Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

DYP yazan pratakoldan neca şikayat etmak olar?
Rəşad | 24 Noyabr 2020 12:55
https://dyp.gov.az/?/az/online/ Qeyd elədiyim linkə daxil olub şikayətinizi bildirin.
Avtosfer.az | 27 Noyabr 2020 11:37
Yük avtomobilinde led iıqlar quraşdırmaq qanunla qadağandırmı?
Teymur | 23 Noyabr 2020 23:48
Bu cür quraşdırmaq qadağandır.
Avtosfer.az | 27 Noyabr 2020 11:36
VAZ 2107 de arxa purjun kesilmeyib, amma arxasi asagidi bir az ona göre cerme ola biler
Emin | 23 Noyabr 2020 23:03
Heç bir müdaxilə olunmayıbsa cərimə yazıla bilməz.
Avtosfer.az | 27 Noyabr 2020 11:35
Salam tend teserrufat texnikasi tekerli traktorlarin gece saatlarinda yola cixmasi barede qanunda cerime varmi
Samil | 23 Noyabr 2020 21:27
Salam. Komendant saatına görə icazəniz varsa çıxa bilərsiniz.
Avtosfer.az | 27 Noyabr 2020 11:34
Salam. Vaz2115 in arxa burjunlarini qizdirmaga cerime yazila biler? yeni qadagandir ya icaze var?
Mirzaga | 23 Noyabr 2020 18:18
Salam. Müdaxilə etmək qadağandır.
Avtosfer.az | 27 Noyabr 2020 11:33
Salam Men öz avtomobilimin rolunu deyişib fiat rul qoymuşdum. Yol polisi saxlıyıb 150 azn cerime yazdi. Bu qanunla nerede tutulun
Yusif | 23 Noyabr 2020 15:49
Salam. Buna görə protokol yazıla bilməz. Ətraflı məlumat üçün bu linkə daxil olub oxumağınızı tövsiyə edirik. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 23 Noyabr 2020 15:57
Salam. Naxcivan qeydiyyatli birinin mulkiyyetinde Pajero 2000, 3.0 motor kecirmek ucun rusum ne qeder olacaq? Bu il iyunda texniki baxish talonu alinib mashinin
Nihad | 23 Noyabr 2020 12:31
Salam. 85 manat 80 qəpik dövlət rüsumu ödəyəcəksiniz.
Avtosfer.az | 23 Noyabr 2020 13:36
Salam.Sürücü öz evladina avtomobilini etibarnamesiz vere biler?Yeni övladin öz valideyinin avtomobilini etibarnamesiz sürmek hüququ var?
Ruhid | 22 Noyabr 2020 20:45
Salam. Xeyr, buna icazə yoxdur. Mütləq etibarnamə olmalıdır.
Avtosfer.az | 23 Noyabr 2020 11:38
Salam. Yazib Sizden xahish edirem asagidaki suallari cavablandirasiniz: 1. Avtomobilin arxa nomresi itibdir, yalniz qabaq nomresi qalir. DYP-de evvelki nomrenin dublikati cixarilirmi ya yeni nomre verilmelidir? 2. Qeyd edilen neqliyyat vasitesi Baki qeydiyyatinda olan shexsin mulkiyyetindedir. Naxcivan qeydiyyatli shexs hemin neqliyyat vasitesini nece oz adina kecire biler? Onceden teshekkurler!
Nihad Quliyev | 22 Noyabr 2020 12:42
Salam. 1) Nömrələrdən biri itdikdə mütləq yenisi verilməlidir. 2) Qanunla Naxçıvan qeydiyyatlı şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsində adına keçirə bilər. İmtina etsələr məhkəməyə müraciət edə bilərsiniz və ya Naxçıvana gedərək orada qeydiyyata qoymalısınız.
Avtosfer.az | 23 Noyabr 2020 11:38
salam maşinımın rəngini dəyişdirmək istəyirəm bunun icazəsinin qiyməti ne qeder edir?
Kamran | 22 Noyabr 2020 08:41
Salam. Rəngi dəyişdikdən sonra 25 manat qeydiyyat şəhadətnaməsinə, 30 manat isə texniki müayinəyə görə rüsum ödəyəcəksiniz. Tövsiyə edirik ki, rəngi dəyişməmişdən öncə DYP-yə müraciət edin.
Avtosfer.az | 23 Noyabr 2020 11:32
Salam. Men ozum ses desibelini harda yoxlada bilerem? Menim masinim 4.3 matordur ve uzerinde amg qlusiteldir. Mende apornu. Nakladka tormuz hamisi amgdir. Hetta disk teker bele wincodda amg cixir. Meni amg qlusitele gore cerime ede bilerlermi?
Fuad | 21 Noyabr 2020 23:27
Salam. Əgər normativ tələblər pozulmayıbsa cərimə edə bilməzlər. Desibelin yoxlanılması üçün rəsmi servis mərkəzlərinə müraciət edə bilərsiniz.
Avtosfer.az | 23 Noyabr 2020 11:30
Salam. Masini qabaq bufersiz surmek olarmi? Olarsa hansi senedler olmalidir
Elcin | 21 Noyabr 2020 18:59
Salam. Qanunla olmaz. Konstruktiv bütövlüyü pozmamalısınız.
Avtosfer.az | 23 Noyabr 2020 11:29
Salam Vaz2107 Avtomobile ksenon deyl yalnız ağ lampa quraşdırmaq qadağandır? Hər hansısa bir cerme tetbiq edle biler.Teşekkürler
Teymur | 21 Noyabr 2020 15:48
Salam. Adi ağ lampa qadağan deyil. Sadəcə onu quraşdırandan sonra işıqların düşmə bucağını tənzimlətdirin. Vaz Servisdə (Xırdalanda) 5 manata düzəldirlər.
Avtosfer.az | 23 Noyabr 2020 11:28
Salam alekum... Tex senedin xususi qeydler bolmesine sirf neler yazilmalidi Tam olarag hamisini geyd edin zehmet olmasa.Ve bunlar hansi maddede oz eksini tapir?
Royal | 20 Noyabr 2020 18:53
Salam. Qeydiyyat şəhadətnaməsində DYP-nin reysterinə yazılan məlumatlar (ban, şassi, mühərrik nömrəsi, avtomobilin rəngi, tipi, mühərrikin həcmi və mühərrikin yanacaq növü) yazılmalıdır. Digər buferlə, amartizatorla, yaylarla, səs boğucu ilə bağlı məlumatların yazılması nəzərdə tutulmayıb. Bu barədə "Yol Hərəkəti Haqqında Qanun"un 28-ci maddəsində ətraflı qeyd olunub.
Avtosfer.az | 23 Noyabr 2020 11:27
Salam, men 2023ci ile qeder suruculik huququndan mehrum edilmisem, zehmet olmasa deyerdiz men hara muraciet edimki bu muddetin uzerinden goturulsun hec olmasa 1 il goturulsun hara nuraciet ede bilerem, mehkemem olub 6 noyabr 2019 xais edirem cavablandirardiz sagolun
Fərman | 20 Noyabr 2020 16:26
Salam. Sizə bu barədə "Facebook" səhifəsində ətraflı məlumat verilib.
Avtosfer.az | 23 Noyabr 2020 11:21
Salam, avtomobilimi yalnız sürmək hüququnu təmin edən etibarnamə əsasında verdiyim şəxs onun adına yazılmış cəriməni ödəməkdən imtina edir. Mən isə avtomobilimi satmaq istəyirəm. Alqı-satqıda bu cərimə mənə problem olacaqmı? Nə etməliyəm? TƏŞƏKKÜRLƏR.
Khan | 20 Noyabr 2020 03:23
Salam. Bəli problem yaradacaq. Yalnız ödədikdən sonra qeydiyyat əməliyyatı apara bilərsiniz.
Avtosfer.az | 20 Noyabr 2020 12:31
Salam. Bu gun mehkeme oldu. Hakim 342.5 ci maddeye gore cerime meydancasina qoyulmali oldugunu bildirdi masinin. Men subut eliye bilmedim ki 342.5 ci maddeyle masin cerime meydancasina gire bilmez. Is qaldi apellyasiya mehkemesine. Gediceyem axirina qeder. Allah butun zalimlara lenet elesin. Haqsizliq eden her kes cavab verecek qiyamet gunu. Men day nece izah edim hakimcun meseleni?
Agadadas | 20 Noyabr 2020 00:41
Salam. Siz "İnzibati Xətalar Məcəlləsi"nin 96-cı maddəsini əsas gətirin. Həmin maddədə 342.5 ci maddəyə görə avtomobilin duracağa aparılması nəzərdə tutulmayıb.
Avtosfer.az | 20 Noyabr 2020 12:30
Salam.Her vaxtiniz xeyur..Bu vaxta kimi verdiyim butun suallarima verdiyiniz cvb ucun minnetdaram ve xais edirem bu sualimi Tam etrafli wekilde cavablandirasiniz.Idare etdiyim avtomobil lada Granta sportdur ve Tex senedne sport yazusu geyd edilib..size gonderdiyim sekildeki sesbogucun dsgistandan sifaris ile getirmisen yeni sirf idare etdiyim masincun istehsal edilib uzerindede yazisi geyd edilib..bugun ypx emekstasi menu cerime menydancasina apardi.ve sese gore texposportda elaveler yerinde geyd edilmelidi dedi bu ne derecede duzdu? Ve deyirki ses desibeli 72db di hansi madde hansi kitsbda yazilib ki normativ ses db lisi 72 olmalidi?mence xeyur 84 avropa 96Rosiyya...ve otagdaki cenab dyirki ses db lisini kecse 500azn kecmese 150azn yazilacg cerime...Menim avtomobilim sportdur ve onun ucunde nezerde tutulmis sport sesbogucu yerlesdirmisem men axi gayda pozmamisam
Royal | 19 Noyabr 2020 20:38
Salam. Sizin avtomobil üçün səs desibeli 96 db-dir. Əgər bu desibeli keçmirsə nə 500 manat yazıla bilər, nə də 150 manat. Bu dəyişiklik isə qeydiyyat şəhadətnaməsinə qeyd edilməməlidir. Qeydiyyat şəhadətnaməsinə yalnız reysterə daxil olan məlumatlar (ban, şassi, mühərrik nömrələri, avtomobilin rəngi) qeyd edilməlidir. Yayların, amartizatorun, buferin və.s bu cür dəyişikliklərin qeydiyyat şəhadətnaməsinə yazılması qanunla qadağandır.
Avtosfer.az | 20 Noyabr 2020 12:25
Salam eger maşınım yolun kenarında saxlayıb ve nömrenin üstün bağlayıb satışın elemek meqsedi ile şeklini çekiremse bu zaman Dyp emekdawi meni avto duracaga apara biler? Ve ne qeder cerimesi var?
Nicat | 18 Noyabr 2020 21:39
Salam. Sırf dediyiniz məsələyə görə məsuliyyət nəzərdə tutulmayıb. Lakin nömrəni bağlayıb məsuliyyətdən yayınmaq istəyirsinizsə, buna görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Avtosfer.az | 20 Noyabr 2020 12:18
Salam. Sualım qluşitel başlıqları ilə bağlıdır. Maşında qeyd edilən hissənin dəyişdirilməsi qanunla qadağandırmı ?
Fariz | 18 Noyabr 2020 21:28
Salam. Göndərdiyiniz fotodakı başlıq sadəcə görünüş üçündürsə quraşdıra bilərsiniz. Lakin bu başlıq səs desibelini artırırsa və səs normadan artıq çıxırsa qadağandır.
Avtosfer.az | 20 Noyabr 2020 12:16
Salam.Mənə hec bir protokol gonderilməyib və hec bir xəbərdarliq olunmadan avtomobilim cerimə meydancasina aparilib.
Əkbər | 18 Noyabr 2020 18:28
Salam. Bu barədə DYP-yə rəsmi qaydada şikayət edin. https://dyp.gov.az/?/az/online/ bu linkə daxil olaraq şikayət edə bilərsiniz.
Avtosfer.az | 20 Noyabr 2020 12:14
Salam, men 2023ci ile qeder suruculuk huququndan mehrum edilmisem, bilmey isdeyuremki men masin sursem bunun cerimesi ne qeder olacaq, ve masinim cerime meydancasina qoyulacaq ya yox,xais edirem cavablandirardiz
Fərman | 18 Noyabr 2020 18:07
Salam. 200 manat cərimə olunacaqsınız və avtomobil mühafizə olunan duracağa aparılacaq.
Avtosfer.az | 20 Noyabr 2020 12:13
Salam. Yol hereket qaydalarinin 1 saylj elavesinde yazilib ki "Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı" Burdaki istirmardan gedir sohbet. Bu masini cerime meydancasina qoymaq demekdi?
Agadadas | 18 Noyabr 2020 17:58
Salam. 1 saylı əlavədə göstərilən nasazlıqlara görə avtomobil mühafizə olunan duracağa aparıla bilməz. "İnzibati Xətalar Məcəlləsi"nin 96-cı maddəsində nasazlığa görə avtomobilin duracağa aparılması nəzərdə tutulmayıb.
Avtosfer.az | 20 Noyabr 2020 12:12
Salam. Neqliyyat vasitesinin istismarinin qadagan edilmesi cerime meydancasina qoyulmag demekdir?
Agadadas | 18 Noyabr 2020 09:43
Salam. Hansı istismardan gedir söhbət.
Avtosfer.az | 18 Noyabr 2020 12:02
Salam men stop xettini gozledim sonra hereketi devam etdirerken sağ terefden gelen içkili surucu meni sağ terefden vurdu onun sigortasi ickili olduguna gore odemir ypx ise deyirki o ickilidir onun cerimesi yazilacag amaki sende stop xettini kecerek onun yoluna cixmisan here oz maşinini duzeltdirmeli oldu bu duzdur ?
Azer | 18 Noyabr 2020 05:02
Salam. Siz ona yol verməli olduğunuz halda yol verməmisinizsə günah sizdədir. Onun içkili olmağı sizi məsuliyyətdən azad etmir. Qaydanı pozan siz olmusunuzsa, sizin sığortanız həmin maşını düzəltməlidir. Onun içkili olmasına görə də sadəcə cərimə yazılacaq. O içkili olub deyə günahı onun boynuna atmaq məsələsi yoxdur qanunda.
Avtosfer.az | 18 Noyabr 2020 12:01
Salam.Avtomobil səs boğucusunda deşik varsa bunu Dövlət Yol Polisinin əməkdaşı xəbərdarlıq edərək nasazlıqın(deşiklərin)aradan qaldırılmasını tələb etməlidir yoxsa maşın cərimə çeydançasına getməlidir?getməlidirsə hansı massəyə əsasən cəriməsi nəqədərdir?Getməlimdeyilsə hanaı maddəyə əsasən protokol tətbiq edilə bilər.Cavablandırarkən zəhmət olmasa səsboğucuda bilərək açılmış deşiklər olduğunu nəzərə alın.(Yəni Maşının köhnə sahibi açıb və problem yaratmayacağını detib)Ətrafkı cavablandırardınız zəhmət olmasa
Huseyn | 17 Noyabr 2020 01:29
Salam. İşlənmiş qazların xaric etmə sistemini dəyişməmisinizsə, buna görə nə cərimə meydançasına apara bilər, nə də cərimə yaza bilər. Qanunda yazılıb ki, Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 500 manat cərimə yazıla bilər. Siz və ya əvvəlki sahibi avadanlıq quraşdırmayıbsa və ya dəyişdirməyibsə deməli bu maddə tətbiq edilə bilməz. Sadəcə nasazlıq kimi qeydə alına bilər. Ona görə də həmin nasazlığı aradan qaldırmalısınız.
Avtosfer.az | 18 Noyabr 2020 11:58
Masının texsmatordan kecib kechmediyini nece bilmek olar?
Hacı | 16 Noyabr 2020 13:33
Asanpay.az saytında elektron kabinet yaradıb oradan baxa bilərsiniz və yaxud 902 qaynar xəttinə zəng edib maraqlana bilərsiniz.
Avtosfer.az | 16 Noyabr 2020 13:36
salam volga 24 markali maşin dodge markali maşina oxşatmaq olarmi bagacin kesib birde qaplarin kesib 2 qapli elemek qanuna icaze var ?
elton | 16 Noyabr 2020 01:23
Salam. Xeyr, buna icazə yoxdur.
Avtosfer.az | 16 Noyabr 2020 13:35
Salam wlanqer farasini nivaya qoysam cermesi var ve varsa yollari bawa salarsiz
Senan | 16 Noyabr 2020 00:07
Salam. 150 manat cəriməsi var bunun.
Avtosfer.az | 16 Noyabr 2020 13:35
Qarşidan gelen yol polis avtomobili hereket ederken mene suret heddine gore protokol gonderib.Maksimal suret 110 olan yolda guya 131 ile hereket etmisem.Hemin ypx avtomobilinin kamerasi hansi deqiqlikle çekir?Cunki men eminem ki,hemin yolda 131 le hereket etmemisem.Hemişe nece olursa mehz ne 20 yox,ne de 22 yox 21 ferq ile cerime yazilir.
Rafiq | 15 Noyabr 2020 18:20
Bununla bağlı yalnız videogörüntüyə baxıb nəsə demək olar. Siz DYP-yə onlayn müraciət edərək şikayətinizi bildirə bilərsiniz.
Avtosfer.az | 16 Noyabr 2020 13:34