Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Genralni ehtibarname olanda mawin ada kecirdende nomre sahibinden nese senet almaq lazimdidavernis kimi nomreye gore

Ilqar | 11 Yanvar 2020 17:48

Salam. Mülki Məcəllənin tələbinə görə mülkiyyətçidən icazə alınmalıdır. Mülkiyyətçi həm gəlib qeydiyyat prosesində iştirak edib canlı icazə verə bilər, həm də notarial qaydada icazə kağızı verə bilər.

Avtosfer.az | 14 Yanvar 2020 17:02

Salam menim adimda olan mawinimi satmisam genaralni davelnus vermisem yeni mawin almiwamOzume adima kecirtmek isdiyirem hemin satdigim mawinin nomresni yeni aldigim masinin usdune vuracam satdigim mawinin matoru 3.6 ili 2007 yeni aldigim mawin ise 2015 matoru 1.5 menim ne qeder xercim cixae

Abdulla | 10 Yanvar 2020 20:23

Salam. Ümumi 154 manat rüsum tutulmalıdır. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.

Avtosfer.az | 14 Yanvar 2020 17:00

Salam. Vaz2107 de on faralarin sari isig olmasina gore cerime nezerde tutulub Yaxud da duracaga aparila bilermi avtomobil Geyd edim ki lampalar adi lampadir, xsenon yaxudda diod isig deyil. Sadece rengi saridir.

Vusal Ceferov | 10 Yanvar 2020 17:46

Salam. Limon sarı rəng lampaların quraşdırılması qadağandır. Buna görə avtomobil duracağa ağarıla bilər.

Avtosfer.az | 14 Yanvar 2020 16:56

Men masinimin texniki baxisinin bitmesi ve ne zaman yenileneceyi barede melumatlanmaq isdirem.yardimci olarsinizmi

Raman | 10 Yanvar 2020 09:10

Asanpay.az saytında elektron kabinetdən qeydiyyatdan keçin və daha sonra kabinetə daxil olaraq texniki baxışla bağlı məlumat əldə edin. Və yaxud YPX əməkdaşlarından soruşun.

Avtosfer.az | 14 Yanvar 2020 16:55

Salam. Vaz2107de faralarda adi sari isiglara gore avtomobil cerime meydancasina aparila bilermi

Vusal | 10 Yanvar 2020 07:49

Salam. Limon sarı lampaların faraya quraşdırılması qadağandır.

Avtosfer.az | 14 Yanvar 2020 16:54

salam menim masnim vaz2114 markali aftomobildir bir nece desiklik etmek isteyirem DYP-icazesi olaraq texpasport SPORT yazdira bilerembileremse xerci ne olar

Kamran | 8 Yanvar 2020 06:51

Salam. Texpasporta o cür yazının yazılması qanunsuzdur.

Avtosfer.az | 14 Yanvar 2020 16:52

Salam mende nivadi pursinleri kesmemisem arxlar amma asagdi qayi ona cerme medcasina apara biler ya ekis halda cerme yaza biler

Nadir | 7 Yanvar 2020 15:52

Salam. Yaylar kəsilməyibsə polis heç bir şey edə bilməz. 

Avtosfer.az | 14 Yanvar 2020 16:50

Ara mesafesinin cerimesi ne qederdi

Əliəşrəf | 7 Yanvar 2020 08:46

İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi- 40 manat.

Avtosfer.az | 7 Yanvar 2020 14:35

Salam aleykum. Menim 2 avtomobilim var. A avtomobilimde olan qeydiyyat nişanını nömrəni B avtomobiline B dekini ise A ya qoymaq isteyirem. Bunun üçün dövlət rüsumunun qiyməti ne qederdir

Valeh | 3 Yanvar 2020 20:34

Salam. Bununla bağlı DYP- ya rəsmi müraciət edin. Əgər yalnız nömrələr dəyişsə bunun ümumilikdə rüsumu 90 manat olacaq. Yox əgər avtomobil digər şəxsin mülkiyyətinə keçəcəksə, o zaman avtomobilin istehsal ili və mühərrik həcminə görə rüsumlar hesablanmalıdır.

Avtosfer.az | 7 Yanvar 2020 14:34

Salam mənim oğlum qəza törədib maşın sığortalıdır .oğlum başından xəsarət aləb 3 tikiş qoyulub oğluma konpensasiya düşür

Tamella | 3 Yanvar 2020 20:31

Salam. Sürücü oğlunuz olubsa və qəzaya səbəb sizin oğlunuzdursa icbari sığorta ona pul ödəməyəcək. Əgər qəza digər sürücünün ucbatından baş veribsə onda qarşı tərəfin icbari sığortası sizin oğlunuza dəymiş xəsarətin pulunu ödəməlidir.

Avtosfer.az | 7 Yanvar 2020 14:32

Ata ogluna mexsus masini etibarnamesiz idare ede bilermi

NICAT GARAYEV | 3 Yanvar 2020 11:41

Xeyr. Mövcud qanunvericviliyə görə etibarnamə mütləq olmalıdır.

Avtosfer.az | 7 Yanvar 2020 14:28

Salam 30u saat 10:30 yol ezasi baw vermiwdir xesaret alanda var qezani toreden qacib biz 102ye zeng eledik sora bize tehdiqatci zeng eledi sabah burda olun dedi getdik her sey subuta yetirildi kameraylaki gunah ondadi ve qacib mustentiqde menim senetlerime ve masinima el qoydu bele bir qanun varmi zerer cekenin masinini alalarvede zerer vuranin masinina ares qoyulmur deyirki bu halda ares qoyulmur bele qanun varmi zerer ceken hamile qadindi cinayet dasimirmi o nie ares qoyulmur

Pervin | 2 Yanvar 2020 15:58

Salam. Sualınız aydın olmadı. Sizin maşınınızı haradan alıb versinlər?

Avtosfer.az | 7 Yanvar 2020 14:27

Salam 100 luy plyonkaya icaze varmı nivada özümdən arxaya

Serxan isbatov | 31 Dekabr 2019 07:42

Salam. Qanun hələ qüvvəyə minməyib, amma özünüzdən arxada qalan şüşələrə vurulmasına qeyri-rəsmi icazə veriblər.

Avtosfer.az | 7 Yanvar 2020 14:25

99 LC 266 kimin adınadır

Fazil Seyidov | 29 Dekabr 2019 17:00

Onu biz bilmirik. DYP-ya müraciət edin.

Avtosfer.az | 7 Yanvar 2020 14:24

Salam.Avtomobil 96.1.6 nın tələbinə uyğun olaraq yəni edilmiş inzibati xətanın konkret olaraq sürət həddinin 10 km artıq keçməsi ilə cərimələnibsə və sürücü bundan xəbərsiz olubsa xətadan 2 ay keçdikdən sonra avtomobilin saxlanması barədə rəsmi qaydada bildirişi aldıqdan sonra müvafiq cəriməni ödəyirsə avtomobil duracağa qouyla bilərmi və yaxud qanunla necə olmalıdır.Əvvəlcədən təşəkkür edirəm

şəfahət | 28 Dekabr 2019 19:52

Salam. Qərar ünvana göndərilməyibsə cərimənin üzərinə dəbbə pulu gələ bilməz. Əgər ünvana göndərilibsə və siz onu ödəməmisinizsə, sonradan dəbbə pulu ilə birlikdə ödədikdən sonra avtomobil cərimə meydançasına aparıla bilməz. Yox əgər polis saxlayan zaman cərimə ödənilməmiş olsa, onda polis cərimə meydançasına apara bilər.

Avtosfer.az | 7 Yanvar 2020 14:23

Salam.men teze texpasport aldım indi fimir verdim ki alqı satqıda müveqqeti yazılıb arxasna bu ne demekdir

Feqan | 25 Dekabr 2019 18:42

Salam. Avtomobil xaricdən gətiriləndə adətən qeydiyyat zamanı müvəqqəti yazılır. Bir neçə aydan sonra dəyişib müddətsiz etmək olur. Amma bu qanunsuzdur. O halda edilə bilər ki, avtomobil tranzit nömrə ilə yox, həmin ölkənin qeydiyyat nişanı ilə gəlsin və bu səbəbə görə müvəqqəti qeydiyyata alaraq interpola sorğu göndərilir. Sorğuya cavab verilərək avtomobilin oğurluq olmadığı halda müddətsiz qeydiyyat şəhadətnaməsi verilir. Sizdə Azərbaycandan alınan avtomobildir, yoxsa xaricdən gətirilib?

Avtosfer.az | 7 Yanvar 2020 14:01

Salam peredoka cerime varsa nece sururler

Əli | 24 Dekabr 2019 19:59

Salam. Polis saxlayanda məsuliyyətə cəlb edir.

Avtosfer.az | 25 Dekabr 2019 14:50

Salam. Men suruculuk vesiqesi almaq isteyirem musteqil yazirlawmiwam . Mene deqiq melumat lazimdi ki men tibbi arayiwi hardan almaliyam Lazimi dokumentleri hara vermeliyem Mumkundurse mene geniw melumat vererdiniz. Tewekkurler.

Behram | 23 Dekabr 2019 15:04

Salam. Sağlamlıq haqqında arayışı yaşadığınız ünvanın poliklinikasından almalısınız. Bakı şəhər qeydiyyatısınızsa şəxsiyyət vəsiqənizlə birgə Baş Dövlət Yol Polisi idarəsinə yaxınlaşın ora müraciət edin. Və yaxud Baş idarəyə onlayn müraciət edin, onlar sizə imtahanın keçiriləcəyi vaxtla bağlı məlumat verəcək.

Avtosfer.az | 25 Dekabr 2019 14:45

Mene bir 45 manatliq birde 9anqtliq cerime gelib bilmek isteyirem ki bu nedi nece oyrene bilerem

Seyid | 23 Dekabr 2019 05:53

Salam. Texpasportu YPX əməkdaşlarına verin yoxlasınlar. Və yaxud DYP idarəsinə yaxınlaşaraq orada yoxlatdırın.

Avtosfer.az | 25 Dekabr 2019 14:49

Mene bir 45 manatliq birde 9anqtliq cerime gelib bilmek isteyirem ki bu nedi nece oyrene bilerem

Seyid | 22 Dekabr 2019 18:26

Salam. YPX əməkdaşlarından və ya DYP idarəsindən soruşa bilərsiniz.

Avtosfer.az | 25 Dekabr 2019 14:42

Salam Aleykum.. Masinim Sade Nivadi ili 2014Istiyirem Urban Bufer, Diskleri QoyamBilmey istiyirdim Bunula Bagli Cerime Movcuddurmu.Bir sualimda Var Lada Niva Urbancun Duman i Olan Bufer istehsal EliyirO Buferi Alin Dumanni Farasi Qoysam Cerime Yazila Biler.

Mirze | 21 Dekabr 2019 15:35

Salam. Sadə nivaya urban buferləri və diskləri qoya bilərsiniz. Buna görə cərimə nəzərdə tutlmayıb.  Buferin üzərində duman farası yeri varsa duman işıqları quraşdıra bilərsiniz.

Avtosfer.az | 25 Dekabr 2019 14:39

Salam nomremin biri yararsiz hala duwub bir eded nomrenin dovlet rusumu ne qederdi tewekur

Aga | 20 Dekabr 2019 10:35

Salam. Bir ədədi 11 manatdır.

Avtosfer.az | 25 Dekabr 2019 14:35

Salam.Üzürlü sayın vaxtınızı alıram.Keçən gün məni nesimi DYP saxladı ve maşınimin cerime gecikmesine görə hepsi olduğunu bildirdi.men onlara dedim buraxin meni saba aparib cerimeni odeyecem indi yolda qalmayim. DYP texniki pasport ve suruculuk vesiqemi goturdu ve dedi gelersen nesimi Dovlet yol polisine. Meni saxlayan DYP cerimemin texminen 200 manat civarinda oldugunu bildirmisdi. men evde asanpaydan ve odenis terminalindan cerimemi yoxladim 60 manat gosterir. men ne etmeliyem Xais edirem mene istiqamet vererdiz

Yusif | 19 Dekabr 2019 12:41

Salam. Maşını yoxlatdırın görün bəlkə başqa cərimələri də var. Əgər başqa ödənilməmiş cərimələr varsa onları da ödəyin və Nəsimi DYP idarəsindən sənədinizi ödəniş etmədən götürün.

Avtosfer.az | 25 Dekabr 2019 14:34

Nivanin arxa purjini kesilib.Cerimesi ne qederdi Ve qanunla nece tenzimlenir.Maşini duracaqdan nece cixarda bilerem

Resad | 18 Dekabr 2019 16:30

Cəriməsi 150 manatdır. Avtomobil ya evakuatorla təmir yerinə aparılmalıdır, ya da ki, duracaqda düzəldilməlidir.

Avtosfer.az | 25 Dekabr 2019 14:32

Priora spirt purjunlara cərimə yazıla bilərmi

Emir | 18 Dekabr 2019 10:05

Əgər normativ tələblər pozulursa yaza bilərlər. Tövsiyə edirik ki, o cür yayları avtomobilinizə qoymayasınız.

Avtosfer.az | 25 Dekabr 2019 14:26

Salam masin baw etibarname ile mende idi alqi satqi ile kecirtdim dosdumun adina etibarnameni qai menden aldi amma sisdemde hemen etibarname gosderir men hemen avtombili tek ozum idare ede bilerem

Aga | 18 Dekabr 2019 06:41

Salam. Xeyr. Mülkiyyətçi dəyişdiyinə görə yenideən etibarnamə almalısınız. Sizə əvvəlki mülkiyyətçi vermişdi etibarnaməni.

Avtosfer.az | 18 Dekabr 2019 12:33

Salam. Zehmet olmasa deye bilersiniz bu günkü gün arxa yan şüşelere plyonka vurmaq olarmı ve neçe faizli Teşekkür edirik. Sağ olun

Ceyhun | 17 Dekabr 2019 10:45

Salam. Qanunla icazə verilməyib. Amma Daxili İşlər Naziri göstəriş verib ki, avtomobilin arxa qapılarına plyonka vuran sürücüləri heç kim saxlamasın. Ona görə də siz də vura bilərsiniz. Faiz dərəcəsi isə yoxdur.

Avtosfer.az | 18 Dekabr 2019 12:31

4 yolda sfetoforun yaşil işiqinda sola donmek nece olar

samil | 15 Dekabr 2019 11:33

Yaşıl işıq yanan zaman sola dönmə işığını yandıraraq yolayrıcına daxil olun və qarşıdan gələn avtomobillərə yol verdikdən sonra sola dönün.

 

Avtosfer.az | 17 Dekabr 2019 14:32

Salam vaz2107 üçün sport purjun qanunla qadagdırmi yoxsa sertikatla icazesi varmı

Lacin | 13 Dekabr 2019 21:31

Əgər normativ tələbi pozmursunuzsa icazə var. Onuda siz bilə bilməyəcəksiniz. Ona görə zavod quraşdırdığı yayları dəyişməyin.

Avtosfer.az | 17 Dekabr 2019 14:30

Daverniz almaq isdeyirem elektron necə alım

Şəmsi | 12 Dekabr 2019 17:12

Elektor etibarnamə vermək üçün telefonunuza proqram yükləməlisiniz.

Avtosfer.az | 17 Dekabr 2019 14:29