Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam niva bronto budur men hemen on yaylari sade nivaya qoymaq isteyirem cerme yazla biler?
Nürəddin | 4 Dekabr 2020 23:03
Əgər bu yayları o biri Nivaya qoymaq normativ tələbləri pozmursa quraşdırmaq olar.
Avtosfer.az | 10 Dekabr 2020 21:01
Salam Menim adima cerme var?
Vüsal | 4 Dekabr 2020 19:41
Salam. Bunu DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 10 Dekabr 2020 20:58
Salam Men Prioraya Pnevmatik Asqi qurasdirmag istiyirem legaldimi illeqaldimi legaldisa hansi senedler lazimdi diyerdizde zehmet olmasa
Pənah | 4 Dekabr 2020 12:18
Salam. Məsləhət deyil quraşdırmaq. Pnevmatik asqının normativ tələblərə uyğun olub-olmadığını yoxlamaq çətin məsələ olacaq.
Avtosfer.az | 4 Dekabr 2020 13:43
Salam.qardaw menim mawinim sade nivadir men niva brontonun on yaylarini qoymaq isteyirem ferg 1 diw sayi artiqdir cerime yazila biler? Zavod purjinin ustunde 1 lik postavka ile biraxilir men 2 lik postavka ile evez ede bilerem?
Nürəddin | 3 Dekabr 2020 02:06
Salam. Niva bronton hansıdır?
Avtosfer.az | 4 Dekabr 2020 13:42
Salam..Bir nece defe Nevai postunda saxladaraq uydurma goruntuler duzeldib guya donme ishigi yandirmamisham ve yaxud suret heddini ashmisham ve diger bu qebilden olan qayda pozuntusu toretmeyim barede ittihamlar ireli sururler.Evezinde unvana gondermelerini bildirirem ve hec bir halda da protokol tertib olunmur...Bu postda cox insanlari bu yolla saxladib aldadirlar...Bu halla rastlashdiqda ne etmek lazimdr...Saxladib uydurma sekiller duzeldib gosterende onlara ne cur tedbir gormek lazimdir...
Elgun | 2 Dekabr 2020 22:36
Salam. Bu barədə DYP-yə müraciət ünvanlaya bilərsiniz.
Avtosfer.az | 4 Dekabr 2020 13:41
Salam ,ilk once tewekkur edirem cavablandirdiginiz ucun ,Nivada led lampalardi ,harda yoxlada bileremki normativlere uygundur? Resmi serviz varmi, resmi sened veren orqan varmi?
Elnur | 2 Dekabr 2020 21:55
Salam. Bakı-Sumqayıt yolunda yerləşən "Vaz Servis"ə aparın, orada Füzuli usta var. O yoxlayıb deyəcək.
Avtosfer.az | 4 Dekabr 2020 13:40
Salam. Vaz 2106 normativ teker olculeri necedir bilmek olarmi?
Nakif | 2 Dekabr 2020 21:28
Salam. Onu internet üzərindən axtarış verib baxa bilərsiniz.
Avtosfer.az | 4 Dekabr 2020 13:39
Salam Size iki sulalim var men 2016 cilde avtomobilimle qeza etmisdim masin ele gelmediyi ucun metallomo sened qarsiq verdim ozleri istedi dediler ki bizi yoxlasalar senedi teqdim ede bilek.hal hazirda masin sistemde adimda qalib onu nece levg eletdire bilerem 2 ci sualim odurki adimda olan masini diger sexse etibarname ile vermisem ve hemin sexs masini etibarname vaxti bitmesine baxmayaraq qanunsuz surur ve butun cerimeler mene gelir erize yazaraq avtomobili duracaqa qoyulmasi barade xahis etdim artiq 1 ildi avtomobili duracaqa yerlesdire bilmirler ya tapa bilmirler basa dusmurem bu barede kime muraciet etmeliyem oncededen tesekkurler
Ramin | 2 Dekabr 2020 16:40
Salam. 1) Siz sənədləri DYP-nin qeydiyyat-imtahan şöbəsinə təhvil verib avtomobili çıxdaş etməli idiniz ki, adınızdan çıxsın. 2) Avtomobilin duracağa yerləşdirilməsi üçün DYP-yə rəsmi müraciət edin. Onun başqa cür yolu yoxdur.
Avtosfer.az | 4 Dekabr 2020 13:37
Mən nişanlar haqqında geniş məlimat hardan əldə edə bilərəm? Kitabda yetərincə açılama əldə edə bilmirəm. Əvvəlcədən təşəkkür.
Lalə | 2 Dekabr 2020 09:36
Hansı nişanlar barədə? Sualınızı ətraflı yazın.
Avtosfer.az | 2 Dekabr 2020 11:42
Vaz2107 kisnon lampalara icaze var? Yoxdusa qanunla qoymaq olar ?
Emin | 2 Dekabr 2020 02:52
Quraşdırmaq olar. Lakin normativ tələblər pozulmamalıdır.
Avtosfer.az | 2 Dekabr 2020 11:42
fiat doblo masini sururem masin sirketin adnadi masini getdiyim yerde dovlet yol polisi saxlayib cerme meydacasina aparilib masinin nomresi yuk yerine yazilmadiqna gore masini apara bilerler cerme meydancasinaa ?? bunun cermesi varda hansi maddeye esasen apariblar onu oyrenmek isteyirem
vuqar | 1 Dekabr 2020 22:05
Buna görə avtomobilin duracağa aparılması qanunsuzdur. Buna görə cərimə yazmaq da mümkün deyil. Çünki bu, qanunda nasazlıq kimi qeyd olunub. Həmin nasazlığı da aradan qaldırmaq mümkündürsə heç bir cərimədən söhbət gedə bilməz. Və nasazlığa görə avtomobilin duracağa aparılması qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 2 Dekabr 2020 11:41
Salam. Cavab verdiyiniz ucun onceden tesekkur edirem. Qaradag r yol qiraginda yuk masininda oturub cerime olunmusam. Masinda olmagim is vezifemdir. Masinda tek olmusam.surucu marketde olub men cerime olan zaman. Mene cerime dusurdu ?
Vusal | 1 Dekabr 2020 18:26
Salam. Əgər dayanma durma qaydasını pozmusunuzsa cərimə olunmağınız tam qanunidir.
Avtosfer.az | 2 Dekabr 2020 11:36
Salam.Yan guzguleri krilonun ustune goymag isteyirem sms-radarda sorushdum dediler problemi yoxdu. burda oyrenmey istiyerdim bilenlerden bu problem yaradar menimchun qanuna qore yoxsa yox?
Ramin | 30 Noyabr 2020 00:19
Salam. Əgər güzgünün yerini dəyişdikdən sonra arxanı rahatlıqla görə bilirsinizsə heç bir problem yoxdur.
Avtosfer.az | 30 Noyabr 2020 12:36
Salam. Niva uchun zavoddan bashqa hansi faralardan istfade etmek olar? Ve cerime hansi halda yazila biler?
Cemil | 29 Noyabr 2020 22:22
Salam. Niva üçün nəzərdə tutulmuş faradan istifadə etmək lazımdır. Əgər normativ tələbi pozursunuzsa 150 manat cərimə yazıla bilər.
Avtosfer.az | 30 Noyabr 2020 12:35
Salam ,normativ telebleri pozmadan niva ucun yeni bu formada faralar qoymaq qanun pozuntusudur? Hansiki bu faralar niva ucun istehsal olunub , hansi esasa esasen mashin cerime meydancasina aparila biler .Azerbaycan yol qaydalari beynalxalq konversiyasina esaslarinirsa sarishin ishiqlarin yerine ag ishiqlarin qoyulmasi ne ucun konstruksiya deyishikliyi sayilsin? Birde arxa yaylarim olu veziyyetde olmasi , kesilmesiyibse qanunsuz formada ne ucun cerime meydancasina yerlewdirilmelidir? Arxa yaylar nasasdi deyishdirilmelidirse cerimesi 150 azn olmalidir?Tewekkur edirem onceden.
Elnur | 29 Noyabr 2020 21:18
Salam. Göndərdiyiniz faralar normativ tələbləri pozmursa (Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğundursa) deməli icazə var. Fotoya baxaraq dəqiq heç nə demək olmur. Xüsusi cihazla yoxlanılmalıdır. Ağ sarımtıl işığı süd ağ işıqla əvəz etmək qayda pozuntusu sayılmır.
Avtosfer.az | 30 Noyabr 2020 12:34
Salam arxa bruzqavik ve susesilenin olmamasina gore cerime meydancasina apara bilerler?
Faiq | 29 Noyabr 2020 08:37
Salam. Xeyr, buna görə avtomobil mühafizə olunan duracağa aparıla bilməz.
Avtosfer.az | 30 Noyabr 2020 12:30
Salam, avtomobilimin sesi yuksekdi sportkar olduguna gore ama hec bir deiwiklik ses sistemi ile bagli olunmuyub. Qayilar saxliyanda deirlerki masin cerime meydancasina getmelidi sonra sorgu gondermeliyikki ses sistemi yoxlansin ve s. , uzun sozun qisasi oyun qururlar ozleri ucun, menim sualim oduki masinda ses sistemi hec bir deiwiklik olunmayibsa men neynemeliyem bunun yolu nedir bu mesele ile bagli meni qai saxliyanda?
Murad | 29 Noyabr 2020 00:51
Salam. Şübhə olarsa xüsusi cihazla yoxlanılmalıdır. Heç bir yerə sorğu göndərilmir. Əgər səs desibeli standarta uyğundursa heç bir problem yoxdur.
Avtosfer.az | 30 Noyabr 2020 12:29
Salam alekum... N/V texniki pasportuna ganunda nezerde tutulmus hansi elave avadanliglar yazilmalidi?zehmet olmasa tek tek geyd ederduz eger alinmirsa harda yazilib onu geyd ederdiz.misalcun qaz kimi Ve bu tex passporta hansi elave avadanliglar yazilmalidi hagginda hansi maddede oxumag olar?
Royal | 28 Noyabr 2020 19:55
"Yol Hərəkəti Haqqında Qanun"un 28-ci maddəsində ətraflı yazılıb. Oradan oxuya bilərsiniz.
Avtosfer.az | 30 Noyabr 2020 12:27
Vaz2107 amerkanka isiqlara niye icaze yoxdu bunun aciklamasi var?
Emin | 27 Noyabr 2020 17:44
İşıq cihazları standarta uyğun olmalıdır. Dönmə işıqları təyinatına uyğun manevr edən zaman yandırılmalıdır. Daimi yanılı qalması normativ tələblərə ziddir.
Avtosfer.az | 30 Noyabr 2020 12:25
Sport purjuna icaze var?
Ramiz | 27 Noyabr 2020 11:57
Normativ tələbi pozursa qadağandır. Şifahi şəkildə konkret cavab verə bilmərik.
Avtosfer.az | 27 Noyabr 2020 12:05
Salam mende nivadi sukani deyisib “Momo” rul qoymusam , arxa purjunda qizdirilib, ama meni sukana gore 150 azn cerime elediler ,qanunsuzlug olummayibki?
Faiq | 27 Noyabr 2020 09:58
Salam. Sükan çəmbərinə görə cərimə yazıla bilməz. Bu linkə daxil olub məlumat əldə edə bilərsiniz. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 27 Noyabr 2020 11:55
Salam masini sekildeki kimi etmek cerimedir? , birde avtomobile coilover qoymaq cerimedir?
Ramiz | 26 Noyabr 2020 22:31
Salam. Şəkildəki kimi etdirmək üçün şifahi cavab vermək çətindir. Normativ tələblər pozmadan istənilən dəyişikliyi etmək olar. Coilover nədir?
Avtosfer.az | 27 Noyabr 2020 11:54
Salam mende 2015 prioradi.2 gun once ekranda nida isaresi gorsendi.ve sukan berkime gedir.ne problem olar? Biraz saxlayiram 10 dq falan sonra yox olur 50 -60km surennen sonra yene yanir.
Vahid | 26 Noyabr 2020 11:36
Salam. Bakı-Sumqayıt yolunun üzərində yerləşən "Vaz Servis"də Elnur ustaya müraciət etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 27 Noyabr 2020 11:52
salam . sport purjunlara icazə varmı ?
nicat | 26 Noyabr 2020 01:10
Salam. Normativ tələbləri pozursa qadağandır. Şifahi şəkildə heç nə deyə bilmərik.
Avtosfer.az | 27 Noyabr 2020 11:51
Salam.Her vaxtiniz xeyir.Sualim beledir Senedlerim evdedi ve YPX menden senet isteyir deyirem evde qalib planset ile Bax..Senedimin uzerimde olmamasi sebebi ile mene hansisa cerime yazila bilermi?Ve bu ganunda hansi maddede oz eksini tapmisdir
Royal | 25 Noyabr 2020 22:43
Salam. Buna görə cərimə yazıla bilməz. Lakin bütün sənədlər sürücünün üzərində olmalıdır. Qanunun tələbi belədir.
Avtosfer.az | 27 Noyabr 2020 11:50
Sport purjuna icaze var priyora ucun?
Ursan | 25 Noyabr 2020 22:20
Normativ tələbləri pozursa qadağandır. Onu şifahi deyə bilmərik.
Avtosfer.az | 27 Noyabr 2020 11:49
C1 və C kateqoriyalı sürücülük vəsiqəsi ilə pikap və furqon maşın idarə etmək olarmı?.
intizam | 25 Noyabr 2020 20:09
“C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçündür.
Avtosfer.az | 27 Noyabr 2020 11:48
Salam vaz 2107 konstruksiya deyiwliyi olunduģda leqal sened almaq mumkundu?
Hacveli | 25 Noyabr 2020 18:41
Salam. Nə dəyişikliyi?
Avtosfer.az | 27 Noyabr 2020 11:46
Salam vaz markali aftomobile sukan deyiwmek qanunla cerime tetbig edilirmi ? men mawinima fiat rul baglamiwdim daha dogrusu alanda ustunde bele gelib DYP buna gore mene 150 azn cerime yazib xaiw edirem bunun haqqinda mene melumat veresiz
Senan | 25 Noyabr 2020 17:40
Salam. Buna görə cərimə yazıla bilməz. Göndərdiyimiz linkə daxil olub ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 27 Noyabr 2020 11:45
Salam. Zehmet olmasa cavab yazardiniz. Mende 2014 CRUZE 1.8 matordur. Yeni almışam. Bilmek isterdim,matoru seplidir yoxsa remen? Tesekkurler.
Nicat | 24 Noyabr 2020 18:56
Salam. Onu biz deyə bilmərik. Mütəxəssislərə müraciət edin.
Avtosfer.az | 27 Noyabr 2020 11:39