma heç bir faydasi olmadi. 20.06.2022 ci il tarixinde sürücülük vesiqemi deyişmeye gedende ASAN xidmetden mene bildirdilerki adinizda 1200 azn cerime var. Hüquq mühafize oraqnlarinin tapa bilmediyi avtomobili 1 hefte Baki şeherinde gece gündüz axtardiqdan sonra Masazir qesebesinde Ehmedov Ferhad Melikmemmed oglunda tapdim. Ve şexsi araşdirmalarim neticesinde melum olduki maşında heç bir mehdudiyyet qoyulmayib. Yeniki maşin Baki şeherinin her yerine rahat şekilde gedib gelir. Ve maşini Ferhad adli şexsden aldiq getirdik öz heyetimize. Cerimelerin menim adimdan Ehmedov Ferhad Melikmemmed oglunun adina keçmesi üçün ne etmeliyik? ve maşini kime tehvil vermeliyik?
Rəşid | 1 İyul 2022 22:28
Salam. Həmin şəxsi götürüb gedib baş idarəyə (Xırdalana) cərimələri orada onun adına keçirin.
Avtosfer.az | 3 İyul 2022 10:01
dovlat nomra nisanin qabaqcadan bron eda bilarammi
alimammad | 1 İyul 2022 09:24
Qanunda bron yoxdur
Avtosfer.az | 3 İyul 2022 10:02
Salam.Dayanma,durma qadagasını pozaraq maşını saxlayıb,içinde iki usaq oldugu halda cerime yazıla biler?Usaqlar deseler bele çekmeyin valideynim gelir sözünü dinlemeyib çekibler.
Nərgiz | 1 İyul 2022 08:06
Salam. Dayanma durma qadağan olunan yerdə hərəkət sürəti sıfır kilometrə salına bilməz. Əgər 1 saniyə belə dayanmısınızsa qaydaları pozmuş hesab olunursunuz. Ona görə də düzgün yazılıb cərimə.
Avtosfer.az | 3 İyul 2022 10:03
Bakıdan Naxçıvana hansı yolla gedilir,irandan keçib gedir,yoxsa
Tahirə | 1 İyul 2022 01:47
Bəli.
Avtosfer.az | 3 İyul 2022 10:04
Kia Pride Koreya masini AMERKANKA qadagandir?
Babek | 1 İyul 2022 00:51
Əlbəttə qadağandır.
Avtosfer.az | 3 İyul 2022 10:04
Salam, bmw 528 sonradan M buferlər qoyulub, bu qanunla qadağan edilirmi? Əgər icazə varsa yol polisi bu səbəbdən saxlasa necə izah edə bilərəm( hansı maddə ilə) ?
Rəvan | 30 İyun 2022 20:55
Salam. Belə bir maddə, belə bir qadağa yoxdur. Qanunda göstərilib ki, normativ tələbləri pozan avadanlıq dəyişdirilə, quraşdırıla bilməz. Bufer heç bir normativ tələbi pozmur. Rahatlıqla quraşdıra bilərsiniz.
Avtosfer.az | 3 İyul 2022 10:12
Salam vaz 2114 arxa qapilara qarmosqa perde 150 man cerime yaziblar qerarsiz teleb etmisem muraciet edersem cerime siline biler ?
Cavid | 30 İyun 2022 20:44
Salam. Məhkəməyə müraciət edə bilərsiniz.
Avtosfer.az | 3 İyul 2022 10:12
Salam mercedes w203 c class ucun amerikadan zavod standarlarina uygun olan faralar alinib . Dyp ilişir. Faralar kustar üsul ile yox zavod standarları ile hazırlanıb. Dyp cerime ede bilermi? Nece başa salmaq olar yada
https://specdtuning.com/2001-2007-mercedes-benz-w203-c-class-sedan-projector-headlights-w-led-drl-chrome-housing-clear-lens/
Şamil | 30 İyun 2022 16:51
Salam. Bunu Mercedes zavod hazırlamır. Sonradan hazırlanan faralardır.
Avtosfer.az | 3 İyul 2022 10:17
Salam . Masinda amartizatorun nasazligina gore hansi cerime nezerde tutulmusdur ?
Elsad | 30 İyun 2022 14:02
Salam. İXM 342.5. O nasazlıqlar aradan qaldırıla bilirsə cərimə yazıla bilməz.
Avtosfer.az | 3 İyul 2022 10:18
Salam. Bine qesebesi merkez. Notarus ile uzbeuz erazi.Her gun cetin anlar yasanir. Bir surucu ve vetendas olaraq xais edirem nezere alasaniz. Bir qazel donme olan yerde her gun dayanir YPX buna goz yumur. Hereket ise bu sebebden cetinlesir
Tural | 30 İyun 2022 00:26
Salam. Gündüz vaxtı həm qabaqdan, həm də arxadan şəkillərini çəkib göndərin işıqlandıraq. Elə çəkin ki, nömrəsi də düşsün.
Avtosfer.az | 3 İyul 2022 10:19
Salam az yaşlı uşaq sükan arxasındadırsa neçe azn cerimedi birde neçe bal
Rasul | 29 İyun 2022 20:48
100 manat sürənə, 60 manat da maşını ona verənə.
Avtosfer.az | 3 İyul 2022 10:20
Salam. Texniki baxışın müddəti bitmişsə DYP qeydiyyat imtahan mərkəzinə həmin avtomobillə getdikdə 50azn cərimə yazılır, evakuatorla aparılsa o zaman da cərimə yazılır?
Azər | 29 İyun 2022 14:19
Salam. Evakuatorla aparılsa heç bir cərimə yazıla bilməz.
Avtosfer.az | 3 İyul 2022 10:21
Salam mende chevrolet cruzedir men masinin arxa ve qabaqini asagi salmaq isteyirem bunu qanun ile nece ede bilerem sport purjun ve ya coilover ve ya dyp ye muraciet etmeliyem ya nece bir yolu varmi ?
Amid | 29 İyun 2022 04:05
Salam. Bunun heç bir yolu yoxdur. Maşına lazımsız müdaxilələr etməyin.
Avtosfer.az | 3 İyul 2022 10:21
Salam, maşına aksesuar kimi qluşitelin başdığına dəmir keçirmək istəyirəm (15-16 manatdı) yüngül səs verir. Bu halda cərimə yaza biləllər mənə? Yani aksesuardı,içərdən qluşitelə heçnə dəyilməyib
Qasım | 29 İyun 2022 01:12
Salam. Səsini dəyişəcəksə etməyin. Səsini dəyişmədən etmək olar.
Avtosfer.az | 3 İyul 2022 10:22
Mehdudlasdirma bitdikden sonra biz eyni suruculuk vesiqesini yeniden geri alacagiq yoxsa yeniden imtahan verib suruculuk vesiqesi almaliyiq?
Vasif | 29 İyun 2022 00:42
1 ilə kimi məhdudlaşdırılıbsa həmin vəsiqəni geri götürəcəksiniz. 1 ildən artıq məhdudlaşdırılıbsa təcrübi imtahan verəcəksiniz.
Avtosfer.az | 3 İyul 2022 10:24
Indi meni saxlayib.? Cerime yaza biler? Cermesi neqederdir onda bele.cixir ki arayisiz menasiz verimsel dyp dan? Sehv etmiremse 342.2.2
Ramil | 20 Aprel 2022 12:38
Arayış sizə ona görə verilir ki, maşınınızın qəzaya düşməsi qeydə alınıb. Nasazlığı aradan qaldıra bilmədiyiniz halda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 20 Aprel 2022 13:43
Salam. Martin ayinin 20si kimse qabag bamperi(buferi) vurub qacib, buferim zedelenib saxladigim yerdede hec bir kamare yoxuydu ki baxim kim edib.hadise nizami rayon erazisinde bas verib. Yaxinlasdim nizami qayisna meseleynen bagli mene arayis verdiler ki on buferi olmadigina gore yeni duzelene qeder sure bilim deye. Sualim beledir. Ypx emekdasi o arayisim elimde ola ola mene cerime yaza biler? Yada duracaga apara biler.? Madeynen deyerdiniz zehmet olmasa. iXM baxiram orda bufere aid bir madde yoxdur. Onuda deyim ki hadiseden 1 ay kecib bufer helede temirdedir.)) Maksimum.neqeder sure bilerem nekimi problemler yasaya bilerem. Dunen saxliyiblar ki o.arayis ustaya teqdim etmek ucundur.? Ele ypx emekdasida saxlayir ki gosterirem buraxir here bir wey daniwir. Zehmet olmasa izah ederdiniz qanunla.onceden tesekkur.
Ramil | 20 Aprel 2022 09:48
Salam. Arayışın olması o demək deyil ki, maşını elə sürə bilərsiniz. YHQ-nin 1 saylı əlavəsinin VII hissəsində göstərilib ki, konstruksiyanın digər ünsürləri. Bufer digər ünsürdür.
Avtosfer.az | 20 Aprel 2022 12:11
Salam.texniki baxışın vaxtıni bilmek isdeyirdim.usdunde 2020 ci il vurulub bu il vaxtıdır hansı ayin neçesi yaxınlaşim ? Tesekkurler
Xeyyam | 20 Aprel 2022 06:43
Salam. 012 511 08 40 nömrəsinə zəng edib məlumat ala bilərsiniz.
Avtosfer.az | 20 Aprel 2022 12:09
Sport burjunlarin cermesi var?
Nahid | 20 Aprel 2022 05:19
150 manat cəriməsi var.
Avtosfer.az | 20 Aprel 2022 12:06
Salam vaz 2106 masina 14 olcude disk teker qoya bilerem icaze var
Azer | 20 Aprel 2022 04:08
Salam. Zavod verdiyi ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 20 Aprel 2022 12:06