Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Bes gedmiwem gaiye xirdalana ollar eliyiller 700 manata Texpasportda yazacaqlar peredelka olub 013 O nece olur?
Senan | 7 Aprel 2022 13:49
O barədə heç nə deyə bilmərik.
Avtosfer.az | 7 Aprel 2022 14:36
Bele peredelka olub
Senan | 7 Aprel 2022 13:41
Olmaz belə. Siz maşının modelini dəyişmisiniz.
Avtosfer.az | 7 Aprel 2022 13:44
Salam. Isinizde ugurlar. Burdaki reylerden ve menim suallarimin cavabindan umumi bele neticeye gelirem ki, burda yazdiginiz reylere ve qaydalara esasen avtomobile demek olarki hecbir deyisiklik ede bilmerik. Istehsalci terefinden nece buraxilirsa elede surmeliyik. Yaxshi bes bu ne derecede duzgundurki sheherdeki her 10 eded BMW f10 ve f30 larin 9-unda arxada 4 cixis, ses sistemi, coilover amartizatorlar, normadan cox asagi statik (tenzimlenmeyen) purjunlar, vinli, enli tekerler ve s. bu kimi seyler var. Bu mentiqle gerek sheherde barmaqla sayilacaq qeder BMW qalsin ki istehsalci terefinden nece istehsal olunubsa ele de qalib. Avto blogerleri demirem hele, masinin bamperi asvalta deyir. O cur masinlari hansi senedle nece surmek olar? Men sabah masinimi dediyim adamlarin elediyi kimi tuning elesem men DYP emekdasina hansi sened gostermeliyem ki her defesinde saxlayib yolumdan edib narhat etmesinler? Yeni menim anlayisim yoxdur hemin avtoblogerler ve o tip avtomobil heveskarlari hansi senedle sururlerki masinda zovoddan hecne qalmayib amma her gunde sururler her gunde seherin merkezindedirler. Diger F10 F30 ve s. Diger marka ve modeller ise burda yazirki aktiv olmayan arxa cixisa gire cerime meydancasina gedib ve s. bu kimi cerime meydancasina aparmaq ucun mentiqi aciqlamasi olmayan sebebler. Meselen men sabah avtomobilimde deyisiklik etdikde neylemeliyemki men de hemin o dediyim blogerler ve avto heveslarlari kimi rahatliqla oturum masinima? Sizden ve emekdaslarinizdan artiq derecede xahis edirem yazdigima etrafli sekilde tutarli bir cavab yazasiniz. Ve bele bir sened varmi ki DYP terefinden testiq olunmus avtomobilin tuningi ucun her hansi bir icaze senedi filan sabah men de onu alim rahat sekilde qanuni tuning edib surum? Onceden tesekkurler.
Raul | 7 Aprel 2022 12:22
Salam. Hər dəyişiklik texpasporta yazılmır. Və hər dəyişiklik də qanuni hesab olunmur. Qanunda yazılıb ki, normativ tələbləri pozmadan avadanlıq quraşdırıla və ya dəyişdirilə bilər.
Avtosfer.az | 7 Aprel 2022 13:03
Salam dumanni isiqi yandirmaq gunuz vaxdi cermedimi
Behruz | 7 Aprel 2022 11:29
Salam. Əslində olmaz. İşıq cihazları təyinatına uyğun yandırılmalıdır.
Avtosfer.az | 7 Aprel 2022 12:52
Salam . On faralara 15% vinil cekile bilermi ? Eger olmazsa cerimesi nedi ? Duracaqa qoyula bilermi mawin ?
Cosqun | 7 Aprel 2022 11:21
Salam. Olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 7 Aprel 2022 12:51
Salam . Men masini teze almisam masinin sesbogucusundan ses cox cixir . Ypx meni dunen saxladi ve mawini ozu surerek cerime meydancasina apardi ve qazana mudaxile elemisen deyerem 800 manat cerime oduyessen dedi . Ve protakol yazmadi . Sabah flan otaqa yaxinlasarsan dedi . Men bilmek isdeyirem arxa qazana mudaxile olunarsa cerimesi nedi ? Ve cerime meydancasina qoyula bilermi masin ? Yoxsa pratokol yerinde yazilib surub gede bileremi?
Sunay | 7 Aprel 2022 11:18
Salam. Əgər səs gücünün artırılması məqsədilə səsboğucuya dəyişiklik olunubsa 500 manat cərimə yazıla bilər. İnzibati Xətalar Məcəlləsinin 342.3 - cü maddəsi.
Avtosfer.az | 7 Aprel 2022 12:50
Vaz 2107 arxa pastavka yeni rezinsiz surmek olar?
Emil | 7 Aprel 2022 10:45
Bilmədik nəyi deyirsiniz.
Avtosfer.az | 7 Aprel 2022 11:02
Salam mutexessis qurasdirdiqi led isiqlara cerme var?
Emil | 7 Aprel 2022 10:40
Salam. Qanunu bilən mütəxəssis quraşdırırsa və hər şeyi tənzimləyirsə heç bir problem yoxdur.
Avtosfer.az | 7 Aprel 2022 11:02
2015 ci İl Niva(Universal qeyd olunub) maşınına Urban nivaya çevrilib. Yeniki Bufer ve faralar deyisib. Texniki passportda Urban kimi qeyd olunmalıdır?
Elvin | 7 Aprel 2022 05:13
Xeyr, sənəddə heç bir dəyişiklik olunmamalıdır. Ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz. https://avtosfer.az/az/qaydalar/bu-deyisikliklere-gore-texpaport-deyismelidirmi-i%CC%87zah-122602
Avtosfer.az | 7 Aprel 2022 11:01
Salam, menim avtomobilimi, yuksek suret ve manevr qaydasini pozduguma gore cerime meydancasina apariblar. Bele hal mumkun ola bilermi?
Vusal | 7 Aprel 2022 00:30
Salam. Buna görə cərimə meydançasına apara bilməzlər. Amma avtoxuliqanlıq hərəkətləri olubsa məsuliyyətə cəlb edilə bilərsiniz.
Avtosfer.az | 7 Aprel 2022 11:00
Salam meni bu gun yol neqilyat matasikil patrulu saxladi ve bildirki sened teqdimet mende etdim senede baxildi mapetimde 49cc dir seneddede eledir mende bikdirirki bu alis yerinden bele deyilir eslibde hecde ele deyil ve usdunde sesi uca olan qursitel var idi ona goeede 800-azn mende cerime terdib eledi hec bir pratakol mende tertib etmeden 342.3 madede bildirirki Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi mende neqilyat vasitesinin sadece alis senedi var mende nomre yox texspasport yox mende 800-manat cerme yaza bilermi seher qayisindan bele bildiribler ne qeder duzgundur ve eger mapetdirse neqilyat vasitesi sayilmir buda var cunki matasikil deyil mexaniki neqilyat vasitsi sadece onlara aitdirki maddeler qanuna esasen yazilir qanunlada mende dovlet qeydiyat nisanim varsa cerme teqdim oluna biler oda qanuna esasen day mapetimin qiymeti boyda mende cerime deyilir ve hec bir prataqol olunmadan zehmet olmasa mende melumat verin indiden tesekkuler
Murad | 6 Aprel 2022 23:48
Salam. Sizə kim deyir ki, moped mexaniki nəqliyyat vasitəsi deyil? Yol hərəkəti haqqında qanunun 1 ci maddəsində yazılıb ki, moped mexaniki nəqliyyat vasitəsidir. Əgər səs desibeli normadan artıq çıxırsa buna görə sizi 500 manat cərimə gözləyir.
Avtosfer.az | 7 Aprel 2022 10:58
Salam.Men vaz2107-ye zavoduskoy qabağ purjun almışam 2-lik patsafka ile 8barmaqdı.Cerime düşür neqiliyyat vastitesine?
Rəşad | 6 Aprel 2022 19:27
Salam. Əlavə şeylər qoymaq qadağandır.
Avtosfer.az | 7 Aprel 2022 10:56
Salam.Mənim maşınımda konsturksiya dəyişikliyi varsa polisin maşını cərimə meydançasına aparddıqdan sonra protokol yazmamağa və məni Respulika Qaisində hansısa nömrəli otağa göndərməyə ixtiyarı varmı? axı bildiyimə görə protokol dərhal və yerində tərtib edilməlidir?
Rəşad Ağayev | 6 Aprel 2022 16:02
Salam. Protokol dərhal yerində yazılmalıdır və avtomobil duracağa aparılmalıdır.
Avtosfer.az | 7 Aprel 2022 10:56
Salam .men naxcivan qeydiyatiyam.ama bakida yasiyiram.amerikadan masin vurmusam.1 aya gelecek.men hemin masini bakida baki seriasi ile oz adima sala bilecem???
Vusal | 6 Aprel 2022 08:59
Salam. Meyvəlidə edə bilərsiniz.
Avtosfer.az | 7 Aprel 2022 10:54
Salam. Maşına nəqədər vinil çəkilməsinə icazə verilir? Və bu hansı maddədir?
İsmayıl | 6 Aprel 2022 08:29
Salam. Vinili çəkməmişdən öncə çəkəcəyiniz yerləri qeyd edib DYP-yə rəsmi ərizə ilə müraciət edin. Oradan cavab aldıqdan sonra vinili vurun.
Avtosfer.az | 7 Aprel 2022 10:54
Salam menim mawinim vaz 2107 meni Dyp saxlayib mene rolun awagi duwmesini kankturusya dewikliyi deyib cerme meydancasina aparib meyer rolun awagi salimasi kankturusya dewikliyi geddir?
Esqin | 6 Aprel 2022 04:04
Salam. Sükana müdaxilə edib aşağı salmaq olmaz.
Avtosfer.az | 7 Aprel 2022 10:52
Salam menim mashinim vaz 2108 Peredelka elemiwem 21013 Apariblar cerime meydancasina Sualim: cerimesi nedi ? Harda gedim seneteri gaydasina salim? Texpasportda olsun birde ki giymeti ? Cox sag olun)
Senan | 6 Aprel 2022 01:43
Salam. 150 manat cəriməsi var. Bunu sənədləşdirmək qeyri mümkündür. Siz şəkilləri göndərin baxaq görək necə dəyişiklikdir.
Avtosfer.az | 7 Aprel 2022 10:52
Salam. Avtomobilde olan konstruktiv deyisiklik neler sayilir? Dyp saytinda tam olaraq hemin maddenintapa bilmedim. Siz zehmet olmasa komeklik gosterersiniz ya meddenin nomresini yazarsiz ya link atarsiz mumkunse. Ve avtomobilin tekerlerinin enini 2 sm den artiq olmamaq sherti ile enli etsek bu konstruktiv deyisiklik sayilirmi qanunla? Tesekkur edirem
Raul | 6 Aprel 2022 01:14
Salam. Avtomobilə əlavə 1 bolt da bağlasanız konstruksiya dəyişikliyi sayılır. Lakin dəyişikliyi elə etmək olar ki, normativ tələbi pozmasın. Təkərləri enli etmək olmaz.
Avtosfer.az | 7 Aprel 2022 10:48
Dyp mənə sərxoşluqla bağlı protokol təqdim edib,Amma qərarsızdı,sistemdə çıxmır necə edə bilərəm?
Orxan | 6 Aprel 2022 00:33
Yəqin ki, işi məhkəməyə göndərəcək. Ona görə qərarsızdır.
Avtosfer.az | 7 Aprel 2022 10:46
Texposporta niye vaxt qoyulub
Вусал | 6 Aprel 2022 00:01
Fotosunu göndərin baxaq.
Avtosfer.az | 7 Aprel 2022 10:46
Tekniki baxişin bitme vaxtini nece öyrenmek olar
Elnur | 5 Aprel 2022 23:06
Asanpay.az saytında elektron kabinet yaradıb baxa bilərsiniz.
Avtosfer.az | 7 Aprel 2022 10:45
Salam her vaxtiniz xeyir men dostumun mawinin bez pirava surmuwem saxliyiblar cermesin bilmek isterdim ve mawinin yesine cerme yazilirmi
Abdulla | 5 Aprel 2022 19:31
Salam. Sizə 100 manat, maşını sizə verənə isə 60 manat cərimə yazılmalıdır.
Avtosfer.az | 7 Aprel 2022 10:45
Salam avtomobilimde arxa yaylar cuzi oturub arxasi balaca asagidi.konstruksiya dəyisikliyi olunmayib.buna gore cerimə dusur ya yox.xahis edirem sualimi cavablandirasiz.eger qanuna ziddirse aradan qaldirariq
Ramazan | 5 Aprel 2022 18:22
Salam. Bunun heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 7 Aprel 2022 10:44
Priora sport purjunun cerimesi varmi arxa ve one eyni anda qoyularsa
Rafiq | 5 Aprel 2022 18:18
150 manat cəriməsi var.
Avtosfer.az | 7 Aprel 2022 10:43
Salam. VAZ 2107 üçün olan yan şüşələr üçün bu növ pərdə(jalüz) qadağandır ?
Elvin | 5 Aprel 2022 15:31
Salam. Əslində olar. Amma yol polisiləri icazə vermir. Deyir plyonka vurun.
Avtosfer.az | 7 Aprel 2022 10:42
Salam mənim maşınım BMW F30 modelidir. Zavod 2 çıxışdan əlavə sağ tərəfə aksesuar kimi qluşitel başlığı quraşdırmışam. Həmin səsboğucu başlıqlar qazana qaynaq vasitəsilə kənarınnan bərkidilib. Heç bir funksiya daşımır tüstü falan çıxmır bəzək üçün qoyulub. İnspektor əlavə avadanlıq quraşdırdığımı əsas gətirərək 342.2.2 maddəsi ilə cərimə meydançasına yerləşdirdi maşını. Səbəb onu gətirdi ki, bəs normativ tələbləri pozmusan, səsboğucu başlığı möhkəm qalsın deyə qaynaqla qazana birləşdirilə bilməz və s. Protokoldan məhkəməyə şikayət etdim məhkəmə də şikayəti təmin etmədi polisi haqlı çıxardı. İndi appelyasiya vermək istiyirəm məhkəmənin qərarını. Sadəcə bunu hansı maddə hansı bəndlə sübut edə bilərəm onlara ki bu əlavə avadanlıq deyil və qaynaqla bərkitmək qadağan deyil?Təşəkkürlər
Eltun | 5 Aprel 2022 12:50
Salam. Siz yaxşı bir vəkil tapın. Vəkilsiz alınmayacaq. Həftə içi 5 gün saat 17:00-dan 20:00-dək 103.3 fm də hüquqşünas Ərşad Hüseynovun verilişi gedir. Elə bu gün zəng vurun, Ərşad müəllimə olanları danışın və ondan yaxşı bir vəkil soruşun.
Avtosfer.az | 5 Aprel 2022 14:29
Salam, Menim masinim 2108-di ve belgiya istehsalidir(kapot altinda olan pilkasinda belgiya yazib) bildiyiniz kimi avropada masinlarin posadkasi asagi olur.Lakin sssr istehsali olan avtolar arxasi hundur olur.Meni yol polisi saxladiki sen purjun kesdirmisen ve ya purjunlarin kohnelib yatib.Bu hallda men ne etmeliyem,polise oqeder soz dedimki bu evropeyka kimi sayilir.2ci sualim ise bele olan hallda purjunlarin istismari yararsizdisa onu dayanacagi aparmalidir?
Ramazan Memmedov | 5 Aprel 2022 11:48
Salam. Yaylar ölübsə ona nə cərimə düşür, nə də ki, duracağa aparılır.
Avtosfer.az | 5 Aprel 2022 14:26
Salam bağışdıyın sizi narahat edirem menim maşinim nivadi men arginal led taxmışam paylayıcısı var mutexessisler terefinden olculub taxılb buna gore men 150 azn cerime olunmuşam ne etmeliyem etraflı izah ede bilersiz zehmet olmasa
Serxan | 5 Aprel 2022 00:33
Salam. Ledin paylayıcısı necədir sizdə? Fotosunu göndərə bilərsiniz? Ümumiyyətlə paylayıcı nəyə deyirsiniz? Və ona hansı mütəxəssis baxıb?
Avtosfer.az | 5 Aprel 2022 10:34
Salam cox xahis edirem etrafli sualimi cvblayin,xahis edirem. Masinim baqajinda yungul varibyuk var idi,ve tebiiki arxasi biraz yatmisdi normal sekilde,krill teker arasinda 2-3barmaq yer var indi hele.Qayi deyirki kesdirmisen deyirem xeyr,deyir onda istismara yararsizdir ve cerime meydancasina qedecek.Deyirem baqajimda yuk varda,deyir ac baqaji baxim.Deyirem bes evdekilerin palltarlari filan varda aca bilmerem.Deyirki onda cerime meyd. qedir. Sual: meni istismara yararsiz purjuna gore stoyankaya apara bilermi ve baqajima baxmaq istemeyi ne derece duzgundur?
Aslanov Seyid | 4 Aprel 2022 19:44
Salam. Siz baqajı açmalı idiniz. Polis paltarı oğurlamayacaqdıki. İstasmara yarasız yaylara görə maşın duracağa aparıla bilməz.
Avtosfer.az | 5 Aprel 2022 10:28
Salam men yuk avtomobili idare edirem(qosqúlu tir)qapilarda perde var masinda.yeni istehsal eden terefinden karnizleri de var zavadskoy.buna cerime yazirlar.dogrudurmu? 2 ci sualim yan wuwelere 25 % lik plyonka vura bileremmi?
Elcin | 4 Aprel 2022 14:52
Salam. Qabaq yan şüşələrə nə pərdə olar, nə də ki, plyonka.
Avtosfer.az | 4 Aprel 2022 15:10