Salam.mercedeses 2 mator 2018. Kia 2 mator 2014 ikisinin usdunde nomreleri deyisib birini o birine baglamaq texpasportda yalniz nomre deyisecek rusumlari ne qederdi.masin biri menim o biri yoldasimin adinadi etibarnamem var.nomreler adi nomrelerdi
Emin | 28 Mart 2023 11:37
Salam. Hər iki maşın üçün 30 manat qeydiyyat şəhadətnaməsi və 30 manat qeydiyyat nişanının rüsumu ödənilməlidir.
Avtosfer.az | 28 Mart 2023 11:42
Salam eynu isdiqametli yolda qosa xettin tapdaladiqda cerime yazilir?meselen ziya bunyadov prospektinde bu qayda pozuntusudu?
Emin | 28 Mart 2023 11:34
Salam. Xeyr, qayda pozuntusu deyil.
Avtosfer.az | 28 Mart 2023 11:41
Ōlu purjuna verme var
Elsen | 28 Mart 2023 00:57
Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz.
https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 28 Mart 2023 11:40
Yaxsi bes yeni nomre almaq (yeni hemen nomreni yenilemek)ne qeder vaxt aparacaq ? Ve nece manat xerci var ?
Vusal | 28 Mart 2023 00:25
15 dəqiqə vaxt aparır. 1 nömrə üçün 15 manat, 2 nömrə üçün 30 manat.
Avtosfer.az | 28 Mart 2023 11:39
Salam. Masinin qarsi ve yan suseleri qara olarsa cerimesi varmi varsa ne qederdi? Qeyd edim ki, masin vaz 2106di
Hafiz | 27 Mart 2023 23:49
Salam.Alın şüşəsi və qabaq yan şüşələrə hər hansı örtük, plyonka çəkilməsi qadağandır.
Avtosfer.az | 28 Mart 2023 11:38
salam men etibarnamesiz kamaz sürmusem ve qosquyla qosquya kateqoriyam da yoxdu lapetin nomresi ve senedide yoxdu bunun cerimesi ne qederdi
Amin | 27 Mart 2023 19:28
Salam. 100 manat kateqoriyanın olmamasına görə cərimə yazılacaq.
Avtosfer.az | 28 Mart 2023 11:37
Salam.Men bu ay maşın getirzdirmisem koreyadan Kia Sorento 2 mator dizel 2012 çi il.Basqa adamın adına aformut olunub men davernusnan almışam.indi hemin maşını anamın adına aformut elemek isteyirem nömresi 77 iledir.Hemin nömre qalmaq sertile anamın adına aformut elesem rüsumu ne olacaq
Elnur | 27 Mart 2023 19:11
Salam. Rüsumu öyrənmək üçün bu linkədi kalkulyatordan istifaddə edə bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 28 Mart 2023 11:41
Salam biz 99 seriyalı motosikleti 250cc kub oformleniya etmek isteyirik dövlet rüsümü neqeder olacaq?
Səddam-Hüseyn | 27 Mart 2023 16:28
Salam. 30 manat qeydiyyat şəhadətnaməsi, 15 manat texniki baxış, nömrə dəyişsə 15 manat da nömrə.
Avtosfer.az | 28 Mart 2023 11:34
Duz xetti tapdaliyib kecende nece bal nece manat cerimesi var zehmet olmasa deyerdiz
Emin | 27 Mart 2023 16:26
Eyni istiqamətli yolda 40 manat, əks yola çıxaraq manevr etmək 3 bal 60 manat, əks yola çıxıb axına qarşı hərəkət etmək 4 bal 100 manat.
Avtosfer.az | 28 Mart 2023 11:30
Salam arxa suseye perde vurmagun cermesi varmi? POSTA meni saxladilar ve dedileki plyonka vurmag olar amma perde taxmaq olmaz
Vuqar | 27 Mart 2023 16:23
Salam. Pərdə olmaz. Ya plyonka, ya da sənaye üsullu jalüz olar.
Avtosfer.az | 28 Mart 2023 11:29
Salam. 2019-cu ildə BNA tipli elektron cərimə yazılıb. SMS.radar tətbiqində görsənir, amma gpp.az saytı da protokolun seriya və nömrəsini yazdıqdan yazır "protokol tapılmadı". Bir il odənilməədiydə avtomatik pozulmalıdırmı protokollar? Əgər yox - hara müraciət edə bilərəm ki silinsin? (ya ödəmək məcburiyytindəyəm?)
Museyıb | 27 Mart 2023 16:00
Salam. 1 il ərzində qərar qanuni qüvvəyə minməyibsə silinməlidir. Yenə də DYP-nin sistemində yoxlada bilərsiniz.
Avtosfer.az | 28 Mart 2023 11:28
Salam. Zererceken avtomobilin kompensiyasi neçe iş gününe cavablandirilir ve hansi detallarla qiymetlendirilir yeni ki ucuz materilla yoxsa original material ile?
Rehman | 27 Mart 2023 13:27
Salam. Sənədlər sığortaya çatdıqdan sonra 1 həftə ərzində qiymətləndirilməlidir. Orijinal detallarla qiymətləndirilməlidir.
Avtosfer.az | 27 Mart 2023 13:53
Salam mawin nomresi ile sahibini tapmaq olur burda
Musfiq | 27 Mart 2023 13:20
Salam. Xeyr.
Avtosfer.az | 27 Mart 2023 13:54
Salam. 2019-cu ildə BNA tipli elektron cərimə yazılıb (indi yoxlatdirib bilmişəm, xeyli vaxtdır maşın sürülmürdür), həmin cərimələr sistemdə gorsənmirlər. Onları necə sildirə bilərəm?
Museyıb | 27 Mart 2023 11:21
Salam. Sistemdə görünmürsə necə sildirirsiniz?
Avtosfer.az | 27 Mart 2023 14:59
Salam aleykum.dovlet nomre nisaninin orta xetleri pozulub deye qayi meni saxladi.ve cerime yazdi.dedimki,aradan qaldiriram cerime yazmayin.dediki qaldir.mende qara markerle ara xetleri qaraltdim.dediki ferqi yoxdu.yenede size cerime yaziram.ve yazdi.mende dedimki aradan qaldirdim ve siz cerime yazdiz.onda protokolu qerarsiz yazin.mende lazim olani eleyecem.faktiki men ara xetleri yerindece qaraltdim aradan qaldirdim.sizce bu duzgundurmu yenede cerime yazmagi.?.he bu arada men orta xetleri qaraltanda qayi barmaginan xetleri sildi.sizden bir cavab gozleyirem.diqqetinize gore minnetdaram
Vusal | 26 Mart 2023 23:12
Salam. Xətləri siz ağartmışdınızsa cərimə düzgün yazılıb. Onu markerlə yox, DYP-də yeni nömrə almaqla bərpa etməlisiniz.
Avtosfer.az | 27 Mart 2023 15:00
VAZ 212140 MINIK;YAZILIB TEXNIKI PASPORTDA. BU NƏQLİYYAT VASİTƏSİ URBAN SAYILİRMI.DEYİLİR Kİ TEXNİKİ PASPORTDA URBAN SÖZÜ ƏLAVƏ OLUNMALIDIR.BUNA GÖRƏDƏ YENİDƏN TEXNİKİ PASPORT ALINMALI VƏ URBAN SÖZÜ ƏLAVƏ OLUNMALIDIR.NƏ DƏRƏCƏDƏ DÜZGÜNDÜR.
GÜLƏMİ HACIYEV | 26 Mart 2023 17:30
Urban yazılmasına ehtiyac yoxdur.
Avtosfer.az | 27 Mart 2023 15:01
Salam mawin amerikadan gelib kia optima arxa stoplar qaradir plonka deyil qanunla cerimesi var?
Rovshen | 26 Mart 2023 11:39
Salam. Bəli cəriməsi var. Dəyişin.
Avtosfer.az | 27 Mart 2023 15:01
Salam 99 TS 988 dovlet nisani kime ayitir ve telfon nomresi lazimdir
Ferid | 26 Mart 2023 09:04
Salam. Bizdə belə məlumat olmur.
Avtosfer.az | 27 Mart 2023 15:02
Salam nomre qeydiyati olmayan 3tekerli murave cerimsei var?ne gederdi?
Orxan | 25 Mart 2023 15:56
Salam. Nəyin cəriməsi var?
Avtosfer.az | 27 Mart 2023 15:02
Maşının ban renginin dəyişdirilməsinin cəriməsi
Vaqif | 25 Mart 2023 14:40
Qeydiyyata qoymasanız 50 manat cəriməsi var.
Avtosfer.az | 27 Mart 2023 15:03
Maşının arxa işıqlarını deyişdirmek olar.
Qeşem | 25 Mart 2023 13:45
Zavod nəzərdə tutduğundan başqası olmaz.
Avtosfer.az | 27 Mart 2023 15:04
Mercedes dördgöz markalı maşına led işiq vurmaq olar.
Babek | 25 Mart 2023 13:43
Normativ tələblər pozulacaqsa olmaz.
Avtosfer.az | 27 Mart 2023 15:05
Salam məndə mersedes panarama 2002. Maşının rəngi metallikdir.kapotu qara etmək etmək istəyirəm buna gğrə səsənəd deyisdirilmelidir?
Elvin | 25 Mart 2023 11:07
Salam. Bununla bağlı öncə DYP-yə rəsmi müraciət edin. Onlar razılıq versə, o zaman dəyişin.
Avtosfer.az | 27 Mart 2023 15:09
Salam.teze masin almisan rayonda yasiyiram Qayi meni saxliyib deyirki aldiqin maşinin evvelki sahibine űc defe cerime yazmişam bu spotlara qore bu stoplar qirmizidi deyirem spoplar qirmizi olurda yaşil olmurki hemde bu amerkankadi zavoddu hecne deyililmiyib. Sualim budurki. Amerkanka masindaki arxa stoplarin qirmizi olmasi bizde hansisa qanunu pozur?
Yusif | 25 Mart 2023 02:01
Salam. Dönmə işıqları sarı rəng olmalıdır. Qırmızı rəng qadağandır. Dəyişin.
Avtosfer.az | 27 Mart 2023 15:11
Salam menim mawinimda nomrede bayraq solub onu harda yenisi ile deyiwe bilerem sagolun
Rustem | 24 Mart 2023 17:06
Salam. Yaxınlaşın DYP-nin qeydiyyat-imtahan idarəsinə, orada dəyişdirin.
Avtosfer.az | 27 Mart 2023 15:12
Salam Menim mawnda evvel ses bogcu olub kulwtelde sora cxrdirmsam
Yerin sivarkalanib meni dunen qaradaq postnda saxladilar ve dedler size cerme dusur kulsitelniz svarkalidr 800 cerme edlrsiz bu duzgundr
Rinat | 24 Mart 2023 12:48
Salam. İndiki halda əgər işlənmiş qazların xaric edilməsində və səs desibelində heç bir problem yoxdursa cərimə yazıla bilməz.
Avtosfer.az | 27 Mart 2023 15:13
Salam, mən Hyundai Sonata 2009 modeli maşınıma 4 təkərə sport purjun qoymaq istiyirəm ona icazə varmı və yaxud icazə kağızın hardan ala bilərəm xərci nə qədərdi?
Ayxan | 24 Mart 2023 11:59
Salam. Qadağandır.
Avtosfer.az | 27 Mart 2023 15:13
Salam,Sirket maşınında Manevr qaydasını 2 və daha çox qaydada Aralıqla formada pozduğun halda Qanunla Masini yol vərəqəsi vasitəsiylə sürdüyüm üçün qısa dildə bunu Dypnin əməkdaşlari Avtoxuliqan adıyla necə manat rəsmi for.ada cərimə yazılmalıdır,
Bir də hem şirkete hemde cərimə mene yazılır?yoxsa tekce mene?
Amil | 24 Mart 2023 03:16
Salam. Təkcə sizə yazılır. Onu da məhkəmə qərar verir.
Avtosfer.az | 27 Mart 2023 15:14
Salam niva prujini sayi yerinde olarsa qayi saxlayib prujin sixlasib adiyla cerime meydancasina aparila biler yeni qizdirilmis prujini
Fariz | 24 Mart 2023 00:56
Salam. Qızdırılıbsa bəli apara bilər və cərimə də yaza bilər.
Avtosfer.az | 27 Mart 2023 15:18
Düz nömreni kvadrat çıxartdırmağa icaze varmı ?
Adil | 23 Mart 2023 22:27
Nömrə yeri düzdürsə kvadrat olmaz.
Avtosfer.az | 27 Mart 2023 15:18




