Bir həftədən çoxdur dənizdə qalan neftçilərlə bağlı AÇIQLAMA

“Azneft” İstehsalat Birliyinin Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3-cü mədəninin 70-80 nəfər işçisi artıq 5 gündür ki, növbə dəyişə bilmirlər. Noyabr ayının 5-dən növbə dəyişilməli idi. Nə vaxt dəyişiləcəkləri məlum deyil. İnsanlar dənizdə qalıb, su, çörək, yemək, siqaretləri bitib”.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında iki gün əvvəl “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı yazıb.
O qeyd edib ki, işçilərə gəminin nə vaxt olacağı barədə dəqiq məlumat verilmir: “Vəziyyət çox acınacaqlıdır. Mövcud vəziyyət həm işə gələ bilməyənlərin, həm də dənizdə olanların psixologiyasına təsir edir. Neftçi nə qədər suyun üstündə ağır şəraitdə qalmalıdır?”
Problemlə bağlı SOCAR-a müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, “Azneft” İstehsalat Birliyinin (İB) dənizdə yerləşən neft və qazçıxarma idarələrində çalışan əməkdaşların növbə dəyişməsinin əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınması dəniz əməliyyatlarına xas olan və vaxtaşırı baş verən hallardandır: “Bu baxımdan, N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3 saylı neft və qazçıxarma sahəsində, eləcə də dənizdə yerləşən digər idarələrdə çalışan işçilərin növbə dəyişməsində yaranan gecikmənin əsas səbəbi Xəzər dənizində son günlər müşahidə olunan güclü külək və fırtınalı hava şəraitidir. Bu xüsusda hava şəraiti imkan verdikdə mövcud gəmi resurslarından səmərəli istifadə olunması, alternativ gəmilərin cəlb edilməsi və aidiyyəti qurumlarla zəruri koordinasiya tədbirlərinin həyata keçirilməsi yolu ilə növbə dəyişməsi təmin ediləcək.
Eyni zamanda, növbə dəyişmə müddətinin uzanması nəzərə alınaraq yedək və digər təyinatlı gəmilər vasitəsilə dəniz özüllərinə zəruri ərzaq və içməli su ehtiyatlarının çatdırılması təmin edilir. Beləliklə, dəniz özüllərində çalışan əməkdaşların gündəlik tələbatlarının ödənilməsində hər hansı çətinlik mövcud deyil”.
Açıqlamada, həmçinin qeyd olunub ki, mövcud hava proqnozlarına əsasən, əlverişli hava şəraitinin gözlənildiyi 14 noyabr tarixindən etibarən “Azneft” İB-nin dəniz platformalarında növbədəyişmə əməliyyatlarının normal rejimdə bərpası planlaşdırılır: “Bununla belə, ayrı-ayrı dəniz ərazilərində növbədəyişmə əməliyyatları mərhələli şəkildə davam etdirilir. Hər zaman olduğu kimi, əsas məqsəd növbədəyişmə əməliyyatlarının dənizdə təhlükəsizlik tələblərinə tam riayət olunmaqla həyata keçirilməsidir”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












