Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam.Bu il may ayinda maşın almışam.1999 cu il buraxişli opel astraşBu il üçün texniki baxışdan keçməliyəm?Öncədən təşəkkürlər.
Anar | 14 Avqust 2020 18:33
Salam. Siz baxmalısınız ki, avtomobilinizin texniki baxış müddəti nə vaxt bitir. Bunu DYP-dən soruşun. Əgər vaxtıdırsa keçməlisiniz.
Avtosfer.az | 28 Sentyabr 2020 13:45
qanuna gore xaricden getirilen neqliyyat vasitesi ne qeder muddet icinde gomruk olmalidir . 4 ,5 ay gecikme olubsa (karantine gore) cerimesi qanunen ne qederdir ?
Elcin | 13 Avqust 2020 05:15
48 saat ərzində gömrükdən keçirilməlidir.
Avtosfer.az | 21 Sentyabr 2020 13:46
Salam stop nişanını pozmaqla dayanmayıb keçmək nə qədər cərimə düşür .çox sağol
Eldar | 12 Avqust 2020 16:52
Salam. Əgər heç kimə mane olmamısınızsa 40 manatdır cəriməsi.
Avtosfer.az | 21 Sentyabr 2020 13:39
Rehmete getmiş adamın maşının texspasportunu deyişdirmek üçün ne etmek lazımdı? Şexs rehmete gedibse maşın kimin adına keçir ve bunları etmek üç0n dövlet rüsumu ne qederdi?
Davud | 12 Avqust 2020 11:30
Allah rəhmət eləsin! Bunun üçün öncə vərəsə təyin edilməli, daha sonra vərəsələrin razılığı ilə avtomobil sizin adınıza rəsmiləşdirilə bilər.
Avtosfer.az | 21 Sentyabr 2020 13:37
Maşın atamın adınadır rayon qeydiyyatıyiq öz adıma keçirtmək istyrem 99la nömrə ala bilerem yevlaxdan
Elvin | 12 Avqust 2020 10:04
Xeyr.
Avtosfer.az | 21 Sentyabr 2020 13:36
Salam plyonka arxalara icaze var. Bes qişdada bu sokdurmeyib saxlamaq olar? Cerimesi var?
Zaur | 10 Avqust 2020 02:53
Salam. Yəqin ki qışda da icazə veriləcək.
Avtosfer.az | 21 Sentyabr 2020 13:35
Salam.Maşinin Icərisinde miqalka yandirmaqa icaze var?
Zaur | 10 Avqust 2020 02:46
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 21 Sentyabr 2020 13:33
Salam, 23.10.2019-cu ildə məni Xətai rayon məhkəməsi qərarı ilə xəbərim olmadan 6 ay müddətinə suculuk hüququndan məhrum ediblər, üstündən 10 ay keçməsinə baxmayaraq bu qərar mənim üzərimdən silinmir. xülasə Sualım belədir əgər vətəndaşın sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitibsə və hətta bu müddətdə sürücü sürücülük hüququndan müəyən vaxtlıq məhrum olunubsa belə qanunla bu vətəndaşın müddəti bitmiş sürücülük vəsiqəsini yenisi ilə əvəz edib dəyişdirməyə haqqı var ya yox?
Emin | 9 Avqust 2020 02:15
Əgər sürücülük hüququndan məhrum edilmisinizs, vəsiqə DYP-yə təqdim edilməlidir. Əks halda məhdudlaşdırma müddəti dondurulur.
Avtosfer.az | 21 Sentyabr 2020 13:32
Salam. Lada 2115 markali avtomobile Lider 17 lik disk taxmaq olarmi. İcaze verilmirse cerimesi ne qederdi???
Vuqar | 6 Avqust 2020 19:51
Salam. Hemin modelin texniki pasportuna baxin, ya da mashinin qapi direklerinde teker ve disk olculeri yazilib. Ondan kenara cixsaniz 150 manat cerime edileceksiniz
Avtosfer.az | 9 Avqust 2020 01:48
Salam,men b kateqorisyası üzre imtahan vermek isteyirem müsteqil hazırlaşmışam. Qeydiyyata keçirilmeye göre senedi hardan elde ede bilerem? Zaqatalada yaşayıram
Muradxan | 6 Avqust 2020 14:34
Salam. Şəki Qeydiyyat İmtahan Şöbəsinə gedib senedlerinizi verin, sizi orada qeydiyyata alib imtahan vaxtı barədə məlumat verəcəklər
Avtosfer.az | 9 Avqust 2020 01:49
çimərliklərə necə gedə bilərik
gunay | 5 Avqust 2020 16:13
Necə istəyirsiniz gedin, Həftə sonu avtobus işləmir, ya öz maşınınızla, ya da taksi ilə istənilən çimərliyə getmək olar
Avtosfer.az | 9 Avqust 2020 01:51
Salam men masinimi etibarname ile satmisam ve texniki baxisin vaxtina az qalir eger texniki baxisdan kecmeseler yaziln cerime mene yoxsa etibarname ile satdiğim şexse gelecek? Ve bilmek istiyerdim etibarnameni istediyim vaxt leğv ede bilerem?
Elmar | 5 Avqust 2020 07:52
Salam. legv etmek her an elinizdedir. Texniki baxisa gore hele ki cerime yazilmir. karantine gore getmek mumkun deyilse nezere alirlar. amma imkan varsa gedib kecmeseler cerime gelecek. o zaman hemin shexse yazilacaq cerime. size gelse sikayet edin, ona yonlendirsinler
Avtosfer.az | 5 Avqust 2020 15:22
Salam. Tras yolda, arxasında heç bir stop işarəsi və ya işıq olmayan, gecə saat 11radələrində yağışlı havada At daçkasının yolun mənə aid olan hissəsi ilə hərəkət etmesi qanuna uyğundurmu?
Ruslan | 4 Avqust 2020 17:47
Salam. Xeyr. fenerler olmalıdır və yolun çiyni ilə getməlidir
Avtosfer.az | 9 Avqust 2020 01:52
Salam; qizdirilmis purjinle masin surmeyin cerimesi varmi? Varsa ne qederdir bu kanstruksiya deyisikliyi sayilirmi?
Letif | 3 Avqust 2020 19:27
Salam. əslində bu konstruksiya dəyişikliyi yox, texniki nasazlıq sayılır, 50 manat cəriməsi var və aradan qaldırmaq tələb olunur
Avtosfer.az | 9 Avqust 2020 01:53
Salam hunday sonata ses bogucuya aidiyati olmadan yeniki kenarinda buferin altina her iki terefe ses bogucu yalniz bawliglarini aksesuar olarag berkitmek olarmi? Gorunuw ucun numune olarag wekil gondermiwem. Bunun cerimesi ve qadagasi varmi. Tewekkur
Ibrahim | 3 Avqust 2020 12:32
Salam. Sesbogucuya qosulu deyilse hec bir cerimeden sohbet gede bilmez. qoymaq olar
Avtosfer.az | 5 Avqust 2020 15:19
Salam.vaz 2107 markali avtomobilde arxa yaylar zeifdirse avtomobilin arxa hissesi asagidirsa avtomobil cerime meydancasina aparilmalidir?ve surucuye cerime tetbiq edilmelidir?zehmet olmasa cavablandirardiz suali.
Urfan | 3 Avqust 2020 05:00
Salam. zəif deyəndə ki, qızdırıb zəiflədirlər və bu da texniki nasazlıqdır, Yerində aradan qaldıra bilmirsənsə cərimə meydançaslna aparılmalıdır. Çünki avtomobil bu vəziyyətdə idarə edilə bilməz
Avtosfer.az | 9 Avqust 2020 01:54
Salam mənim mülküyətim olan maşına köhnə tarixə həpis qolula bilərmi qoyulubsa dövlət yol polisi mənim mülküyətimi dayanma durma meydancasına qoymagı nə dərəcədə düzdür
Qabil | 2 Avqust 2020 22:22
Salam. Belə bir məsələ varsa məhkəməyə müraciət etmək lazımdır
Avtosfer.az | 9 Avqust 2020 01:55
Salam sualım odur ki ata və oğul eyni evdə yaşayırlar ata oğluna maşını sürə bilməsi üçün etibarnamə verməlidir?
Emin | 2 Avqust 2020 17:28
Salam. indiki qanun teleb edir ki etibarnamə olmalıdır
Avtosfer.az | 9 Avqust 2020 01:55
Salam iki sualim var masin almaq istiyrem satici dediyine gore maain senesleri itib.senedleri qaytarmaq yada yeni senetler duzetmek mumkun du?ve bir baska masin dovernus veren adam olubse masin nece oz adima kecire bilerem?sagolun
Orxan | 1 Avqust 2020 10:29
Salam. maşını almadan deyin sənədləri özü həll etsin. Ölmüş adamın hüququ varisi, arvadı, əri, övladlarından biri yeni etibarnamə verə bilər. Ya da məhkəməyə müraciət edərək maşını almağınızı əsaslandırıb məhkəmə qərarı ilə maşını öz adınıza keçirə bilərsiniz
Avtosfer.az | 9 Avqust 2020 01:57
katigoriya artimi mende B dir ama.AB isyeyirem nece edim??
Rufat | 31 İyul 2020 03:40
Yenidən imtahan vermək lazımdır. A keteqoriyası üzrə özünüz də hazırlaşıb imtahandan keçə bilərsiniz
Avtosfer.az | 9 Avqust 2020 01:58
Salam dairede masin daxil olmubsa kecmeye icaze varmi?
Tebriz | 30 İyul 2020 15:47
Salam. dairə boşdursa əlbəttə keçmək olar
Avtosfer.az | 9 Avqust 2020 01:59
Salam.. wirket nomresi ile olke xaricine cixmag ucun hansi senedler lazimdi?
Rehim | 29 İyul 2020 19:48
Salam. etibarnamə və onun tərcüməsi
Avtosfer.az | 9 Avqust 2020 01:59
Salam. Men masin icazesini hardan ala bilerem?
Etibar | 29 İyul 2020 13:46
Salam. maşın icazəsi nədir? sual aydın deyil
Avtosfer.az | 9 Avqust 2020 02:00
Yol polis iscisi hec bir reyd olmadan hec bir qayda pozuntusu olmadan stosianar post olmada surucunu saxlaya bilermi?
Fexri | 29 İyul 2020 13:34
Hansısa qayda pozuntusu varsa saxlaya bilər. Elə belə saxlamaq olmaz
Avtosfer.az | 9 Avqust 2020 02:00
Salam, men avtomobilin texniki baxışının bitme vaxtını nece öyrene bilerem?
Azər Tahirli | 29 İyul 2020 08:28
Salam. 902 xidmətinə zəng edin
Avtosfer.az | 9 Avqust 2020 02:01
Salam 10FC21099 masinin yesinin tapa bilmirem unvaninada getmisem yoxdur 6 il evvel almisam indide oz adima kecirmek istiyirem onun sahibi olmadan nece ede birem ?
Ismayılov Aslan | 28 İyul 2020 11:21
Salam. etibarnamə ilə keçirmək olar. Yoxdursa məhkəməyə şikayət edin
Avtosfer.az | 9 Avqust 2020 02:01
Salam.etibarnamenin vaxti bitdiyi gun,vaxti nece uzatmaq olar. Masinin aldigim adam Almaniyadadi. Vaxti 27.07.2020-ye qeder idi. Hemin gun getdim dediler mumkun deyil. Coox xahis edirem mene yol gosterin.
Emin | 28 İyul 2020 03:33
Almaniyadan etibarnamə göndərə bilərsə o yolla düzələr. Olmasa məhkəməyə müraciət edin, qərar veriləndən sonra DYP maşını sizin adınıza keçirəcək
Avtosfer.az | 9 Avqust 2020 02:02
Salam neceshiz men 211,1 karantin dovrunde epidemiya eleyhine karantin qaydalarini pozdugum ucun 200azn cerime yazilib hemin vaxt yanimda olan bir yoldasin da sms icazesi yox idi ona da bu madde ile cerime yazilib daha dogrusu her ikimizin sexsiyyet vesiqelerimize baxib qaytardi protokol yazilmadi election qaydada her iki sms menim tel geldi yanimdaki yoldasin protokoluna menjm masinimin nomresi qeyd edilib onun bu cerimeden xeberi yoxdu ve ne ev unvanini bilirem nede nom zeng catmir men oz cerimemi odeyecem eger o odemese menim onun cerimesini odemeliyem? Ya menim masinima hebs qoyulacaq?cunki hemin sexsin protokolunda menim masinimin nomresi oldugu uzun casib qalmisam ki masina hebs duse biler ya yox zehmet deyilse mene de cavab yazardiz Allah razi olsun tesekkur edirem
Elşən | 27 İyul 2020 08:05
Buna görə sizin navtomobilə həbs verilə bilməz.
Avtosfer.az | 21 Sentyabr 2020 13:26
Salam.Gömrükdə qeydiyyatdan keçirmədən maşını müvəqqəti sürmək mümkündür? Mümkündürsə,qaydası nədir?
Fərəc | 25 İyul 2020 19:18
Salam. Bunun üçün gətirdiyiniz avtomobilin üzərində həmin ölkənin qeydiyyat nişanı olmalıdır ki, müvəqqəti sürə biləsiniz.
Avtosfer.az | 21 Sentyabr 2020 13:24
Salam.hyundai markalı aftomobilin qabağ yaylarina 6lıq rezin qoyulsa cerimedi bu?
Farid | 25 İyul 2020 16:11
Salam. Normativ tələbi pozacaqsa qadağandır.
Avtosfer.az | 21 Sentyabr 2020 13:23