Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Piyada kecidleri ve işiqforunlar artirilmalidi.her yerde olmalidi.cunki iwe ve yaxud gedeceyi yere telesenler olur uzag mesafede olan piyada kecidine getmirler oncun qanunsuz yoldan istifade edirler ve buda hadise yaradir.

orxan | 10 Noyabr 2014 22:55

Yollarda cox ciddi islahatlar aparilmalidir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. 15 noyabr 2014 cü il tarixdə avtomobilimin sığorta müddəti bitir.Bilmək istərdim əgər mən müddət bitən kimi deyil 1 ay sonra bu müddət ərzində avtomobildən istifadə etməyəcəyəm yeni sığorta müqaviləsi bağlasam hər hansı dəbbə pulu və.s ödəməliyəmmi

Aydın | 10 Noyabr 2014 22:55

Salam.xeyr.debbe pulu nezerde tutulmur.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

SALAM. MEN YOLU KECERKEN CERIME OLUNMUSAM 3 AY EVVEL. OZUM TELEBEYEM,BUNA GORE GECIKDIRMISEM ODENISI. BILMEK ISTEYIRDIM INDI HANSI MEBLEGDE CERIME ODEMELIYEM VE INTERNET VASITESI ILE OYRENE BILEREM CERIME MEBLEGIN

XEYAL | 10 Noyabr 2014 22:55

Salam.internetde oyrenmek olmaz.Amma banka yaxinlasib shexsiyyet vesiqesini teqdim etmekle oyrene bilersiniz. iki ay erzinde 1 faiz artib cerimeniz

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Sizə 2 sualım var.1. Rayon qeydiyyatında olan maşının sahibi Bakıda mənə baş etibarnamə verə bilər Onda hara müraciət olunur2. Rayon qeydiyyatında olan maşının nömrə nişanını saxlayıb, özünü Bakı qeydiyyatında olan vətəndaşa satsam hansı proseduralar və sənədlər lazım olacaqƏvvəlcədən təşəkkürlər...

Subhan | 10 Noyabr 2014 22:55

Salam. Cavab: 1. Rayon qeydiyyatında olan avtomobilə dair Bakıda etibarnamə verməyin heç bir problemi yoxdur. Bunun üçün istənilən notariusa yaxınlaşmalısınız.

 

 

2.Rayon qeydiyyatında olan maşının nömrə nişanını saxlayıb, özünü Bakı qeydiyyatında olan vətəndaşa satmaq üşün həm siz, həm də alan adam şəxsiyyət vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini (texposportu) DYP-nin qeydiyyat-imtahan məntəqəsinə təqdim etməlisiniz. Bütün prosedur orada həyata keçiriləcək və orada dövlət rüsumlarını da banka ödəyib qəbzini təqdim edəcəksiniz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

bu gencede yol polisderinin ozbasinaligina kim yox deyecek

samir | 10 Noyabr 2014 22:55

Ne problem var orda?

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.DYP əməkdaşlarının bəziləri sürücüləri saxlayan zaman özlərini təqdim etmirlər.Yaxın günlərdə mən belə bir hadisə ilə üzləşmişəm.Məni saxlayan DYP əməkdaşı özünü təqdim etmədən başını pəncərədən içəri soxub içmisən dedi.Bu mənə pis təsir etdi və ondan sənədlərini təqdim etməyini tələb etdim.Onun üstünə getdiyimi görüb özünü itirdi və sənədlərimi yoxlamadan bağışlayın elə bildim içkilisiniz dedi.Hadisə Nizami rayonu Qara Qarayev prospektində olub, onun gənc olmasını nəzərə alıb DYP avtomobilinin nömrəsini yazmıram.Sualım belədir.Vətəndaş DYP əməkdaşından sənədlərini təqdim etməsini tələb edə bilərmiƏvvəlcədən təşəkkürümü bildirirəm

Zahir | 10 Noyabr 2014 22:55

Salam, Beli,teleb ede biler. DYP emekdasi surucunu saxlayirsa,ozunu tam aydin ve etik qaydalara uygun teqdim ederek toredilmis inzibati xeta barede melumat vermelidir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam men naxcivan qydiyatindayam men afto wkolu 5 il bundan qabax oxumuwam ama bakida yawayiram menim bakida imtahan verib pravami almak isteyirem ama ala bilmirem naxcivana gedin deyiler naxcivana getdiyimde mene orda deyilerki senin orda oxudugun afto wkol meektebinin senetleri gecerli deyil gel burda 3 ay oxu sonra menimde orda qalmaga 3 ay mektebe getmeye imkanim yoxdur menim ailem uwaxlarim bakidadir evim bakidadir iwim burdadi mene nece komeklik ede bilersiniz indiden cavabiniz icin tesekur ederim

tariyel | 10 Noyabr 2014 22:55

Salam. Dediyiniz halda sizə Naxçıvanda deyilənlər tam qanunsuzdur. Siz məktəbi harada oxumağınızdan asılı olmayaraq yaşadığınız yerdə (Naxçıvanda) imtahan verə bilərsiniz. Amma əgər Bakıda yaşayıb-işləyirsinizsə, müvəqqəti Bakıda qeydiyyatda olma barəsində pasportstoldan arayış alaraq gedib Bakıda imtahan verə bilərsiniz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Maşını Beyləqan rayonun qeydiyyatına salmaq və dövlət qeydiyyat nişanını almaq üçün hara getməliyəm Beyləqan şəhəri Dövlət Yol Polisi idarəsinə yoxsa birbaşa Ağcabədi rayonunda 6 saylı rayonlararası qeydiyyat-imtahan məntəqəsinə Əvvəlcədən təşəkkürlər.

Orxan | 10 Noyabr 2014 22:55

Salam. Ağcabədiye getmek lazimdir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Xarici nov minik avtomobillerde atmosfere atilan tustunun miqdari ne qeder olmalidi

Aga | 10 Noyabr 2014 22:55

Atmosfere atilan zeherli qazlarin miqdarinin normasi minik mashinlarinda eynidir.Ferqli norma yoxdur. Normadan artiq qaz buraxilmasina gore 50 manat cerime nezerde tutulur

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Yolda DYP mənim sənədlərimi yoxlayarkən Bütün sənədlərim yerindəydi lakin avtomobilin tex pasportunu təsadüfən özümlə götürməmişdim onun ksrekopyasını təqdim edərəmsə bu qanun pozuntusu sayıla bilərmi sayılarsa cəriməsi nədir.

Aydın | 10 Noyabr 2014 22:55

Beli,qanun pozuntusu sayilir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam!avtomobile pnevmosistem qurasdirmaga icaze var

Resid | 10 Noyabr 2014 22:55

Salam. söhbət pnevmatik asqılardan gedirsə, bu avtomobilin konstruksiyasına uyğun olmalıdır. Əgər bu sistemi quraşdırandan sonra ağırlıq mərkəzi dəyişərsə, yaxud başqa kənaraçıxma olarsa, buna yol verilə bilməz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Tex pasportda mühərrikinin həcmi 1596 sm yazılıbsa bu 1500 kimi götürülür ya 1600 kimi

Aydın | 10 Noyabr 2014 22:55

1596 elə özü götürülür. Əgər söhbət yol vergisindən gedirsə, fərqi yoxdur, 2000 kub santimetrədək olanlar üçün vergi eynidir - 20 manat.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam Yolda DYP mənim sənədlərimi yoxlayarkən Bütün sənədlərim yerindəydi lakin avtomobilin tex pasportunu təsadüfən özümlə götürməmişdim onun ksrekopyasını təqdim edərəmsə bu qanun pozuntusu sayıla bilərmi

Aydın | 10 Noyabr 2014 22:55

Salam. Bəli, bu qanun pozuntusudur. Sürücüdə qeydiyyat şəhadətnaməsinin əsli olmalıdır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.07 mashindi,qabaq faradaki donme ishiqlarni Amerkanka deyilen formada qurashdirilib,yeni on ishiqlarlabirlikde krilodakilar yox ancaq on faradaki donme ishiqlari yaniq qalir.Dyp saxliyib bunun konstruksia deyishikliyi oldugunu dedi.Bilmek istiyiremki bu konstruksia deyishikliyi sayilirmiVe birde men dedimki yerinde duzelish ede bilerem,eger yerinde onu aradan qaldira bileremse konstruksia deyishikliyi yazilirmi

Ismayil | 10 Noyabr 2014 22:55

Salam. Bu hal konstruksiya dəyişikliyi sayıla bilər və bunun yerində aradan qaldırılması məsuliyyəti istisna etmir. Yerində texniki nasazlığı aradan qaldırmaq nasazlığı istisna edir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

xaricden avtomobil Azərbaycana gətirilərsə neçə müddət Azərbaycan da sürmək olar, və birdə depozit qoyanda nə qədər qoymalı və onda neçə müddət olur

Asem | 10 Noyabr 2014 22:55

Sual tam aydın deyil. Xaricdən gətirilən avtomobilin müvəqqəti və ya daimi gətirilməsindən, habelə xaricdə qeydiyyatdan çıxarılmaqla (alınaraq) və ya qeydiyyatdan çıxarılmadan gətirilməsindən asılı olaraq müddət fərqlidir. Depoziti isə gömrük orqanı gətirilən avtomobilin növünə, istehsal ikinə və s. uyğun olaraq müəyyən edir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam.qeza toretmeyen yeni nasaz olan avtomobili oz minik avtomobilimle buksir edib mueyyen mesafe aparmaq olarmietrafli melumat xaiw edirem

Turgay | 10 Noyabr 2014 22:55

Salam. əgər həmin nasaz avtomobilin texniki istismar qaydaları buna imkan verirsə, onu yedəyə almaq olar. Sadəcə olaraq, yedəyə almanın bütün şərtlərinə riayət edilməlidir. Nəzərə almaq lazımdır ki, tormozu və sükanı nasaz olan avtomobili yalnız sərt birləçdirici ilə və ya yarı yüklənmiş vəziyyətdə yedəyə almaq olar. Əsas diqqət yedəyə almanın şərtlərinə riayət etməyə yönəlməlidir(hər iki avtomobildə işıq cihazlarından istifadə, hər iki avtomobildə sürücü olması və s.)

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam . YPX şəhərdə heç bir səbəb olmadan hər hansı nəqliyyat vasitəsini saxlaya bilərmiYPX bunu intensiv hala gətiribsə nə etmək olar

Elvin | 10 Noyabr 2014 22:55

YPX stasionar postdan kənarda heç bir səbəb olmadan nəqliyyat vasitəsini dayandıra bilməz. Əgər belə hal olarsa, YPX əməkdaşının həmin hərəkətindən onunrəhbərliyinə, o cümlədən DİN-ə şikayət edə bilərsiniz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Atomilin qabaq nomresinin bayraqi pozulub tek bayraq qalan yerler salamatdi men nomreni deyiwmeliyim birde tek qabaq nomrenin rusumu nedi

Aga | 10 Noyabr 2014 22:55

20 manata her ikisini deyismek olar

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam masinimin sahibi hebsdedir. ondan etibarname nece almaliyam

Zahid | 10 Noyabr 2014 22:55

Natariusu hebsxanaya aparib orada etibarname ala bilersiniz,

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Bilmək istərdim avtomobil öz adımadır onu 1 etibarnamədə 2 nəfərin adını göstərməklə idarə etməyə verə bilərəmmi

Aydın | 10 Noyabr 2014 22:55

Salam.xeyr.bir etibarnamede yalniz bir neferin adi qeyd oluna biler.Iki nefere ise ayri ayriliqda etibarname vere bilersiniz

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam,saytinizin berpa olduguna gore cox sevindim ve tebrik edirem.3sualim var. Ilk sualim 4.4 matorun yol vergisi neqedderdi Ikinci sual xarici olkeden Azerbaycana 1 ayliq getirilen avtomobili icbari sigorta ve yol vergisi odenilmelidimi Ve 3 sual AZ alta xett TR nomresi tranzit hansi halda verilir ve mudeti neqederdi Cox sagolun

Elvin | 10 Noyabr 2014 22:55

Salam. cox tesekkur edirik. 4.4 motorun yol vergisi 86 manatdır.2. xaricdən Azərbaycana 1 aylıq müvəqqəti gələn avtomobillərdən həm yol vergisi alınır, həm də onların sahibləri mütləq avtomobillərini icbari sığorta etdirməlidirlər. 3. Tranzit nömrə müvəqəti olaraq verilir, 10 gün qüvvədə olur. Bu nömrə təzə alınan maşını qeydiyyat yürinə aparmaq, uçotdan çıxıb başqa qeydiyyat yerinə getmək üçün verilir.

 

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Hər il texniki baxışdan keçməli olan nəqliyyat vasitəsi 2013-cü ildə texniki baxışdan keçməyibsə 2015-ci ildə texniki baxışdan keçərkən keçmədiyi illər üçün cərimə ödəməlidirmi

Elşad | 10 Noyabr 2014 22:55

Salam.Axirinci 1 ilin texniki baxish rusumunu odemek ve yol vergisini vermek lazimdir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

5 yerlik maşında 5nəfər böyük adam və 3 nəfər 8-10 yaşa qədər uşaq minmək olarmı.Bu qayda pozuntusu sayılır. ya yox

Hüseynov Rəzzaq | 10 Noyabr 2014 22:55

Xeyr.qayda pozuntusu sayilmir,

Avtosfer.az | 11 Noyabr 2014 00:13

16 yawli hele wexsiyet vesiqesini almamiw ydni yermeye cerime duwur yolu sehv kecmisen deye qeyd edimki 19 ildiki men her gun o yoldan kevirem

cinare | 10 Noyabr 2014 22:55

Sualiniz aydin deyil axi.Nece cavab verek?Aydin yazin gorek ne meseledir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

SALAM.men 2012-ci ilin Sportecini 2013-cu ilda salondan almisham.Men ne vaxt texniki baxishdan kecirmeliyam avtomobilimi Evvvelceden teshekkur ediram

matanat ibrahimova israfil | 10 Noyabr 2014 22:55

Salam. avtomobil 2017-ci ilde texniki baxisdan kecmelidir. Amma bunu sigirtaya dexli yoxdur.Sigorta her il olmalidir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam.harda sola donme nisani varsa bu geriye donme icaze verirmimeselen yol ayiricisinda ve s

Turgay | 10 Noyabr 2014 22:55

Əgər geriyə dönməni qadağan edən başqa nişan və ya başqa səbəb yoxdursa (məsələn, birtərəfli yolda geriyə dönmək olmaz və s.), bəli. Amma bu halda geriyə ən soldakı zolaqla hərəkət edərək dönmək olar.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

uzr isteyirem.mashinin disk ve tekeri haqda texpasportda hec ne qeyd olunmayib.ne olcusu ne formasi nede hansi olke istehsali.mene bes ypx emekdasi hansi yoxlama sistemi ile deyishildiyini subut edib cerime yaza biler

Turgay | 10 Noyabr 2014 22:55

Bunun sdandarti var. Avtomobilin uzerinde zavod istehsalindan bashqa deyisiklikler ederken bunun fesadlarini nezere almaq lazimdir.Kim ne isteyir eleye bilmez.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam.bilmek isterdimki 15luk disk tekeri 18 yada 19 ile deyissem cerime varmivarsa hansi madde ile

Turgay | 10 Noyabr 2014 22:55

Avtomobilin disk və təkəri həmin marka və modelə uyğun olmalıdır. Əgər belə olmasa, bu, avadanlığı dəyişdirmə sayılır və buna görə 155.2.2-ci maddə ilə 150 manat cərimə var.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam.nece muddetdi melum sebeblerden sayt ishlemirdi.ilk once tebrik edirem sii ve ishlerinizde hemiwe mohkem olmaniz dileyi ile.bir sozde soruwmaq isterdim.tutaqki mashinin qeydiyat nisani ogurlanib.burda meni hansi prosedur gozleyirxaish edirem etrafli melumat veresi

Turgay | 10 Noyabr 2014 22:55

Salam. cox sagolun. Qeydiyyat nisani ogurlanirsa, bu barede yerli polis bolmesine melumat verin. Arasdirma aparilmalidir. Nomre tapilmadigi halda hemin nomre legv edilir ve size yeni qeydiyyat nishani verilir

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Zabrat dairesinden kurdexani yol nisani arasinda hereket sureti minik avtomobolleri ucun necedir

Qehreman | 10 Noyabr 2014 22:55

Yasayis yerinde hereket sureti 60 km/saat olur. Basqa suret heddi tetbiq olunursa, yeqin ki, orada yol nisani qoyulub, ona baxmaq lazimdir

Avtosfer.az | 11 Noyabr 2014 00:13