Salam. Cerimeler sisteme nece muddet erzinde dusmelidir
Salam. Elektron qərarlar maksimum 1 gün ərzində
Bakı şəhərində daima qeydiyyatda olan və Bakıda işləyən Azərbaycan Respublikasının vətəndaşı, Novruz Bayramı ilə əlaqədar öz xüsusi avtomobili ilə rayona getmişdir və hazırda Bakıya qayıdır. Sual: Bu halda həmin şəxs Operativ Qərargahın qərarına əsasən 14-21 günlük karantinə götürülməlidir ya yox Təşəkkür edirəm!
Karantinə yalnız xəstəliklə bağlı şübhə olan şəxslər aparılır.
Axsaminiz xeyir biz masini oz admiza kecirmey isteyirik bizde olan itibarnamenin son mudeti 16 aprele kimidir bize bir komeyliy gostere bilersizmi
Salam. Yaxınlaşın DYP-yə orada avtomobili qeydiyyata qoyun.
Salam maşının rengini texpasportda 2li etmek istiyirem onun rüsumu ne qederdirMes :ağ-qara masının öz rengi ağdı
Salam. 45 manatdır rüsumu. DYP yə rəsmi müraciət edib icazə alın öncə.
https://dyp.gov.az/?/az/online/
90 BO 768 nömrəli maşının sahibi kimdir
DYP-yə mūaciət edin.
Salam. Avtomobilin yük yerinə neçə kiloqram yükə icazə var
Salam. Hər avtomobildə fərqlidir. Avtomobilin kitabçasina baxin və ya internetdə axtarış verin.
90-RO-661 kimin adınadır
DYP-yə müraciət edin.
Salam mende Vaz 2109 il 1993 avtomobilidir...arxada kemer yeri yoxdur.kemer olmadigina gore ne etmeliyem Suali oxuyanlardan kimdese bele vaz mawini varmi
Salam. Quraşdıra bilərsiniz. Öncə kəmər alın və sonra ustaya gedin quraşdırsın.
salam masini teze almisam.Nomre 99ladir ozumde Semkirde yasayiram indi masin Baki qeydiyyatinda sayilir ya Smkir
Salam. Maşın kimin adınadırsa həmin adamın qeydiyyatda olduğu ünvana aiddir.
Salam!Lada Priora-ya idman usublu yayları quraşdırmağa icaze varYayların sertifikatı var.
Salam. Əgər normativ tələblər pozulursa qadağandır quraşdırmaq. Sertifikatın olub-olmaması önəmli deyil.
Salam menim yol polisinnen iwkayetimi bildirmek isteyirem kime ve hata iwkayetimi bildirim
Salam. https://dyp.gov.az/?/az/online/
Bu linkə daxil olun və xanaları dolduraraq şikayətinizi göndərin.
Salam arxada tehlukesizlik kemeri yoxdusa cerime neqededi
Salam. 50 manat.
Resmi servizde maslnln matoru deyisilende Bas dovlet yol polos idaresinde tekrar rey almaga ehtiyyac var.tex pasporta yazllmasl ucun
Mühərrik quraşdırılandan sonra mənbə sənədi ilə birlikdə BDYP-ya yaxınlaşıb qeydiyyata qoya bilərsiniz.
Salam mashinda sesbogucu iki bashligli qoymaq olur yeni glushitelden chixishi iki dene
Əgər yaraşıq üçün quraşdırırsınızsa heç bir problem yoxdur
salam. maşın 11 aylıq etibarnamə ilə mənim adıma verilib.Etibarnamənin vaxtının bitməsinə 18 gün qalır.Mən hansı tarixə kimi həmin maşını öz adıma sənədləşdirə bilərəm və necə Zəhmət olmasa meil vasitəsilə cavab verərdiniz.Bir rica...
Salam. Etibarnamə bitən tarixə kimi qeydiyyat əməliyyatı etmək olar.
Salam 99 222 nomrenin dovlet rusum neceyedi
Salam. Hərf kombinasiyası fərqlidirsə 500 manat, cüt hərfdirsə 1000 manatdir rüsumu.
Salam.cerimem olub yadimnan cixib odememisem.yol polisi saxlayibki cerimeni 3 aydi odememisen masin dayanacaga getmelidi.cerimeni yerinde odemek olarve birde 50 aznlik cerimeye gore mennen 120 azn pul alib buraxdilar.
Salam. Yerində ödəmək olmur təəssüf. Əgər bank kartınız olarsa onlayn internet vasitəsi ilə ödəyə bilərsiniz. 50 manatlı cəriməyə görə 120 manat ala bilməzlər. Şikayət edin.
Salam sizə Nivanın arxa yaylarının ölü olmağına görə yazmışdım. Təşəkkür edirəm cavablandırdığıvıza görə. Bu səbəbdən mənim maşınımı 2dəfə cərimə meydançasına aparıblar və bildiriblərki bu konstruksiya dəyişikliyidir. Bilmək istərdim hansı maddəni əsas tutub bunun cəriməsi olmadığını DYP əməkdaşına bildirim Mümkünsə tam aydın izah edərdiz. Bir daha təşəkkürümü bildirirəm.
Qeyd edək ki, birincisi yayları siz kəsməmisiniz. Özü ölübsa ona hansı maddə tətbiq edə bilərlər? Elə bir maddə yoxdur. Polis deyə bilər ki istismara yararsız olduğu üçün duracağa aparıram maşını. Amma o fala baxıb bildir ki, maşın istismara yararsızdır? Yayların ölməyi istismara yararsız olmağı demək deyil. Onu hansî polis ele düşünürsə deməli sürücünü aldadır.
Salam. Mənim maşınım Nivadır. Arxa yayları loru dildə desək ölüb və maşının arxa hissəsi qabağa nisbətən aşağıdı. Belə vəziyyətdə məni cərimə gözləyir Və cərimə meydançasına aparıla bilər maşın
Salam. Belə vəziyyətdə sizə heç kim cərimə yaza bilməz. Kimsə yazsa qeyri-qanunidir.
Salam. Mənim sualım yerdə çəkilən məcburi sağa dönmə nişanı barəsindədir. Üzeyir Hacıbəyli küçəsində qaqarin körpüsündən sonrakı 1ci svetafor ən sağdakı zolaqla düzünə hərəkət zamanı DYP CƏRİMƏ YAZDI. Sualım odur ki, həmin yerdəki nişan svetafora çatmamışdan əvvəl yerdə neçə dəfə təlrarlanmalıdı Həmin ərazidə 2 dəfə çəkilib, amma mən bildiyim qədərilə 3 dəfə olmalıdı. Əgər 3 dəfə təkrar olunmalıdırsa onu necə sübut edə bilərəm Çox sağolun!!
Salam. Qanunda 2-3 dəfə yazılıb. Ona görə 2 dəfə də təkrarlana bilər. Əsas da odur ki, qeyd etdiyiniz küçədə sağda 5.8.1 nişanı da quraşdırılıb. Ona görə həmin yolayrıcında tərtib olunmuş qərarlar qanunidir.
Menim xeberim olmadan mene cerme yazilib
DYP-yə rəsmi ərizə yazın.
Salam menim suruculuk vesiqeme 1 il mehdudeyet qoyulub ama mehdudyete ola ola cerme gelib
Salam. Məhdudiyyət qoyulandan sonra sürücülük vəsiqəsini DYP idarəsinə təqdim etmək lazımdır ki, 1 illik müddət hesablanmağa başlasın. Ola bilər ki gələn cərimə əvvəl törədilən xətaya görə olub.
Avtomobilin muherrikini neca deyismek olar və hansi rusumalar ödenmelidi
Sənədi olan mühərrik alın və quraşdırandan sonra 55 manat ödəməklə qeydiyyata qoya bilərsiniz. Amma sənədsiz nömrə alsanız qeydiyyata qoymaq problem olacaq.
Salam arxa kemerin olmamaqina göre cerime ne qederdir
50 manat
Merdekana encirli qesebedine he vaxt avtosus xetti cekilecekbuarada bir avtobus141 nomreli marsurut xetti var oda yarim saatdan bir kecir bele zulm olar.
Salam. Bu barədə Bakı Nəqliyyat Agentliyinə müraciət etməyiniz tövsiyə olunur.
Salam axwaminiz xeyr olsun 10 el 264 nomreli avtomobilin sahibin adresini nece tapmaq olar
Salam. Bu barədə DYP idarəsinə müraciət edin.
Salam men qarşıda geden yük avtomobilinin süreti saatda 30 km az olarsa ve yerde düz xetti oldugu halda mecburi ötm emeliyyati etmək olarmi
Salam. Xeyr ötə bilməzsiniz. Hətta o 20 ilə hərəkət etsə də belə ötə bilməzsiniz. Sovet dövründə qanunda belə bir müddəa olub. Lakin sonra qanundan yığışdırıldı.
Salam.Size muraciet elemishdim radarlarimin unvanima mektub gelmeden qerarlarinin vurulmaqna gore.Demishdiz resmi mektub gelmese qerarlar vurula bilmez ve faizlerinde gelmesi qanunsuzdur.Getdim rayon qaisine naraziliqimi bildirdim,onlarda cavab verdilerki filan nomrenize sms gonderilib.Dedim o nomreni fanarli kohne bir telefona taxib babama vermishem ne bilim ora ne sms gelib.Dedler senin problemmindi.Mene qanuni yolunu deyin bu ishin axrina nece cixim nece eliyim.6-7 radardi hamsininda ustune faiz gelib.Teshekkur.
Salam. Qərar rəsmi çatdırıldıqdan sonra qanuni qüvvəyə minə bilər və 1 aydan sonra üzərinə dəbbə pulu gələ bilər. Rəsmi çatdırılma isə qanunda aydın şəkildə yazılıb. İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsində qeyd olunub ki, "İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir:
57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda:
57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;
57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan. (Ünvana çatdırmaq mümkün olmadıqda yolda saxlayıb protokolu rəsmi qaydada sizə verirlər).
Sms məsələsi qanunda rəsmi çatdırılma hesab edilmir. Məcəllənin 125-ci maddəsində sms yalnız əlavə məlumatlandırma vasitəsi kimi qeyd olunub. Sms-in gəlməyi rəsmi çatdırılma hesab edilə bilməz. Bu maddələri rəhbər tutaraq məhkəməyə və ya DİN-in rəhbərliyinə müraciət edə bilərsiniz.
Salam arxa kemerlerin olmamasına göre cerime ne qederdir
Salam. 50 manat cəriməsi var.
Salam vaz markalı avtomobilin arxa purjunları qızdırıldığda dyp əməkdaşları cərməliyə bilər onuda diyimki purjunlar kəsilmir qızdırılır dişlərinin sayı eyni qaydada qalır
Konstruksiyaya edilmiş bu dəyişiklik normativ tələbləri pozacaqsa qadağandır.