salam men masinim bmw f30 du onu m e yugdirmiwam sened qanuni neciyedi
ozal | 5 Fevral 2022 17:16
Salam. Əgər mühərrik dəyişməyibsə, sadəcə buferlər dəyişibsə buna görə sənədə hər hansısa bir qeydin aparılmasına ehtiyac yoxdur.
Avtosfer.az | 7 Fevral 2022 14:11
Salam. Mehkemeden bildirish gelib fevralin 11-i orda olmagim gosterilir. 529.3 maddeye gore. 3 aydan bir hefte kechan cerimem vardi, ancaq bugun (05 fevral) odedim. Bu halda ne etmeliyem zehmet olmasa komek ederdiz.Qebzle mehkeme gununden evvel harasa yaxinlashmagim neyese komek edirmi?
Elnur | 5 Fevral 2022 17:09
Salam. Ödəniş qəbzini saxlayın özünüzdə və imkan varsa Asanpay.az saytında elektron kabinet yaradın və oradan təmizlik barədə çıxarış çıxarın, sonra məhkəmə günü onları hakimə təqdim edin. Ondan sonra məsuliyyətdən azad olunacaqsınız. Məhkəmədə iştirak etməsəniz sürücülük hüququnuz məhdudlaşdırılacaq.
Avtosfer.az | 7 Fevral 2022 14:10
Herkese Salam men nivaya wrangler farasi qoymaq isteyirem ve faralar tam bir birine uygun gelir iwiqlarida duzgun tenzimletdirsem buna gore cerime edile bilerem?
Muzeffer Eliyev | 5 Fevral 2022 15:28
Salam. Qadağandır. Ətraflı məlumat almaq üçün linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/bu-isiqlari-niva-ve-07-ye-qurasdiran-suruculerin-diqqetine-168823
Avtosfer.az | 7 Fevral 2022 14:04
Salam. Avtomobilim Koreyadan gelib. Her dörd yaylar sarıdır. Avtomobilim cerime meydancasina qoyulub. Sebeb kimi yaylari kesdirmeyim deyilse de, sonra sari yayların olduğunu gördüler. Ancaq menden 150 manat cerime odemeyimi isteyirler. Nezerinize catdirim ki, texniki baxişdan keçenden sonra heç bir konstruktiv deyişiklik etmemişem. Cerimeni odemeliyem?
Süleyman | 5 Fevral 2022 12:45
Salam. Yaylar kəsilməyibsə heç bir peoblem yoxdur. Rəngini isə qırmızı da edə bilərsiniz. Rəngə görə cərimə düşmür.
Avtosfer.az | 7 Fevral 2022 13:26
Salam məndə nömrənin kənarında işığlar var oları qoşdursam cəriməsi var?varsa nəqədər
Nurlan | 5 Fevral 2022 12:09
Salam. Zavod işıqları deyilsə qoşdurmaq olmaz.
Avtosfer.az | 7 Fevral 2022 13:24
Salam arxa yan wuwelere qarmowka perdeye icaze var?
Orxan | 5 Fevral 2022 10:18
Salam. Bəli vura bilərsiniz.
Avtosfer.az | 7 Fevral 2022 13:23
Salam VAZ 21 06 ya momo rol taxmaqin cerimesi var? Varsa ne qederdi
Fərid | 5 Fevral 2022 09:24
Salam. Cəriməsi yoxdur. Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 7 Fevral 2022 13:23
salam.mende hunday santafe dizeldi .koreadan almisam .bu zavod iki qulishitel gelib.yol polisi saxliyib cerime meydanchasina apardi.deyir soradan qoyulmadi.halbuki hech bir deyishiklik olmuyub. birde qazanin biri yoxdu deyir.bu ne derecede duzgundur?
ferid | 5 Fevral 2022 04:17
Salam. Başa düşmədik. İki çıxışlı gəlib, amma qazanın biri yoxdur.
Avtosfer.az | 7 Fevral 2022 13:21
Salam. Men mawini alarken bele bir ses guclendirici var ama aktiv deyil. Wekildende gorsenirki paslanibdi. Buna gore mawin cerime meydancasina qoyula biler? Ve cerimesi ne qederdi?
Coşqun | 5 Fevral 2022 00:10
Salam. Foto gəlməyib bizə. Nə səs gücləndiricisidir?
Avtosfer.az | 7 Fevral 2022 13:20
Binadan qopan daş parçası avtomobilin üstünə düşdü. güclü külək nəticəsində. günahkar kimdi ?
imir | 4 Fevral 2022 21:49
Günahkar MKİS (jek). Müraciət edin pulunuzu alın.
Avtosfer.az | 7 Fevral 2022 13:19
Salam mende vaz2107 ye fiat rol qoyulub ypx saxladib ve maaddede yazilan sozu gosderdiki avadanlig deyiwimidir 150 azn cerime yazdi ve sukan cenberinde hecbir deyiwiklik yoxdur ruldan bawka
Fiat rula cerime duwur?
Emin | 4 Fevral 2022 17:15
Salam. Bunun cəriməsi yoxdur. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 7 Fevral 2022 13:16
Salam məndə prioradi 2018 il arxa qabağ sport purjun qoymuşam -90 icaze var?senedide var pujunun
Adil | 4 Fevral 2022 17:09
Salam. Qanunla qadağandır.
Avtosfer.az | 7 Fevral 2022 13:15
Salam
Arxaya spicka qoyduqda YPX saxlayib ve yerinde aradan qaldirma mumkunse YPX yrmede cerme yazib duracaqa apara biler?
Emil | 4 Fevral 2022 12:20
Salam. Yerində aradan qaldırmaq mümkündürsə cərimə yazılır, amma duracağa aparılmamlıdır.
Avtosfer.az | 7 Fevral 2022 13:13
Salam.Avtomobilin ön və arxa faralarını 15 % tündləşdirmək qanunla qadağandırmı?Cəriməsi varmı?.Cavablandırdığınız üçün təşəkkür edirəm
Nurlan | 4 Fevral 2022 10:01
Salam. Qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 7 Fevral 2022 13:12
Vaz2107 avtomabile enli teker qoysam cerime oluna bilermi
Vuqar | 3 Fevral 2022 23:57
Zavod verdiyi ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 7 Fevral 2022 13:11
masin ön farasinda donme isiqlarina qosa kantak lampicka qoymaq(amerkanka) olar? yeni qanunda buna qadaga var?
Fuad | 3 Fevral 2022 22:34
Olmaz. Qadağandır.
Avtosfer.az | 7 Fevral 2022 13:10
Bir sualında qaldı men özüm razvalda içleyirem 215/50/13 tekeri vaz 2107 maşının zavod diskisine vurdum ve tekerin yere düşme bucağna dönme bucağlarna heç bir tesiri olmadı,Ve tekerin yere düşme bucağı dönme bucağları maşının peredok sisteminen tezimlendiyi halda nece ola bilerki hemin şine qadağa var?Eyer hemin şin zavod diskisine uyğundursa niye cerme yazılmalıdı?Belke heç bele qanun yoxdur?Bu haqda sual çox verirler qısaca 215/50/13 şin cermedirmi?araşdırıb kankret cavab vere bilersiz bizde öz hüquqlarımızı bilek
Qurban | 3 Fevral 2022 22:08
Zavod hansı ölçünü verirsə həmin ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 7 Fevral 2022 13:06
Vaz 2107 zavodun hansı şine icaze versiyini hardan öyrene bilerem?ekser maşınlarda bu qapı,ve ya bezin krışkasında yazılır bes vazda?
Qurban | 3 Fevral 2022 22:01
Ya kitabçadan baxmaq lazımdır, ya da internet üzərindən.
Avtosfer.az | 7 Fevral 2022 13:05
Salam ses boğucu baslıqı vaz 2107 ye quraşdırsam bezeyçün bu başlığ heç bir ses artımı yaratmırsa(84desibelden aşağı olmağ şerti ile)polis cerme yaza biler?
Qurban | 3 Fevral 2022 21:59
Salam. Səsə müdaxilə etmirsə quraşdırmaq olar. Səs db-i 74 dən yuxarı olmamalıdır.
Avtosfer.az | 7 Fevral 2022 13:04
Salam əleykum meni buna görə 500manat cərimə ediblər deyiblər ki nömrəni bağlamış ona görə halbuki hər 2terefden TŞK kamerası var qabag nömrə açıqdi mən isə 2deyqe ərzində mağaza su verende heç 4deqiqe çekmedi suyu verib çıxdım suyu arxa qapıdan götürdüm arxaya taxta qoyuram su bidonlar aşağıya düşməsin mən taxtanın götürdüm söylədim bu biri qapıya ve suyu götürdüm mağazaya verdim polis əməkdaşı mənə yaxınlaşıb xeberdar liq bele etmeden 500manat yazdı bu düzdür
Nicat | 3 Fevral 2022 21:20
Salam Siz maşını elə burada saxlmışdınız, yoxsa şəhər ərazisində? Yəni şəkil şərti olaraq çəkilib?
Maşınınızın nömrəsini tam şəkildə bizə yazın, məsələ araşdırılsın.
Avtosfer.az | 8 Fevral 2022 12:12
Mende saipa 132 di arxa stoplar zavoddur sadece led yığılıb içi cerimesi var ?
Resad | 3 Fevral 2022 21:00
Fotosunu göndərin baxaq.
Avtosfer.az | 7 Fevral 2022 12:57
17 yasli sagird ogluma maska cerimesi yazilib.100 man.bunun huququ esasi varmi?
Sarqiya | 3 Fevral 2022 20:42
16 yaşdan yuxarı uşaqlara cərimə yazıla bilər.
Avtosfer.az | 7 Fevral 2022 12:57
Salam, mən özəl mülkiyyətçidən maşın almışam.öz adıma rəsmiləşdirmək üçün rüsumları bilmək istəyirəm XAHİŞ EDİRƏM RÜSUMLAR (qeydiyyat şəhadətnaməsi texniki passport və ya diəgr rüsumlar) və texniki baxış müayinə ilə əlaqədar sualların cavablandırılmasında dəstək olasınız.
Məndə ödəniş qəbzi texpasport tehvil teslim akti dyp qeydiyyat məntəqəsinə ərizə və alqı satqı müqaviləsi var. Əlavə olaraq 2013 cu il 3.5 matordu texniki baxış müddətinin bitməsinə var. Sadece ban sassi ve reng uyğunlugu yoxlanilacaq? Yoxsa tormoz sistemi dem qazı ve.s ve eger esaslı texniki baxış kecirilməsi bildirilerse mən qanunun hansı bəndinə əsaslanmalıyam?
Mahammad | 3 Fevral 2022 14:35
Salam. Maşın 2013-cü ildirsə bu il texniki baxışdan keçirməlisiniz. Maşını qeydiyyata qoyarkən texniki baxış tələb ediləcək.
Rüsumları öyrənmək üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 7 Fevral 2022 12:55
Salam. Sport purjuna cərmə varmı duracağa qoyula bilər maşın?
Əliyulla | 3 Fevral 2022 13:43
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 7 Fevral 2022 12:50
Men masazir istiqametinde hereketde olarken qarsimda 06 markali avtomobil qarsimda donme emeliyati edib zaprafkaya girmek isteyerken menim yoluma cixib dayandilar mende geldiyim suretlede bu mashini vurdum . Qeza zamani menim avtomobilimin texminen 25 30 faizi xetdi kecdi. Indi gunahi mende gorurlerki sen xetdi kecib vurmusan mende xetdi kecmemisem oz yolumda vurmusam. Burda gunah kimdedi
Rauf | 3 Fevral 2022 13:17
Videogörüntüyə baxmadan hadisəyə qiymət verə bilmirik.
Avtosfer.az | 7 Fevral 2022 12:49
Gecikmiw cermeye gore mawina heps verilib .yolda saxlanir .buna gore prava riwenaya gede biler?
Togrul | 3 Fevral 2022 13:03
3 ay ərzində ödəmədiyiniz halda sürücülük vəsiqəsi məhdudlaşmaya gedə bilər. Amma cəriməni dəbbə pulu ilə birlikdə ödəsəniz məsuliyyətdən azad olunursunuz. Ondan sonra vəsiqəniz məhdudlaşmaya gedə bilməz.
İnzibati Xətalar Məcəlləsinin 529 cu maddəsinin qeyd hissəsi.
Avtosfer.az | 7 Fevral 2022 12:46
Salam
Mawinin arxasina mewok dolu qum qoymuwam ele.sururem kutle ceki artiq deil 80-100 kq di
YPX saxlayib mene deyirki qanunsuzdu bowalt yere baxmaloyam neynemeliyem bele hallarda kime muraciyet ve hara muraciyet etmek olar?
Emil | 3 Fevral 2022 07:13
Salam. DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 7 Fevral 2022 12:44
Salam.Niva Markalı Masina 18 Lik Disk Qoymag Olarmi ? Radnoy 16 di
Anar | 3 Fevral 2022 04:28
Salam. Xeyr olmaz.
Avtosfer.az | 7 Fevral 2022 12:43
Salam 21 06 ya bu sükanı taxmışam qanuna uyğundur
Əsəd | 3 Fevral 2022 00:11
Salam. Foto gəlməyib. Sükanla bağlı ətraflı məlumat almaq üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 7 Fevral 2022 12:41
Texpasporttda muherlik nomresini bez nomre etmek isdeyirem muherlik yaramadigi ucun hara muraciyet edim
Qamet | 2 Fevral 2022 23:05
DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 7 Fevral 2022 12:39