SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam w203 kuza şəkildə olan qara faralara dyp ilişə bilərmi. Yığılma deyil tayvan istehsalıdı sifarişlə ebaydan gətirmişəm
Elvin Məmmədov | 5 Aprel 2023 10:53
Salam. Foto gəlməyib.
Avtosfer.az | 6 Aprel 2023 13:50
Masina pinema qurasdirmaq olarmi
Cavidan | 5 Aprel 2023 10:49
Xeyr, olmaz.
Avtosfer.az | 6 Aprel 2023 13:49
Salam bele cerime gelmesi düzgünmü 2 şekilde yük maşınıdı 1 şekilde menim maşınım ve hemin erazide 75 gedmemişem
Elvin Məmmədov | 5 Aprel 2023 10:36
Salam. Bununla bağlı DYP-yə rəsmi müraciət edin araşdırılsın.
Avtosfer.az | 6 Aprel 2023 13:49
Salam, faranin ustunde HC, HR, DC yazisi var, maşin w210 2000il, led işig qoydurmuşam, lazernen tenzimnelib, bele halda mene cerime yazila biler? Led uzağ vuran işigdadi.
Karim | 5 Aprel 2023 00:43
Salam. Bu suala şifahi cavab vermək çətindir. Normativ tələb pozulmayıbsa cərimə yazıla bilməz. Pozulubsa yazıla bilər.
Avtosfer.az | 6 Aprel 2023 13:48
Salam.Sualim odurki men range rover 5 motor muherriki olan masina ses bogucu (pultla xor xor) qoydurmaq isteyirem. Bunu senedle qeyd eletdirib qanuni etdire bileremmi ? Elemek olursa rusumu ne qederdi zehmet olmasa cavablandirarsiz sualimi ?
Murad | 4 Aprel 2023 23:41
Salam. Belə avadanlıq quraşdırmaq qadağandır.
Avtosfer.az | 6 Aprel 2023 13:46
Salam,hər vaxtınız xeyir.Bildiyiniz kimi elektron cərimə sonuncu etibarnamə alan şəxsin adına gəlir.Sualım belədir:Bunu dəyişdirmək mümkündür,yəni e-cəriməni sonuncu deyil,etibarnamə ilə sürən digər şəxsə və ya avtomobilin sahibinə yönləndirmək mümkündür ki,həmişə ona gəlsin? Öncədən təşəkkürlər.
Rafig Karimli | 4 Aprel 2023 14:34
Salam. Bəli mümkündür. Əgər maşını siz sürmürsünüzsə, DYP-yə rəsmi müraciət edib xahiş edin ki, hal-hazırda idarə edən filankəsin adını qeyd edin. O zaman elektron cərimələr faktiki sürən şəxsin adına tərtib olunacaq.
Avtosfer.az | 4 Aprel 2023 14:44
Satdığım adamı tapa bilmirem nomresini maşının nömrəsi 99ZV054
Ülvi | 4 Aprel 2023 14:18
Biz sizə heç bir köməklik edə bilmərik.
Avtosfer.az | 4 Aprel 2023 14:41
salam aleykum. vaz 2107 üçün kvadrat nömre ala bilerem?
Murad | 4 Aprel 2023 14:07
Salam. Xeyr.
Avtosfer.az | 4 Aprel 2023 14:15
Salam masini satmışam texpasportla menim adımadi üstünde nomre var onu götürmək istirem
Ulvi | 4 Aprel 2023 12:34
Salam. Satdığınız adamla əlaqə saxlayın.
Avtosfer.az | 4 Aprel 2023 14:15
Salam. Hal hazırda maşını addan ada keçirməyin rüsümü nə qədərdir? Və bu prosesdə nə kimi problemlər ola bilir? Maşın Mercedes c240, 2000-ci il.
Rəşid | 4 Aprel 2023 10:59
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru Odsöndürən, qəza dayanma nişanı və ilkin tibbi yardım çantası olmalıdır. Bir də maşın saz olmalıdır.
Avtosfer.az | 4 Aprel 2023 14:15
Salam. Mən avtomobilimə şəkildə göründüyü formada ağ zolaq vinil yapışdırmaq istəyirəm. Bu qanuna zidd deyil ki?
Sərxan | 4 Aprel 2023 10:16
Qanuna zidd deyil. Amma qeydiyyata ehtiyac olub-olmadığını DYP-yə müraciət etməklə bilməyiniz mümkündür.
Avtosfer.az | 4 Aprel 2023 14:13
32BA200 nomresi hansi masinin uzerindedir?
Elşad | 3 Aprel 2023 23:05
VAZ 21011
Avtosfer.az | 4 Aprel 2023 14:12
Salam Bu Gün meni Dyp emekdaşı saxlayıb Ve Bildiribki Fara şüşeleri tünd rengdedir Ve bildirdimki Ne şüşeler nede eks etdirici qaralmayıb sadece Fara içersinde olan plasmas qara rengdedir ve bu cür faranın satişida movcuddur Masın 2002 ci ildir
Elcin | 3 Aprel 2023 22:11
Salam. Əgər faranın içini qaraltmaqla işıqyayıcılığa mane olursunuzsa qaraltmaq olmaz.
Avtosfer.az | 4 Aprel 2023 14:08
Salam. 2107. Bidene arxa podprese perde vurulmagina icaze varmi? Ve icaze varsa ypx ya nece bawa salimki arxa podprese perde vurmaga icaze oldugunu?
Qaflan | 3 Aprel 2023 21:49
Salam. Nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: - Minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına - Yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.
Avtosfer.az | 4 Aprel 2023 14:07
Salam,Nivaya urban buferler yığılanda texpasporta Urban qeyd olunmalıdır?Birde Niva üçün bezekli faralar satırlar,onlardan quraşdırmağa qanunla ypx ne deye biler?
Cavid | 3 Aprel 2023 21:38
Salam. Urban sözünü yazdırmağa qanunla ehtiyac yoxdur. Dediyiniz bəzəkli faralara icazə yoxdur.
Avtosfer.az | 4 Aprel 2023 14:02
Salam maşinin texpasportunda muherrik nomresi qeyd olunmuyub. Masini almisam texpasportu oz adima kecirmek istiyirem mene verecek yeni texpasportda. Muherrik nomresi yazacaqlar yazacaqlarsa bu ne derece duzqundi
Yusif Aliyarov | 3 Aprel 2023 16:26
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/texpasportda-muherrikin-nomresi-yazilmayibsa-problemi-kim-hell-etmelidir-dyp-yoxsa-surucu-206116
Avtosfer.az | 4 Aprel 2023 14:01
Salam Hörmətli Avtosfer.az Mənim maşınım 2003 cü il w220 kuza S classdır. Maşının arxa paduşkaları yatığı halda idarə ediyim üçün DYP əməkdaşı mənə cərimə tətbiq etməsi qanunla düzdürmü? Hava ilə işləyən amartizatordu maşında. Xahiş edirəm cavablandərardınız. Təşəkkür edirəm
Sahib | 3 Aprel 2023 12:33
Salam. Xeyr, cərimə yaza bilməz.
Avtosfer.az | 3 Aprel 2023 13:38
Sürücülük vəsiqəmdə şəklim eynəklədir. Hal hazırda əməliyyat olunmuşam və azadam eynəkdən. Vəsiqəmi dəyişməliyəm? Dyp məni saxlasa cərimə edəcək?
Samira | 3 Aprel 2023 08:29
Bu haqda 902 ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Avtosfer.az | 3 Aprel 2023 13:38
99nx175 sahibin adi zehmet olmasa
Nicat | 3 Aprel 2023 02:31
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 3 Aprel 2023 13:37
Salam men bir müddət bunnan qabag sirketlerin birinnen taksi goturub sururdum adima surmeye olan etibarname verilmisdi indise basqasi idare edir qayda pozuntusu etddikde bunun cerimesi mene gelir men ne etməliyəm zehmet olmasa aciqlama vererdiz
Eli | 2 Aprel 2023 20:15
Salam. Etibarnaməni ləğv edin və DYP-yə müraciət edin yazılmış cərimələr silinsin.
Avtosfer.az | 3 Aprel 2023 13:36
Salam.opel astra 2000ci ildi.yeni istehsali dayanib.men alin şuşeni fiolet faralara led qoya bilerem?
Muşfiq | 2 Aprel 2023 17:55
Şüşə 75 faiz şəffaf olmalıdır. O zaman quraşdıra bilərsiniz. Ledi isə şifahi şəkildə demək çətindir. Mütəxəssis baxıb deməlidir ki, normativ tələbi pozacaq, yoxsa yox.
Avtosfer.az | 3 Aprel 2023 13:31
2107 modeline 13 ölçüde formula tekere icaze varmi?
Feris | 2 Aprel 2023 10:09
Ümumi verilmiş ölçülərdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 3 Aprel 2023 13:29
Maşının xaricinde hansı deyişiklere icaze var hansılara yoxdu?
Hesen | 2 Aprel 2023 02:39
Biz durub bir-bir sadalaya bilmərik.
Avtosfer.az | 3 Aprel 2023 13:29
Ravon Nexia R3 e sport yaylara icazə varmı
Adil | 1 Aprel 2023 19:39
Xeyr, icazə yoxdur.
Avtosfer.az | 3 Aprel 2023 13:28
Vaz 21011e wragler fara qoymaq olarmi
Orxan | 1 Aprel 2023 17:15
Xeyr, olmaz.
Avtosfer.az | 3 Aprel 2023 13:28
Salam mende masin qaradi isteyirem raport yeni tarsofka mat edem bunun senedlesmesi nece edir rusum YPX qrumunda.zehmet olmasa
Tural | 1 Aprel 2023 13:31
Salam. Maşının rəngini dəyişəndən sonra servisdən arayış alıb yaxınlaşın DYP-yə. 60 manat rüsum ödədikdən sonra qeydiyyata alınacaq.
Avtosfer.az | 3 Aprel 2023 13:28
Salam.Men AA nömreli idare maşını sururem İdarede şofer isleyirem rayonda qalıram maşınin nömreleri moykada terg olub yeniden yazdirmagin rüsumu ne qederdi Arxa ve qabaq nömreni.Ve men getmesem başqa birine versem texpasportu ve nömreleri yazdıra biler?Ve dövlet rüsumu ne qederdi
Elnur | 1 Aprel 2023 05:03
Salam. Özünüz nömrələri götürüb getməlisiniz. İkisi 30 manat 40 qəpikdir.
Avtosfer.az | 3 Aprel 2023 13:25
Salam menim yoldawimin mawini menim adimadi mawini birnece ay bundan qabaq satdiq men 1illik generalni doverennost verdm o adama. Mawini adimdan cxartmasini istedim. Men nece bile bileremki o adam mawini adimdan cxartdi. Ve eger bunu etmese men ozum mawini adimdan cxarda bilerem?
Aysu | 1 Aprel 2023 01:48
Salam. My.gov.az saytında elektron kabinet yaradıb baxa bilərsiniz. Amma özünüz öz adınızdan çıxara bilməzsiniz.
Avtosfer.az | 3 Aprel 2023 13:24
Nece olub bu qaydalar yaranıb
Damla | 31 Mart 2023 19:29
Sualınız aydın olmadı.
Avtosfer.az | 3 Aprel 2023 13:22
Salam. Ypx meni kend yolunda hec bir sebeb olmadan saxladi. Vaz 2107 2006il. Mawinin arxa kemerleri yoxdur. Zavod masindi arxa kemerleri yoxdur. Buna gore mawini strafnoya sala bilermi? Yada cerime yaza bilermi?. Vaz 2107 2006 il
Qaflan | 31 Mart 2023 18:55
Salam. Əgər zavoddan belə buraxılıbsa cərimə yaza bilməz. Yox əgər sonradan sökülübsə yaza bilər. Amma duracağa heç bir halda aparıla bilməz.
Avtosfer.az | 3 Aprel 2023 13:21