Salam 215 50 r13 tekerlerde narmativ r13 olduğuna göre ona icaze verilir? sadece olaraq pastavka balacadır
İntizam | 20 Dekabr 2020 21:27
Salam. Sizin avtomobilin zavodu hansı ölçüyə icazə veribsə, həmin ölçüdən kənara çıxmamalısınız.
Avtosfer.az | 21 Dekabr 2020 13:22
Maşınımın cərimələrini hansı nömrəyə zəng etməklə öyrənə biərəm. Əvvəcədən təəkkür edirəm.
Talıb | 20 Dekabr 2020 19:52
902 qaynar xəttinə
Avtosfer.az | 21 Dekabr 2020 13:21
Masinun arxa yaylarinin isdismar mudedi basa catdiqda negeder cermesi olur
Subhan | 20 Dekabr 2020 10:32
Cəriməsi yoxdur.
Avtosfer.az | 21 Dekabr 2020 13:19
Salam hereketde olan avtomobil magistraldan kuceye donen zaman gunun qaranliq sahatinda qarsisina avtomobile eks terefe hereket ederek hemen dongeni kecen isiqsiz velosiped avtomobille toqqusarsa gunah kimdedir avtomobilin donme isiq siqnali yanili olub suret minimal olub
Mahir | 19 Dekabr 2020 14:23
Salam. Sualınız aydın olmadı.
Avtosfer.az | 19 Dekabr 2020 16:34
Salam Rus maşını vaz 21011 lyuk qoymaq olarmı
Şaban Babayev | 19 Dekabr 2020 12:42
Salam. Bəli olar.
Avtosfer.az | 19 Dekabr 2020 13:26
salam muherriki deyiwmekcun menbe seneti nedi o hardan ve nece alinir xahiw edirem daha etrafli melumat vererdiz tewekkur edirem
Perviz | 19 Dekabr 2020 04:31
Mühərriki haradan alırsınızsa oradan həmin mühərrikə dair sənəd verilməlidir. Əgər bu sənəd verilmirsə, deməli proseduru qanuni şəkildə edə bilməyəcəksiniz.
Avtosfer.az | 19 Dekabr 2020 13:25
Salam. Men avtomobilimde sesbogucu sistemini guclendirmek isteyirem. Bunu qanunla nece ede bielremki qanunnan kenara cixmayim, meni cerime etmesinler. Hansisa marka qazan qoyaraq sesi guclendirmek ve yaxudda başqa model avtomobilin qazanini qoymaqla. Ve birde sea limiti neqeder olmalidir?
Əkbər | 19 Dekabr 2020 01:45
Salam. Minik avtomobili üçün səs 96 db müəyyən olunub. Siz bu dəyişikliyi edən zaman həm səs desibeline, həm də işlənmiş qazların xaric etmə sisteminə fikir verməlisiniz.
Avtosfer.az | 19 Dekabr 2020 13:24
Salam.Axrıncı iki xəbəri gördüm(texpasportda tuning və ya sport yazılması,birdə idman asqıya görə).
Qeyd edirsiniz ki,texpasportda tuning və ya sport qeyd olunmamalıdır.Daha sonra Rəşad müəllim açıq demir idman asqılara icazə var ya yox.Ancaq deyir ki,heç bir normativ idman asqıya görə nəzərdə tutulmayıb.
Hamı başa düşür ki,kəsilmiş və qızdırılmış(dəmirin keyfiyyəti itir,qırıla bilər)yaylar təhlükəlidir.
Maraq üçün sualları oxudum,sualların coxsu idman asqıllara aiddir.Siz cavab verəndə isə,yazırsınız ki Normativ tələbləri pozursa qadağandır.Hansı Normativ?Normativ yoxdu axı.
İdman asqıya verilən sertifikat,sənəd sayılır.Bu sənəd sübüt edir ki,bu idman asqı bu avtomobilə uyğundur.Ona görə ki,idman asqı testlərdən keçir.Sertifikatlar isə dövlət qurumlar tərəfindən verilir.
Sadecə heç kimə qaranlıq qalmasın diyə,bu asqı sualına nöqtə qoyulmalıdır.İmkan varsa,lazım olan quruma xəbər verərdiniz ki,asqıyla bağlı Cox sayda sual gəlir və televiziyada aydınlıq gətirərdilər bizə.
Əsas niyə idman asqılara gorə suallar verilir,ona görə ki,sürücülər yollarda idman asqı ilə olan avtomobilləri görüşlər və onları dyp-ri cərimə meydançasına aparmır.Marağlandıran budur.
Cox sağolun!
Rəşid | 19 Dekabr 2020 00:52
Siz həmin sertifikatın şəklini bizə göndərin, sizə ətraflı cavab verək.
Avtosfer.az | 19 Dekabr 2020 13:22
Yaxşı maşının biz cerme meydancasınan cıxara bilərikmi o şexsə aitdi cermə onun adına yazılıb ama staynka haqını men ödesem olarmı
Şaban Babayev | 19 Dekabr 2020 00:15
Cərimə ödəndikdən sonra çıxarılmalıdır.
Avtosfer.az | 19 Dekabr 2020 13:20
Salam menim babam vaxtında vaz 2106 model maşın satıb 2006da ama maşını davernusdan verib maşın hal hazırda 2018den cerme meydancasindadı maşını satdığımız adam gencede içgile qezali tutulub maşını cerme meydançasına aparıblar 2018de tutulan şexs maşının senedlerini qonşusuna 150manata satıb o adamlar 2020mide biz geldiler dedilerki maşını siz cıxara bilerisiniz menim babamda rehmete getdiyi üçün nenemi varisdikimi maşının üçün natarusdan sened verdiler senedleri alan şexsder biz sizle birlikde çermeni ödeyecik dediler bizde razı olduq maşını daha sonra gence cerme meydancasından cıxarmağa gedik ve bu şexsler maşını gördüler ve beyenmediler maşını cıxarmadılar maşında bizim adimiza qaldi hal hazırda 1600manat cermesi var biz ne edek bu maşın bize lazım deyil
Şaban | 18 Dekabr 2020 23:10
Salam. Maşın sizə lazım deyilsə DYP-yə baş verən hadisəni rəsmi qaydada yazın və bildirin ki, xətanı törədən başqa adam olub. Hal hazırda biz bu avtomobili istəmirik. Ona görə də avtomobilin çıxdaş olmasını arzu edirik. Xahiş edin ki, avtomobilin çıxdaş olunmasını təmin etsinlər və xəta törədən sürücünü tapıb məsuliyyətə cəlb etsinlər. Əgər cəriməni ödəmirsə xahiş edin ki, sürücülük hüququnun məhdudlaşıdırlması və cərimələrin ödənməsi üçün yol polisiİXM-nin 529.3- cü maddəsi ilə məhkəməyə müraciət etsin.
Avtosfer.az | 18 Dekabr 2020 23:49
Salam masinda saga cekme var ruldan elimi ceken kimi saga cekir neden olar?
Camal | 18 Dekabr 2020 19:00
Təkərlərin izə düşməsi, yəni razvalı pozulub. Aparın razvala salın.
055-200-49-49 Faiq ustadır. Babək prospektində işləyir. Yaxınlaşın baxış keçirtsin.
Avtosfer.az | 18 Dekabr 2020 23:45
10 sx 137 kimin adınadır?
Polad | 18 Dekabr 2020 18:23
Bunu DYP-dən soruşun.
Avtosfer.az | 18 Dekabr 2020 23:43
salam muheriki deyiwmek veya texpasportda muherriki nomreli ve ya nomresiz yazdirmaq dovlet rusumu necedi ve o proses nece olur
Perviz | 18 Dekabr 2020 14:22
Salam. Aldığınız mühərrikin mənbə sənədi olmalıdır. Əgər mənbə sənədi varsa qeydiyyat şəhadətnaməsini dəyişməyin rüsumu 55 manat olacaq.
Avtosfer.az | 18 Dekabr 2020 23:42
Salam vaz2115 markali avtomobile 14 15 lik disk qoymaq olar?
Aga | 18 Dekabr 2020 12:50
Salam. Zavod hansı ölçüyə icazə verirsə həmin ölçü olmalıdır.
Avtosfer.az | 18 Dekabr 2020 23:41
Salam.1999 cu il istehsali vaz 21099 neqliyyat vasitesini oz adimiza cevirmek isdeyirik.generalni davernusdu matorun hecmi 1500 m³ .zehmet olmasa bu haqda melumat vererdiz.qanunen nece azn odemeliyik.Tesekkurler
Ruzigar | 17 Dekabr 2020 21:41
Salam. Nömrə dəyişməsə 47 manat 50 qəpik, nömrə dəyişsə 69 manat 50 qəpik olacaq.
Avtosfer.az | 18 Dekabr 2020 23:40
Salam Lada niva markali avtomobile pnevma qurasdirmiwam polise cerime yaza biler?
Ferhad | 17 Dekabr 2020 18:40
Salam. Mübahisəli məsələdir.
https://avtosfer.az/az/qaydalar/avtomobilin-yaylarini-kesdirmek-ve-ya-qizdirmaq-olar-i%CC%87zah-123426
Bu linkə daxil olub ətraflı oxuyarsınız.
Avtosfer.az | 18 Dekabr 2020 23:38
Salam.Menim yoldasim masini satdi nomreni meroda saxlatdi.Onun icazesi olmadan qolu olmadan basqa basqa birinin adina kecib nomre.Bu ne derecede qanuna uygundu.
Gunel | 17 Dekabr 2020 14:23
Salam. Qanunda bron olmadığı üçün qeydiyyat nişanı yol polisinə təhvil verildikdən sonra başqa şəxsə satıla bilər.
Avtosfer.az | 17 Dekabr 2020 16:07
Salam mene hunday sonata 2005 yagin nasosu lazimdi
Sexavet | 17 Dekabr 2020 12:34
Salam. Bura xəbər saytıdır. Avto Mağaza deyil.
Avtosfer.az | 18 Dekabr 2020 23:37
Salam zehmet olmasa cermesi barede mene melumat vererdiz 25bb953
AAN499780
Nicat | 17 Dekabr 2020 02:02
Salam. Cərimə yoxdur.
Avtosfer.az | 18 Dekabr 2020 23:35
salam nivaya qabag yaylara pastavka qoymaqa icaze varmi?
elcan | 16 Dekabr 2020 02:03
Salam. Xeyr icazə yoxdur.
Avtosfer.az | 18 Dekabr 2020 23:33
Salam men istiyirem leqalni pnevma qurastirmax Vaz 2107 hansi senetler lazimdi onuncun?
Kamran | 16 Dekabr 2020 01:29
Salam. Bu dəyişiklik qeydiyyata alınmır. Qanunda belə şey nəzərdə tutulmur.
https://avtosfer.az/az/qaydalar/bu-deyisikliklere-gore-texpaport-deyismelidirmi-i%CC%87zah-122602
Bu linkə daxil olub ətraflı oxuya bilərsiniz.
Avtosfer.az | 18 Dekabr 2020 23:33
Salam men istiyirem Russiadan masin alim 2114 - 2107 Mene ne lazim diki Azerbaycana qetirib ve problemsiz istifade elemey
Nadir | 15 Dekabr 2020 23:20
Salam. Bunula bağlı Gömrük Komitəsi ilə əlaqə saxlayın.
Avtosfer.az | 18 Dekabr 2020 23:31
Salam. Uzerinde heç bir yol hereket nisani olmayan asfaltlanmis kend yolu, das-torpaq qarisigi ortuyu olan yola nisbeten bas yol hesab edilirmi? Yoxsa burada sag teref prinsipi esas goturulur? Tesekkurler
Süleyman Bağırov | 15 Dekabr 2020 21:29
Salam. Asfalt yol torpaq və ya çınqıl yola nisbətdə baş yol sayılır. Belə olan halda torpaq və ya çınqıl yolla hərəkət edənlər asfalt yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Avtosfer.az | 18 Dekabr 2020 23:30
Salam her vaxtıvz xeyr olsun,
Bizim neqliyat vesitesi niva ili2010dur. Şekilde göründüyü kimi arxa hisesi ön hisesine göre aşağdr,
Ve bununla bağlı arxa yaylarınnaltına pastafka qoymuşuq çox aşağı görünmesin arxası.
Bununla baxğlı dyp cerime meydançasına qoya biler?,kanstusya deyişkliyi adı ile ?
Cavablandracağnz üçün teşekkürmü bildirirem,
Elmar | 14 Dekabr 2020 22:17
Salam. Asqı sisteminə dəyişiklik etmək olmaz. Zavod necə buraxıbsa elə olmalıdır.
Avtosfer.az | 18 Dekabr 2020 23:29
Cəriməni vaxtında ödəyə bilməmişəm (3 aydan çox keçib) İXM 529.3 tətbiq olunduqdan sonra cəriməni ödəmişəm. İndi sistemdə bu qərar qalıb. Ödəniş çekini də itirmişəm. Rayon yol polisindən cərimənin ödənilməsi haqqında arayış alıb, arayışı məhkəməyə göndərsəm sistemdən sildirə bilərəmmi bu qərarı?
P.S: Sms radar proqramında qərar görünür. Hal hazirda avtomobil idarə edə bilirəm vəsiqəm zümdədir.
Khans | 14 Dekabr 2020 15:55
Salam. Vəsiqə özünüzdə olmağa baxmayın. Bəlkə də sürücülük hüququnuz məhdudlaşdırılıb. Onu mütləq dəqiqləşdirin. Əgər məhkəmə qərar veribsə məhkməyə yazmalı olacaqsınız.
Avtosfer.az | 16 Dekabr 2020 11:53
Salam masina voyun almaq ucn ne etmek lazmdi masnla isdemek ucun karantinde
Ibrahim | 14 Dekabr 2020 10:07
Salam. Bunun üçün BNA-ya müraciət edin. Qaynar xətt: 141
Avtosfer.az | 14 Dekabr 2020 11:24
Priora avtomobiline sport purjun qurasdirmag olar..Birdeki purjin hansi normativ telebi pozur harda yazlb masinin normativ telebi
Vilayet | 14 Dekabr 2020 00:11
Onu quraşdırıb avtomobilə xüsusi cihazlarla ümumi texniki baxış keçirilməlidir ki, həmin sport yaylar tormoz sisteminə və digər şeylərə təsir edir yoxsa yox?
Avtosfer.az | 14 Dekabr 2020 11:23
Salam men bezi sebeblerden masini satmisam ama masini satdigim adam nece aydir ki masini adina kecirmeyib.daha bacarmiram bu adamla.bunun qanuni bir helli varmi?
Nahid | 13 Dekabr 2020 21:56
Salam. Etibarnaməni ləğv etdirin, DYP-yə də ərizə yazın ki, maşını duracağa qoysunlar.
Avtosfer.az | 13 Dekabr 2020 22:07
Bes nece etmek mumkundur onu ? Sport purjunla az pasatqayla surmek cerme olmadan
Ibrahim | 13 Dekabr 2020 17:58
Sualınıza konkret cavab vermək mümkün deyil. Həmin yayları quraşdırdıqdan sonra normativ tələbləri pozub-pozmamağı sual altında qalır.
Avtosfer.az | 13 Dekabr 2020 18:02
Cerimeni oyrenmer isteyirdim
Ferman | 13 Dekabr 2020 12:28
Cəriməni öyrənmək üçün Asanpay.az saytında özünüzə elektron kabinet yaradın.
Avtosfer.az | 13 Dekabr 2020 12:55