Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam alekum...Her vaxtiniz xeyir. Sualin budur ki Hal Hazirda avtomobilime arxa yan suselerine plonka vura bileremmi?Sabah hansisa ypx inspektoru ile problem yasama ehtimalim varmi?eger icaze varsa hansi madde bende ve elavede nese geyd edilibmi.zehmet olmasa degiglikle cavaayardiz
Royal | 14 Noyabr 2020 08:11
Salam. Arxa yan şüşələrə plyonka vurulmasına cənab Vilayət Eyvazov şəxsən özü icazə verib. Demək olar ki, əksər sürücülər plyonka vurub. Buna görə isə hələ heç kim problem yaşamayıb. Siz də istifadə edə bilərsiniz.
Avtosfer.az | 16 Noyabr 2020 13:33
Salam. Sizin suallara verdiyiviz cavablari qailar qebul etmir. Men dedim 342.5 ci maddeye gore masin iceri girmez. Respublika qaisindan mayor Ehmedli dedi ki bos bos sohbetlerdi. Men bilmey isteyirem ki deqiq qoyula bilmez cerime meydancasina? Cunki masini goture bilmirem strafnoydan. Her yere muraciet elemisem.
Dadas | 14 Noyabr 2020 07:51
Salam. Avtomobilin duracağa qoyulması İnzibati Xətalar Məcəlləsinin 96- cı maddəsi ilə tənzimlənir. Həmin maddəni sizə təqdim edirik. Siz də oxuyun. Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi 96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;[55] 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.[56] 96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: 96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; 96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; 96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. 96.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. 96.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.
Avtosfer.az | 16 Noyabr 2020 13:31
Salam mende nivadi ili 1990 di sovetdi...urbana yigdirmaq isteyirem senedinde universal yazilib...senedde nese deyiwiklik etmeye ehtiyac varmi?
Adem | 14 Noyabr 2020 04:50
Salam. Xeyr, heç bir qeyd aparmağa ehtiyac yoxdur. Urbanın buferi əvvəlki Nivaya getdiyi üçün heç bir problem yoxdur.
Avtosfer.az | 16 Noyabr 2020 13:10
Salam, mən avtomobilimdə nomrəni buferin sag və ya sol hissəsinə baglamaq istəyirəm bununla bağli qanunda bir qadağa varmı?/əvvəlcədən təşəkkürlər.
Elnur | 13 Noyabr 2020 15:18
Salam. Avtomobilin bamperində qeydiyyat nişanı üçün yer harada müəyyən edilibsə, ora bağlanılmaldır.
Avtosfer.az | 13 Noyabr 2020 15:31
Salam. Sizə bir sual ünvanlamaq istəyirəm. Sual avtomobilin oturacaq sistemləri ilə bağlıdır. Arxa və ön sərnişin oturacaqlarını ləğv etməklə bağlı hər hansısa bir qadağa və ya qanun varmı? Onceden tesekkur
Ramin | 13 Noyabr 2020 14:37
Salam. Xeyr, qadağa yoxdur. Amma oturacağı çıxarıb sərnişin aparsanız, o halda cərimə olunacaqsınız.
Avtosfer.az | 13 Noyabr 2020 14:59
Salam. Avtomobilin arxa purjinlerinin kesilmesine gore nece manat cerime nezerde tutulub?
Murad | 13 Noyabr 2020 12:00
Salam. 150 manat.
Avtosfer.az | 13 Noyabr 2020 14:03
Salam men opel astra almaq istiyrem 2006.2007.2008.2009 bu illeri ama ki bu avtomobillerde açar problemi olur? Yeni açar maşında qalır acar çıxmır? Acar tez sınır xahis edirem bunlari mene etrafli başa salında
Məmmədrza | 12 Noyabr 2020 19:36
Salam. Bununla bağlı avtomobil mütəxəssislərinə müraciət edin.
Avtosfer.az | 13 Noyabr 2020 14:03
Salam mən onlayn etibarnamə vermək istəyirəm amma adımda texpasport çıxmır hara müraciət edə bilərəm
Əliosman | 11 Noyabr 2020 22:48
Salam. Bununla bağlı Asan Xidmətə və Ədliyyə Nazirliyinə müraciət edin.
Avtosfer.az | 13 Noyabr 2020 14:00
Salam, men yol qezasi toretmisdim, ve mehkemnin 6 noyabr 2019cu il qərarı ilə men 1 illik suruculuk huqundan mehrum edilmisem, indi menim cezam basa catib, bilmek isteyirem ki mene pravam imtahansiz verilecey ya yox? zehmet olmasa cavablandirin
Fərman | 11 Noyabr 2020 20:49
Salam. 1 ilə kimi məhdudlaşdırılanda imtahansız qaytarılır. Hara təhvil vermisinizsə həmin yerdən geri alın.
Avtosfer.az | 13 Noyabr 2020 13:58
Salam Avtomobilime iceri salonda tehlukezsizlik karkasi elave etmisem bilmek isterdim yol polisi buna gore mene cerime yaza bilermi elave avadanliq kimi. nezere catdirim ki bu karkaz Allah elemisin qeza bas verse avtomobili maxsimum defarmasiyadan qoruyacaq.Onceden tesekkurler
Ramin | 11 Noyabr 2020 20:01
Salam. Əgər görüntünü məhdudlaşdırmırsa, sürücü və sərnişinə mane olmursa cərimə yazıla bilməz.
Avtosfer.az | 13 Noyabr 2020 13:50
Salam. Bu sekile gore masin qoyula bilermi cerime meydancasina?
Agadadas | 11 Noyabr 2020 17:38
Salam. Şəkil gəlməyib.
Avtosfer.az | 13 Noyabr 2020 13:48
Salam. avtomobil priora. sport yaylar ve amortizatorlar qoyulub. tebiiki ona gore mashin klirens aşagi olub. buna gore cerime var? qeyd edimki sirf sifarişle getirilib ve sertifikatı var. deyirler texpasporta elave olunmalıdı? bu ne derecede düzgündür? qaqunla izah edin zehmet deyilsə
Imran | 10 Noyabr 2020 12:35
Salam. Bu cür dəyişikliklərin qeydiyyat şəhadətnaməsinə qeyd olunması qanunda nəzərdə tutulmayıb. Əgər etdiyiniz dəyişiklik normativ tələbi pozursa qadağandır. Sertifikat əsas götürülmür.
Avtosfer.az | 11 Noyabr 2020 11:46
Salam necesiz?Yol polisi sebeb gostermeden maşının baqajının açılmasını teleb ede bilermi?
Orxan | 9 Noyabr 2020 18:26
Salam. Əgər şübhəli məqam varsa hal şahidlərinin iştirakı ilə baxış keçirə bilər.
Avtosfer.az | 11 Noyabr 2020 11:44
Salam. Arxa purjunlar kesilmiyibse yerindedirse sadece qizdirilibsa bu qanun pozuntusu sayilirmi?? Buna gore cerime meydancasinaa masini apara bilerler?
Kamil | 8 Noyabr 2020 14:30
Salam. Əgər qızdırılması normativ tələbi pozursa qayda pozuntusu kimi qiymətləndirilə bilər. Onu yoxlamadan konkret cavab vermək çətindir.
Avtosfer.az | 11 Noyabr 2020 11:43
salam komendant saatinda qaydani pozmus geceni bolmede kecirmis birinden dovlet rusumu tutulur?
Sevil | 8 Noyabr 2020 01:51
Salam. Komendant saatının pozulmasına görə cərimə nəzərdə tutulub.
Avtosfer.az | 11 Noyabr 2020 11:42
Mende kamaz di yük getirirem artıq tonajin verməsi ne qederdi birde qabarit yükün bunu bilmey isteyirem
Natiq | 7 Noyabr 2020 22:43
Kamazın icazə verilən tonnajını avtomobilin kitabçasında baxa bilərsiniz. Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır.
Avtosfer.az | 11 Noyabr 2020 11:41
Salam, mənim 2 sualım var: 1) Maşın 2107dir. Ön şüşədə olan yuxarı hissədə gün əleyhinə tündləşmənin qalınlığı və faizi nə qədər olmalıdır? Və cəriməsi nə qədərdir? 2) Mən mövcud bir qeydiyyat nişanını alqı-satqı ilə öz avtomobilimin üzərində rəsmiləşdirmək istəyirəm. Bunun qanuni yolu necədir? Öncədən təşəkkürlər!
Ağa | 6 Noyabr 2020 17:30
Salam. Ön şüşənin yuxarı hisssəsində olan plyonkaya görə faiz dərəcəsi müəyyən olunmayıb. İstənilən tündlükdə vura bilərsiniz. Eni də müəyyən olunmayıb. Amma beynəlxalq standartlara görə şüşə silənin ən yuxarı hissəsi hara kimi qalxırsa, ora qədər vurulmalıdır plyonka. Qeydiyyat nişanını hansısa avtomobilin üzərinə təhkim etmək istəyirsinizsə, həmin qeydiyyat nişanı olan avtomobili və öz avtomobilinizi aparın DYP-yə. Avtomobil texniki müayindədən keçirildikdən sonra (ban, şassi nömrələrinə, rənginə və.s baxış keçirildikdən sonra) müqavilə bağlanılaraq qeydiyyat nişanları dəyişdirilə bilər.
Avtosfer.az | 11 Noyabr 2020 11:31
Salam Aleykum.. Masina Sticker Ve Ya Reklam Yapisdirmag istiyirem Bilmey istiyiremdim Bununla Bagli Qanunvericiliyde Ne Yazilib.. Hansi Formada Yapisdirsam Qanun Pozuntusu Sayilmaz..
Mirze | 6 Noyabr 2020 17:23
Salam. Reklam üçün DYP-yə müraciət edin. İcazə olmadan reklam vura bilməzsiniz avtomobilə.
Avtosfer.az | 11 Noyabr 2020 11:25
Salam aparaturaya yeni ses güclendiriciye cerme var? Varsa ne qederdir?
Revan | 6 Noyabr 2020 01:05
Salam. Xeyr. Onunla bağlı heç bir cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 11 Noyabr 2020 11:24
Salam.mene bu cermeler yazilib ancaq hec bir goruntu subut yoxdur.bu cermeler 9 cu ayda yazilib men bu cermelerin goruntusun teleb ede bileremmi?ve eger bir ay bunan qabaq yazilibsa ve menim hec bir melumat verilmiyibse bu goruntuler teqdim etmelidilermi mene vaxdinan asli olmayaraq?
Ramil | 5 Noyabr 2020 19:13
Salam. Bu kamera ilə tərtib olunan protokollar deyil. IXP seriyalı protokollar o deməkdir ki, polis sizi yolda saxlayıb yazıb. Bu protokollarda görüntü olmur. Siz DYP-yə müraciət edib məsələni aydınlaşdırın.
Avtosfer.az | 11 Noyabr 2020 11:22
salam, menim masinimin sesboguculari bu formada yigilib ve texniki pasportda M5 e yigilib geyd edilib!!, mende masini bele almisam, bu prosesin cerimesi var mi ve varsa ne qederdir? ypx terefinden saxlanildiqda ne islem gorulmelidir. coxsagolun, cavabi email e gonderseniz cox sevinerem.
Cavid Aliyev | 5 Noyabr 2020 17:19
Salam.Əgər normativ tələblər pozulmayıbsa heç bir problem yoxdur. Onu belə gözlə baxıb heç nə demək olmur. Yoxlandıqdan sonra nəsə demək olar. Əgər işlənmiş qazları xaric etmədə heç bir problem yoxdursa, səs desibeli aşılmırsa deməli qaydalar çərçivəsindədir.
Avtosfer.az | 11 Noyabr 2020 11:14
Eq pratakolu nedir?
Nebi | 4 Noyabr 2020 22:33
EQ- yəni Elektron Qərar. Xüsusi texniki vasitələrin köməkliyi ilə aşkar edilmiş qayda pozuntuları EQ seriyalı qərar tərtib olunur.
Avtosfer.az | 11 Noyabr 2020 11:08
Salam. Avtomibilin matorunun nomresi yoxdu. bunu bu yaxinlarda almisam. Ve gelen ay adima kecirdecem bunu nece hell edim? nomrenis matir yazdirim ve bunun ucun neler ve hansi senedler lazimdi? matora baxiw olunmalidi yoxsa nece? dovlet rusumu nedi?
Elgun | 4 Noyabr 2020 21:50
Salam. Əgər qeydiyyat şəhadətnaməsində mühərrikin nömrəsi yazılıbsa və avtomobilin üzərindəki mühərrikdə nömrə yoxdursa deməli uyğunsuzluq var. Bunun qanuni yolu odur ki, avtomobilin üzərinə sonradan qoyulmuş mühərrikin mənbə sənədi olsun. Əgər bu sənəd yoxdursa işiniz çətin olacaq. Ən yaxşı halda siz DYP-yə müraciət edin.
Avtosfer.az | 11 Noyabr 2020 11:06
Salam. Sekildeki qerara gore masinim cerime meydancasina qoyulub. Duzgun hereket edibler mene qarsi?
Agadadas | 4 Noyabr 2020 21:12
Salam. Şəkil gəlməyib bizə. Təkrar göndərin.
Avtosfer.az | 11 Noyabr 2020 11:04
Salam..suruculuk vesiqesi ucun novbeti imtahan ne zamandi ve ilk novbede ne etmek lazimdir? Qeydiyyat onlinedir ?
Turkan | 4 Noyabr 2020 17:46
Salam. Bununla bağlı DYP-yə müraciət etməlisiniz.
Avtosfer.az | 11 Noyabr 2020 11:03
W210 2.6 mühərrik hansı yağ lazımdı?
Ferid | 3 Noyabr 2020 14:50
Bununla bağlı avtomobil mütəxəssislərinə müraciət edin.
Avtosfer.az | 4 Noyabr 2020 12:44
Salam. Qizdirilmis yaylari kohnelmis yaylardan nece ayirmaq olur? Qizdirilmis yaylar konstruksiya deyisikliyi sayilir?
Dadas | 3 Noyabr 2020 14:37
Salam. Onları vizual şəkildə ayırmaq bir az çətindir. Qızdırılmış yay müdaxilə edilmiş sayılır. Ona görə də məsləhət deyil.
Avtosfer.az | 4 Noyabr 2020 12:43
Salam.Bilmek isterdimki eger mashina sport yaylar qoyulubsa DYP bunu qanun pozuntusu kimi qeyde ala biler?Avtomabil wolksvagen jettadir.Eger buna gore saxlasalar ve nese bildirseler men ne etmeliyem.Evvelceden teshekkurler
Perviz | 2 Noyabr 2020 14:30
Salam. Əgər normativ tələbi pozulursa duracağa aparıla və cərimə yazıla bilər.
Avtosfer.az | 2 Noyabr 2020 14:51
ÇEX fara ile o biri faranın ferqi yoxdu ikiside işıq vurur. Amma qıraqları biraz ağ kimidi. ona göre soruşdumki cermesi var?
Yusif | 2 Noyabr 2020 13:00
Əgər işıq standarta uyğun vurursa, faranın qırağının ağ olmasının heç bir əhəmiyyəti yoxdur. Yəni icazə var.
Avtosfer.az | 2 Noyabr 2020 13:04
Çex fara budur. İcazr var?
Yusif | 2 Noyabr 2020 12:51
Bu fara ilə o biri faranın nə fərqi var? Fərqini deyin izah edək.
Avtosfer.az | 2 Noyabr 2020 12:56