SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. İçkili halda maşınımın park yerini deyişende yol polis emekdasi saxladi. Bunun cerimesi nedir ve odeme qaydasini izah ede bilersiz?
Elçin | 27 Yanvar 2022 15:13
Salam. Ya sizə 400 manat 5 bal yazılmalıdır, ya da sürücülük hüququnuz 6 aydan 1 ilədək məhdudlaşdırılmalıdır. Buna məhkəmə qərar verir.
Avtosfer.az | 27 Yanvar 2022 16:09
2021-ci il sentyabr ayında Sumqayıt Şəhərində yol polisi inspaktoru mənə zorakılıq göstərib və məni şəxsi xidməti maşına otuzdurub aparmaq istəmişdir. Mübahisə zamanı maddi və mənəvi ziyanlar dəymişdir. BDYP idarəsinə şikayət olunsa da şikayətimə baxılaraq qanuna-zidd hərəkət olmadığını mail vasitəsilə bildirdilər. Hadisə isə TŞ kamerasının 4-5 metrliyində baş vermişdir. Bununla bağlı daha hara müraciət etmək olar ki, ədalətli və qərəzsiz nəticə çıxarılsın.
Elvin | 27 Yanvar 2022 13:09
Məhkəməyə müraciət edə bilərsiniz.
Avtosfer.az | 27 Yanvar 2022 16:08
Salam mawinda arxada zadniya atanda spickanin yanmasina cerimesi ne qederdi? Ve cerime meydancasina aparila bilermi??
Tural | 27 Yanvar 2022 11:06
Salam. Bəli cərimə meydançasına apara bilərlər. 150 manat cəriməsi var.
Avtosfer.az | 27 Yanvar 2022 15:53
Salam. Cerime qerara minenden sonra nece muddete odenilmese suruculuk vesiqesi gedir reşeniyaya?
Lale | 27 Yanvar 2022 11:04
Salam. 3 ay ərzində ödənilmədikdə.
Avtosfer.az | 27 Yanvar 2022 15:52
Salam, avtomobilin yaylarinin 4nude fabrik terefinden istehsal olunmush sport yayla evez etdirdikde, qayda pozuntusu sayilir? Sport yay qoyulduqdan sonra hansisa sened veya sertifikat almaq lazimdir?
Kamran | 27 Yanvar 2022 01:55
Salam. Bu cür yayların quraşdırılması qadağandır.
Avtosfer.az | 27 Yanvar 2022 15:52
Salam Men niva sururem urbana yigilib amaki texpasbortda universal yazilib masini helede almisam.. meni qayilar saxlayir hecne demir amaki bugun qayi saxladi mene cerime yazdi dedi urban yazilmalidi universal hamisinda var indi men sefem yoxsa qayi? Hele olmalidi universal yoxsa urban??
Aziz | 27 Yanvar 2022 01:16
Salam. Belə dəyişikliklər qeydiyyat şəhadətnaməsinə yazılmır. Göndərdiyimiz linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/qaydalar/bu-deyisikliklere-gore-texpaport-deyismelidirmi-i%CC%87zah-122602
Avtosfer.az | 27 Yanvar 2022 15:51
Qarwida yolda temir getdiyine gore propka olduquycun avtomobilin averenni isiqin yandirib arxaya verdim sari xetde asta asta ve lokbatan dairsi istiqemtine getmek isteyirdim ona catmamiw yuxari hissesinde gordum diger masin gelir avtomobili dayandirdim hemin avtomobil gelib meni vurdu qeyd edimki sigortanin vaxti bitib hemin surucude menen pul teleb edirki avtomobilimi duzeltdir men ne ede bilerem?
Vusal | 27 Yanvar 2022 00:41
Videogörüntü olmadan hadisəyə qiymət vermirik.
Avtosfer.az | 27 Yanvar 2022 15:49
Salam Axşamınız xeyir Bir sualım olacaq. Digər bir vətəndaş tərəfindən mənim maşınımın videosunu çəkib YPX Əməkdaşına göndəriblər. Həmən videoda masınımın manever etmesi var. YPX Əməkdaşı həmən videonu əsas tuta bilərmi?? yəni mənə cərimə yaza bilərmi?? maşınımı duracağa sala bilərmi??
Elvin | 26 Yanvar 2022 23:45
Salam. İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən cərimə yaza bilər.
Avtosfer.az | 27 Yanvar 2022 15:49
Spoller qoymaq qadagandir? Ölçüsündən asılı olmayaraq.
Ceyhun | 26 Yanvar 2022 22:51
Necə spoller? Hara quraşdırmaq istəyirsniz? Foto göndərin cavab verək.
Avtosfer.az | 27 Yanvar 2022 15:48
Salam menim 2004cu il vaz 2107 masinimda arxa kemerler yoxdu ve buna gore meni saxlayb cerime edibler. Bilmek isdeyirem vaz 2107markali avtomobil de arxa kemer olmasi qanunla neqeder dogrudur?
Xeyyam | 26 Yanvar 2022 18:58
Salam. Arxa kəmər mütləq lazımdır. Quraşdırın.
Avtosfer.az | 27 Yanvar 2022 15:47
Salam. Avtomobilin arxa nomre iwiqlari yanmir ypx cemire yaza bilermi. Birde mawin almiwam oz adima kecirmek isteyirem 300 manat pul istiyirler ozum nece ede bilerem ucuz qiymete
Mehemmed | 26 Yanvar 2022 18:37
Salam. Nömrənin işığındakı nasazlığı aradan qaldırmaq mükündürsə cərimə yazıla bilməz. Qeydiyyatla bağlı rüsumu hesablamaq üçün bu linkə daxil olub hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 27 Yanvar 2022 15:46
Salam.nəqliyyat vasitəsinin sığortası olmadığına görə cərimə olunan şəxs eyni xətaya görə yenidən cərimə oluna bilər mi?
Nicat | 26 Yanvar 2022 17:21
Salam. 20 gündən sonra təkrar cərimə oluna bilər.
Avtosfer.az | 27 Yanvar 2022 15:45
Salam masn arxa yaylari kesilmesine qizdrlmasna gore masn cerme meydançasına aparla bilermi ve cermesi nedi?
Faiq | 26 Yanvar 2022 15:23
Salam. Bəli aparıla bilər. 150 manat cəriməsi var.
Avtosfer.az | 27 Yanvar 2022 15:44
Salam 1) BMW E39 530i arxa ve qabag almaniyanin EIBACH sport kit yaylari qurasdirilib part number da E39 ucun nezere alinib catalogdada var,onun cerimesi var? 2) BMW E39 530i MagnaFlow arxa sport qazan qurasdirilib part number da catalogdada 6 silindr BMW muherriklerleri ucun neze alinib ses desibeli 76-80dB Bunlarin cerimesi var?
Faraj | 26 Yanvar 2022 12:41
Salam. Digər yayların quraşdırılması qadağandır. Səs db-i isə 74 dən yuxarı olmamalıdır.
Avtosfer.az | 27 Yanvar 2022 15:44
Yüngül nəqliyyat hadisəsi olub. Qarşı tərəfin təkərinə yüngül olaraq toxunmuşam. Heç bir əzik və ya cızıq yoxdur. Qarşı tərəf məndən müəyyən məbləğ istəmiş, lakin razılaşmadığım üçün DYP əməkdaşının çağırılmasını təklif etsəm də qarşı tərəf gözləməyib hadisə yerini tərk etmişdir. Bu gün yol polisindən zəng vurublar ki, şikayət var. Sumqayıt yol polisinə yaxınlaşmalısınız. Əks təqdirdə avtomobilinizə həbs qoyulacaq. Rəsmi bildiriş göndərməkdən İmtina edirlər. Nə edim.
Seyfulla | 26 Yanvar 2022 09:03
Qəzada günahkar tərəf siz olmusunuzsa hadisə yerini tərk etməyə görə 4 bal 100 manat cərimə olunacaqsınız. Gərək hadisə yerinə yol polisi çağırardınız.
Avtosfer.az | 27 Yanvar 2022 15:43
Salam.mende maşın w221di ili 2006 ön .ve arxa buferi deyislib 2012 amg buferi qoyulub ve qayi saxlayib deyir ki dayanacağa gedmelidi ve texpasporta qeyd olunmalidi sizce bu duzgundur zehmet olmasa cavab yazardiz
Agaxan | 26 Yanvar 2022 01:23
Salam. Fotonu göndərin baxıb dəqiq deyək.
Avtosfer.az | 27 Yanvar 2022 15:41
Salam bu gun dyp yolda masinimi saxladi ve cerima meydancasina apardi hec bir protokol yazmadi.dedi seher qayisina 14cu otaga get.cerimadaki deyir arxa purjini qizdirmisan.man masalani yeri da hel etdim purjunlari deyisdim lakin bina baxmayaraq cerima meydancasinda saxladilar masini ve protokol yazilmadi.bildirimki purjun kesilmayib deyisiklik olunmayib.
Azer | 25 Yanvar 2022 22:04
Salam. Yayları qızdırmaq qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 27 Yanvar 2022 15:40
Salam mende f10du. M-e yigilib. Diskler de original 20lik m5 tekeridi. 2 qlusitel var sadece birinden cixir tustu. Polis disklerin normative uygun olmadigini ve qlusitelin zavodskoy qazaninda svarka yeri oldugu ucun masini cerime meydancasina apardi. Halbuki qazan sadece bir dene qlusitele baglidi. Buna haqqi var idi?
Oruc | 25 Yanvar 2022 19:49
Salam. Əgər zavod həmin disk ölçüsünə icazə verirsə heç bir problem yoxdur. Səs boğucuya isə heç nə deyə bilməz.
Avtosfer.az | 27 Yanvar 2022 15:39
Salam menim masnimin qabaq numresi cilib sallanirdi seher ise gelende telesirdim deye acib qoydum qabaq suseye gorunsun. 20 yanvarda dayanacaqda dayandim yol polisi geldi mubahise etdim dedi cerimedir bagladim nonreni yerine amma mene pratakol yazdi dediki apar ode imkanda vermedi basqa soz demeye. Men cerimeni odemirdim 102 de sikayet etdim baxan olmadi debbe pulu gelirdi deye mecbur odedim 60 azn 3 bal yazmaq evezine 40 azn yazmisdi.
Rauf | 25 Yanvar 2022 16:05
Salam. Bunun cəriməsi 40 manatdır. Düzgün yazıb.
Avtosfer.az | 27 Yanvar 2022 15:28
Birde salam.ses bogucunun dsbl seviyyesini olcen cihaz eger polis emekdaslarinda olsa kucede masini saxladigi yerde olcmek ne derecede duzgundur.axi bele olcmeler xususi yerlerde poliqonlarda en azindan sessiz yerde olculmedilir.seffafliq pozulur.bu ne derecede dogrudur?
Faiq | 25 Yanvar 2022 14:09
Xüsusi meydançada ölçülməlidir. Küçədə ölçmək olmaz.
Avtosfer.az | 25 Yanvar 2022 14:54
Bir daha salam.evvala suallari cavablandirginiz ucun suruculere ici men qarisiq komek oldugunuz ucun tesekkur edirem.eziyetinizi halal edin.size sualim palciq sitlerine goredi.sual vermisdim ki palciq siti ol,olmadiqda NV -si duracaga qoyula bilermi cavb verdiniz ki beli.men bildiyim qederi ilede qoyula bilmez.amma bunu esaslandirmaq ucun bir madde tapa bilmedim.yalniz YHQ-nun 1-maddesinde palsiq sitinin olmamasi NV-ni hereketini istismar edir.Polis emesdaslarida bunu esas getirerek masini duracaga aparirlar.xais edirem buna subut eden bir madde gorsederdiz ki bize heqiqetende NV-si duracaga aparilabilmez.cox sag olun
Faiq | 25 Yanvar 2022 14:04
Mən yazmadım "Bəli". Mən yazdım ki, xeyr, aparıla bilməz. İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində qeyd olunub hansı hallarda avtomobil duracağa aparıla bilər. Həmin maddədə yazılmayıb maşın nasaz olduqda duracağa aparlmalıdır. Fartukun olmaması da nasazlıq hesab olunur.
Avtosfer.az | 25 Yanvar 2022 14:46
Salam Lada priora avtomobiline Vaz istehsali olan demfi -70amartzator ve -70 yay on ve arxa hisseye evez olunan zaman normativ teleb pozulurmu? Qeyd edimki behs etdiyim yay ve asqi sistemi sirf priora modeli ucun nezerde tutulub vaz Vaz istehsalidir.
Pervin | 25 Yanvar 2022 13:50
Salam. Əgər "VAZ" özü istehsal edirsə quraşdırmaq olar. Amma digər bir sex düzəldib özündən sertifikat verirsə, onu quraşdırmaq qadağandır.
Avtosfer.az | 25 Yanvar 2022 14:38
Salam menim masinin cerime meydancasindadir. Men iddia ediremki hecbir konstruksiya deyisikliyi edilmeyib lakin dyp deir edilib. Qerar verilibki masina ekspert teyin olunsun vazdan baxis kecirilsin. Men defelerle menim istirakim olmadan baxis kecirilmesin teleb etsemde meni aldadib mensiz baxis keciribler guya. Bilmek isderdimki avtomobile sahibi olmadan ekspert baxis kecire bilermi? Bilmezse burada qanunun hansi telebi pozulub madde ile. Zehmet olmasa cavab yazarazsiz.
Subhan | 25 Yanvar 2022 13:47
Salam. Siz məhkəməyə müraciət edin.
Avtosfer.az | 25 Yanvar 2022 14:37
Salam nıva masına bu faradan qoymag olar deqıq melumat verın stentle yohlamag deyırsızse eger duzdu ve ya duz deyılse nıva aftamabılı artıq ıstısmar olunmur yenı bu madel braxılmır onda nece qoya bılerık ya yoh eger qoymusam sa qayı saxlayıb yohlamadan cerme yaza bıler ? Yerınde aradan qaldırsam bes yene cerme dusur xaıs edırem duzgun cavablandırardız onceden tesekurler ))
Taleh | 25 Yanvar 2022 02:03
Niva istehsal olunmur o demək deyil ki, onun farası satışda yoxdur. Gedin bazara bütün mağazalarda zavod faraları var satışda. Qaldı ki, bu faraya, əgər normativ tələblər pozulmursa quraşdırmaq olar. Yox əgər pozulursa qadağandır.
Avtosfer.az | 25 Yanvar 2022 12:58
Salam masinda on bufer olmadiqda cerime yazila biler ve dayanacaqa aparila biler?
Tural | 24 Yanvar 2022 23:14
Salam. Nasazlığı aradan qaldıra bilmədikə 50 manat cəriməsi var. Amma maşın duracağa aparıla bilməz.
Avtosfer.az | 25 Yanvar 2022 12:56
Maşınında 40 manat cərimə olub 2 ay bundan qabaq onu odamədiyimə görə üstünə 13 manat faiz gəlib.Onda mənim sürücülük vəsiqəsi lisenziyaya gedir
Namik | 24 Yanvar 2022 16:37
Ödəsəniz məsuliyyətdən azad olunursunuz.
Avtosfer.az | 25 Yanvar 2022 12:54
Salam vaz modellerinr 215/50/13 yəni enli təkərlər qoyulmağının cəriməsi var?
Tahir | 24 Yanvar 2022 03:10
Salam. Zavod təyin etdiyi ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 25 Yanvar 2022 12:51
Salam . Mende Bmw E39 kuzadir zavod M style vezziyetde buraxilib , sadece texpasportda qeyd olunmayib , onu qeyd elemek ucun hansi senedleri yigib teqdim etmeliyem ve resmi odeniwi neqederdi ? Cox sagolun .
Ali | 24 Yanvar 2022 02:53
Salam. Zavoddan o cür çıxıbsa, lakin sənədləşmə zamanı qeydiyyat şəhadətnamsəinə yazılmayıbsa DYP-yə müraciət edin arxiv sənədlərə baxsınlar.
Avtosfer.az | 25 Yanvar 2022 12:43
Salam ön faralara göre cerime yazıla biler?
Sənan | 24 Yanvar 2022 00:15
Farada normativ tələblər pozulan dəyişiklik olubsa cərimə yazıla bilər.
Avtosfer.az | 25 Yanvar 2022 12:42
Salam Bmv cupe avtomobilinde ön terefden qeydiyyat nişanını kenara vurulduqda cerime olunurmu hansı növ avtomobillerde buna icaze var.Mitsubishi lanserde olduğu kimi.
Sənan | 23 Yanvar 2022 23:51
Salam. Heç bir problem yoxdur. Vura bilərsiniz.
Avtosfer.az | 25 Yanvar 2022 12:39