SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

salam men hansi mehkemeye muraciet etmeliyem xahis edirem mene basha salardiniz

Cavid | 9 Fevral 2015 17:20

Salam. Kimden shikayet edirsinizse onun qeydiyyatda oldugu rayonun mehkemesine muraciet edin

Avtosfer.az | 10 Fevral 2015 11:08

Bakı 2015 Avropa oyunları günlərində şirkətimizə məxsus avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün buraxılış nişanlarını haradan alacağımız haqda məlumat verməyinizi xahiş edirəm.Nəzərinizə çatdırım ki,MİS və komendantlar məlumatsızdır.

Loğman | 9 Fevral 2015 11:01

Icra hakimiyyetine ve ya belediyyeye muraciet edin

Avtosfer.az | 9 Fevral 2015 16:18

Yol qanunlarına dəyişiklik adlı məqalə yazmısınız burda.Dəyişiklikdən biri 52 ci maddəylə baglıdı,yolun hərəkət hissəsində dayanmaq və durmaq qadagan edilib.bu nə dəyişikliyidiki Yol çiyni oldugu halda hərəkət hissəsində dayanmaq onsuzda qadagan.Mən belə başa düşdüm ki şəhərdə yol çiyni olmadığı heç hərəkət hissəsindədə saxlaya bilmərik.elədi

sevil zamanova | 9 Fevral 2015 10:49

Dediyiniz dəyişiklıklər sırf texniki xarakter daşıyır. Onların heç biri yol hərəkəti qaydalarına, o cümlədən 52-ci maddədə nəzərdə tutulan daynma və durma qaydalarına dəyişiklik etmir.

Avtosfer.az | 10 Fevral 2015 11:08

Avtomobili idare ederken iwiqfora catdigim zaman yawil iwiq sari iwiqla deyiwdi. Men yolumu davam edib sari iwiqda kecdim. Yolu tam olaraq hetda eks yolun terefindeki iwiqforuda sari iwiqda kecdim. Bu halda DYP mene cerime yaza biler

Teymur Əhmədov | 9 Fevral 2015 01:22

Sari ishiqda hereketi davam etdirmek yolverilmezdir. Cerime yaza biler. Sari ishiq sayrisarken kecmek mumkundur. Amma sari ishiq yanirsa, o zaman kecmek qadagandir

Avtosfer.az | 9 Fevral 2015 02:07

Salam.Zolaqlarda yol ayriclarinda oxlarla gosterilen istiqamete gedmey mecburidirmiEger mecburidirse,men qonaq oldugum halda evvelceden hansi terefe doneceyimi qabaqcadan bilmediyim ucun yalniz yol ayricna catanan sora qerar veriremse onda zolaqin ustunde gosterilen isharenin telebini pozmali oluramYeni nece ede bileremki qabaqcadan bilimki zolaqai vaxtinda duz tutum

Ismayil | 8 Fevral 2015 23:24

Salam.zolaqlar ona yaxinlasanda cekilmir ki. Evvelceden yol nisanlar,nisanlama xetleri qoyulur,xeberdarliq edilir. Nisanlara diqqet elemek lazimdir.Qanunda qonaqlara hansisa guzest nezerde tutulmur. Hereket zamani isharelere ve yol nisanlarina diqqetle baxmaq lazimdir

Avtosfer.az | 9 Fevral 2015 02:20

Salam,bir terefli yolda sagdasolda dayanma durma qadagandir znaki varsa solsag terefde mashin saxlamaq qadagandirmi

Turgay | 8 Fevral 2015 14:02

Sual tam aydin olmadi. Amma nishan varsa, hemin istiqametde saxlamaq olmaz. Yolun bir istiqametindeki qadaganedici nishan diger istiqamete aid deyil.

Avtosfer.az | 9 Fevral 2015 02:23

Salam. Men 7 aydir Lexus RX300 90-NM-197 markali masini almisam. Ancaq hele masini adima kecirmemisem. Hal hazirda etibarnamegeneralni ile sururem. Ozum Semkir qeydiyyatindayam ama herbici oldugum ucun basqa yerde yasayiram. Indi bilmek isteyiremki masini oz adima nece kecire bilerem ve nomre masinin ustunde qala bilermi Evvelceden tesekkur edirem.

Meherrem | 6 Fevral 2015 23:30

Salam. Masini oz adiniza o halda kecire bilersiniz ki, sahibi gelsin,alqi-satqi muqavilesi imzalasin. Bele de, davernostla da yaxin adamlarinizdan birinin adina kecire bilersiniz,ondan davernost alarsiniz.o daha etibarli olar. Nomreni de mashinin ustunde saxlamaga tam ixtiyarsiniz var. Qanun buna imkan verir.

Avtosfer.az | 7 Fevral 2015 00:17

salam men rusiyadan piriora markali aftomobil getirmiwem.1.6 mator,106 at gucu ili 2014.rastamowka etmey ucun dovlet rusumu ne qederdir.

Deyanet | 6 Fevral 2015 02:49

Salam. bunu rusum.az saytında gömrük kalkulyatoru vasitəsilə özünüz hesablayın.

Avtosfer.az | 6 Fevral 2015 17:09

İki tərəfli yolda yerdə qoşa xətt var və mən tərəfdən qırıq qırıq xəttdə var.Həmin yerdə sola və yaxud geriyə dönmə nişanı,nişanlanma xətti yoxdursa mən həmin yerdən sola və geriyə dönə bilərəm

sevil zamanova | 5 Fevral 2015 19:56

dediyiniz yerdə geriyə və sola dönməni qadağan eden heç bir nişan yoxdursa və dediyiniz kimidirsə, geriyə və sola dönmə tam olaraq qaydalar çərçivəsindədir.

Avtosfer.az | 6 Fevral 2015 17:09

salam men 21 oktyabr taixinde dovlet yol polisi terefinden qanunsuz olaraq saxlanilmisam.Inspektmene inzibati xetaya gore protokol yazib.men ise protokolda oz shikayetimi bildirmisem.yol polisi ishcisi mene dediki 15 gun erzinde sene zeng olacaq ve kamer vasitesi ile baxilacaq.lakin buna baxmayaraq dovlet yol polisi hec bir qebz vermeden menim protokulumu sisteme kocurub ve uzerine faiz gelib .xahis edirem men ne etmeliyem mene komey edin.

Cavid | 5 Fevral 2015 18:50

Salam. Əgər hər şey qeyd etdiyiniz kimidirsə, onda bu məsələdə prosedur qaydaları pozulub. Siz həmin DYP orqanına müraciət edin, barənizdəki qərarı rəsmi şəkildə əldə edin və bu qərardan məhkəməyə şikayət edin.

Avtosfer.az | 6 Fevral 2015 15:45

Sualım belədir.5.3 nişanı yəni avtomobil yolu nişanının təsir sahəsində sürət nə qədər olmalıdır 43 cü maddənin 4 cü hissəsində göstərilib ki avtomagistrallara aid olan tələblər 5.3 nişanı olan yollarada şamil olunur.Həmin maddədə sürətlə baglı bir müddəa olmadıgı üçün məncə sürət 110 olmalıdı.amma Talıbovun kitabında,minik avtomobilləri üçün 5.3 nişanında sürət 90 göatərilib. Bu nə dərəcədə düzgündür Düzgündürsə hansı maddəylə nizamlanır

sevil zamanova | 4 Fevral 2015 23:12

Bütün yollar üçün sürət rejimini "Yol hərəkəti haqqında" Qanun tənzimləyir. Həmin qanun isə yalnız avtomagistral üçün fərqli rejim nəzərdə tutur. Ona görə də 5.3 nişanı olan yolda maksimal sürət 90 km/saat-dır.

Avtosfer.az | 5 Fevral 2015 15:11

Salam.DYP məni saladığı halda mən jurnalist olmasam belə bu prosesi mən videoya çəkə bilərəm

Nicat | 4 Fevral 2015 15:17

Salam.Ceke bilersiniz!

Avtosfer.az | 4 Fevral 2015 19:00

salam. mashin radara dushub mene bildirish gelmeyib.mashina hebs qoyula bilermi.sisteme vurulmayib yeni qerar yoxdu. saq olun

zeynal | 3 Fevral 2015 23:56

Salam. Belə olan halda heç bir həbs ola bilməz, çünki qüvvəyə minmiş qərar yoxdur.

Avtosfer.az | 4 Fevral 2015 22:20

salam.mən lada 2172 maşınıma xenon lampa qoymuşam bunun cəriməsi varmı.ya yox

huseyn | 3 Fevral 2015 19:56

Salam. Duman faralaarına qoymusunuzsa, sizi 150 manat cərimə gözləyir. Digər faralara qoyduğunuz ksenon avtomobilin modelinə uyğundursa və i.ığın paylanmasında tələblər pozulmursa, problem olmmaz. Amma digər faralar üçün də standartlar və şərtlər pozularsa, yenə 150 manat cərimə oluna bilərsiniz.

Avtosfer.az | 4 Fevral 2015 22:24

Salam10.01.2015 də qəza keçirmişəm. Təqsirləndirən sürücünün icbari sığortası ATA Sığorta tərəfindən olunub. 14.01.2015 də bütün sənədlərqüsr aktı, sərxoşluq haqda, forma 4 vəs. Gəncə fililına təqdim olunub. 26.01.2015 tarixinə qədər mənə heç bir məlumat verilimədi. Elektron sorğularıma cavab verilmədi daha sonra 20.01.2015 tarixində Ata sığorta ümumi şöbəyə ordan isə başqa bir şöbəyə nəhayət sənəd şöbəsinə zəng etdim, mənə 1 saat içində xəbər verəcəklərini dedilər sonra heç danışığı bitirməmiş dedilər ki, sənəd əksidki , guya forma 4 sərxoşluq haqda olan xana birdə sürücülük hüququ olan xana boşdur. Əslində hər iki sürücün sərxoşluq aktları sənədlər arasında var idi ümumiyyətlə sənədlərdə əksiklik yox idi , əksik doldurulduğunu iddia etdikləri sənədi göndərmədilər dedilər guya baş ofisdəymiş Sənədlər Gəncə ofisinə yollayacıq dedilər Gəncə ofisi isə bu səndələri alıb mənim yenidən Mingəçevir şəhərinə polis şöbəsinə gedib doldurdaraq Gəncə ofisinə təqdim etməli olduğumu dedilər. Maliyyə Nazirliyi Dövlət Sığorta Xidmətinə məktub yazdım yalnız bundan sonra 28.01.2015 də mənə İSB nömrəsindən ``28.01.2015-li sığorta tələbiniz qeydiyyta alınmışdır`` məzmunlu sms gəldi. 30.01.2015 tarixində Gəncə ofisindən sənədləri alaraq Mingəçevir şəhər polis şöbəsinə gedib istədikləri sənədi hazırlayıb Gəncə ofisinə təqdim etmişəm. Hələ də mənə hər hansı məlumat verilməyib. Nə qədər ödəniş edəcəklər və nə vaxt edəcəklər bu haqda heç bir məlumat verilməyib. Sizcə nə etməliyəm

elvin | 3 Fevral 2015 12:15

Salam. İndiyədək etdiklərinizi düz etmisiniz. Amma dediyiniz arayış sığortaya çatandan sonra 7 gün müddətində məsələ həll edilməlidir. Ona görə də bu müddəti də gözləyin, nəticə olmasa, yenə Sığorta nəzarəti xidmətinə şikayət edin.

Avtosfer.az | 3 Fevral 2015 16:53

Salam.Sualım dünən Milli Məclisin deputatı Eldar İbrahimovun yol polisinin ünvanına səsləndirdiyi ittihamla bağlıdır.Yol hərəkətinin tənzimlənməsində millət vəkilləri və ya hər hansı idövlət məmuru üçün güzəşt nəzərdə tutulubmuTəşəkkürlər.

Zahir | 3 Fevral 2015 09:16

Salam. Heç bir güzəşt nəzərdə tutulmur. Sadəcə olaraq MM üzvü məhkəmənin tətbiq etdiyi təhbehlərə (inzibati həbs, əmlak müsadirəsi və s.) xüsusi qaydada - MM-in icazəsi ilə məruz qala bilər. Amma qaydanı deputatın sürücüsü pozarsa, buna əsaslar olduqda onu hətta yerində həbs etmək də olar

Avtosfer.az | 3 Fevral 2015 16:49

Salam. Radara düşmüşəm, 1 aydır ki protokol yazılıb. Banka gedirəm amma sistemə hələ oturmayıb. Bu nə deməkdir Bu haqda kimə və haradan müraciət edim

Subhan | 2 Fevral 2015 16:14

Salam. Siz bununla bagli DYP-nin 902 xidmetine zeng edin

Avtosfer.az | 3 Fevral 2015 16:20

Məni çox düşündürür: Yasamal rayonu Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişdiyi yerdə Favorit mağazası var. Həmin mağazanın qarşısı Haqverdiyev küçəsi daim avtodayanacaq kimi müştəri maşınları ilə dolu olur. Digər tərəfdən yolun hər iki tərəfində taksilər dayanır. Üstəlik burada yolun hər iki üzündə avtobus dayanacağı mövcuddur. Bu bir-birinə paralel dayanacağı 100 metr H.Cavid prospektinə tərəf dəyişmək üçün kimə müraciət edək

Fikrət | 2 Fevral 2015 15:26

Dediyiniz problemlə bağlı Bakı ŞİH-nə, Nəqliyyat Nazirliyinə və Bakı şəhər DYP İdarəsinə müraciət edin. Yaxşı olar ki, bir qrup sakin adından müraciət edin.

Avtosfer.az | 3 Fevral 2015 16:49

Salam mən tbilisi prospekti ile uzu 20 yanvar metrosuna geden yoldan cavadxan küçəsinə dönüş etdim və öz yoluma davam etdim.Cavadxan küçəsindən Hüseynbala Əliyev küçəsinə döndüm və hərəkətə davam etdim.Hüseynbala Əliyev küçəsinin sonunda yol polisin məni teqib etdiyini gördüm və maşını durduraraq nə baş verdiyini öyrənmək istədim.Bu zaman yol polisi mənim maşınımın qarşısında öz xidməti avtomobilini çox kobud şəkildə saxlayaraq məni əmrə tabe olmamaqda günahlandırdı və məndən sənədləri təqdim etməyimi istədi.Mənim sənədlərim evdə qaldığı üçün mən yol polisinə 3 saat ərzində sənədlərimi təqdim edəcəyimi bildirdim.Lkin buna baxmayaraq yol polisi mənim sükanın saö tərəfinə keçməyimi tələb etdi və mənim avtomobilimi cərimə meydançasına apardı.Mən sənədləri 20 dəqiqə ərzində polis işçisinə təqdim etdim lakin yol polisi məni avtoxuliqanlıq protokolu ilə hədələyərək mənim avtomobilimi duracaqdan buraxmadı.İnspektorun dediyinə görə mən tbilisi prospektinden cavadxan küçəsinə dönərkən mənə saxla əmri verilib və mən tabe olmamışam.Mənim avtomobilimin markası ford tranzityük yerində isə dükanlara apardığım çörəklər.Mənim 56 yaşım var.Bilmək istəyirəm mən bu halda kimə və hara şikayət edə bilərəm.xahiş edirəm kömək edəsiniz.Əvvəlcədən təşəkkürlər.

Cavid | 1 Fevral 2015 13:31

Salam. Siz bu barede derhal 902 ve 102 xidmetine zeng edib sikayet edin. O cumleden, mia.gov.az saytina daxil olaraq daxili isler nazirine birbasa erize ile muraciet ede bilersiniz.

Avtosfer.az | 1 Fevral 2015 23:06

salam men azadliqdan zerife eliyeva kuchesine donen yolda hilton otelinin qarwisinda piyadaya yol vermediyime gore polis saxladi mene piyadalara yol vermemeye gore cerime tetbiq etdi lakin mene 151.2 maddeye esasen protokol yazdi men dyp nin cerimelerine baxdim orda piyadaya yol vermemey 151-3 cu qaninda qeyd olunub mene bune gore elave bal 3 yaziblar ve 60 manat cerime yaziblar ama qaydaya gore 50 manatdi ve balsizdi men bunu nece duzelde bilerem kime muraciyet eliyim zehmet olmasa yazarsiz..

heyder | 31 Yanvar 2015 22:19

Salam. Siz yolayricini kecerken piyadaya yol vermediyinize gore size yolayricini kecme qaydalarini pozmaga gore cerime yaziblar. Onun da cerimesi 60 manat, 3 baldir. Protokol duzgun yazilib.

Avtosfer.az | 1 Fevral 2015 02:33

Etibarnamə əsasında maşın almışam.Keçən ay DYP məni saxlayaraq maşına həbs qoyulduğu dedi.İndi mən hansı yolla maşını öz adıma keçirə bilərəm.Xahiş edirəm izahat verəsiniz.

Rauf | 30 Yanvar 2015 21:42

Siz əvvəl öyrənin görün nə səbəbdən həbs qoyublar. Sonrakı iş məhz bu səbəbdən asılı olacaq.

Avtosfer.az | 31 Yanvar 2015 23:49

Salam!Mən avtomobil aksessurlarının satışı ilə məşğulam.İXM-nin 406.1.6-cı maddəsində əlavə avadanlıq siyahısına aid olanlar birmənalı göstərilmişdir:Bunlar aşağıdakılardır:406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs çoxavazlı və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda. Hörmətli Tural bəy!Bu günlərdə DYP rəsmisi Vaqif Əsədov Xenon lampalarının düzgün quraşdırılmadıqda və tənzimlənmədikdə onlar da əlavə avadanlıq kimi cərimələnəcəklər.Hətta vəzifəli şəxslərin söylədikləri fikirlər belə qanun kimi qəbul edilə,qərar kimi tətbiq edilə bilməz.Sual: DYP xenon lampalara görə əgər cərimələyəcəksə,İXM-nin hansı maddəsini rəhbər tutacaq Nonsens!!!Dərin hörmətlə Vüqar.

Vuqar | 30 Yanvar 2015 18:19

Salam. Sualinizda yazdiginiz Tural beyin kim oldugunu basa dusmedim. Amma Avtosfer.az sayti olaraq cavabimiz beledir ki, İXM-in 406-cı maddəsi əlavə avadanlıqların siyahısını müəyyən etmir. Bu maddə mühafizə olunan duracağa aparılma əsaslarını müəyyən edir. Əsaslardan biri dediyiniz əlavə avadanlıqların olmasıdır. Avtomobilin texniki təchizatını Standartlar tənzimləyir. Hər bir avadanlıq detal, və maşın markası ilə bağlı standartlar var onlara riayət edilməlidir. Bu standartlar pozulduqda isə avtomobil istismar edilə bilməz.

Avtosfer.az | 31 Yanvar 2015 23:51

Orda varki en azi bir hava yastigi ve abs olmalidi,lakin tam ceken yani 4x4 olan ehtiyac yoxdu

Turgay | 30 Yanvar 2015 16:49

Harda var?

Avtosfer.az | 31 Yanvar 2015 02:41

Salam,bilmek isteyirdim azerbaycana idzal ediln mashinlar hansi standartlara cavab vermelidiistehsal olkeleri uzte,esasen rus istehsali maraqlidi mene

Turgay | 30 Yanvar 2015 09:35

Salam, Avro 4 standartina cavab veren butun avtomobiller Azerbaycana getirile biler

Avtosfer.az | 30 Yanvar 2015 16:44

salam, 1 illik etibarnamenin rüsumu nə qədərdir

zaur | 12 Yanvar 2015 14:47

Salam. Yad adama verilirsə, 20 manat, ailə üzvlərinə 10 manat.

Avtosfer.az | 12 Yanvar 2015 18:11

Məncə təhlükəsizlik üçün həmin yolda 70 olmalıdı həm yük həmdə minik avtomobilləri üçün.Bakıda isə ən böyük problemlərdən biri budur ki,yolayırıcında yol ver və ya stop nişanı var digər tərəfdə heç bir nişan yoxdur.həmin digər tərəfə baş yol qoyulmalıdı ki sürücü əvvəkdən bilsin hansı yoldadı.Bakı küçələri sanki tapmacalar kitabıdı.

sevil zamanova | 10 Yanvar 2015 23:40

Indi Azerbaycanda minlerle yol nisani catismir.Siz deyenler de onlardan biridir

Avtosfer.az | 11 Yanvar 2015 01:33

Yəni demək istəyirdim ki,əgər yük avtomobili yaşayış məntəqəsindən kənar yolla hərəkət edirsə avtomagistraldan başqa 70 nişanının olub olmamasından asılı olmayaraq sürət 70 olmalıdı,minik avtomobillərinə sürət 110 olsa belə.

sevil zamanova | 10 Yanvar 2015 22:26

Basa dusdum.Yol nisanlarindan asilidir. Mesele burasindadir ki, bizde yuk masinlari ile bagli gulmeli nisanlar var. Shamaxi yolunda birzolaqli yolda 110 km/saat suret qoyulub. Sonra 90-a dusur.Bir zolaqli yolda 90 suret qoyulub,yuk masinlari ucun ise 70. Mentiqle bele cixir ki, yuk masini 70-le getmelidir.minik masini da 90-la gelib onu vurmalidir. Ikizolaqli yol olsaydi razilasmaq olardi.Amma birzolaqli yolda bunu nece edirlerse adami gulmek tutur sadece.

Avtosfer.az | 10 Yanvar 2015 22:41

salam necesiniz.Bilmek isteyirem kii texniki baxis haqqinda qanun quvveye minibyeni avtomobilden asili olmayaraq rusum 20 manatdi

Rustem | 10 Yanvar 2015 18:37

Salam. Buyurun,bu linke daxil olub oxuyun. Qanun quvveye minib artiq. http://avtosfer.az/news/5190

Avtosfer.az | 10 Yanvar 2015 22:08

Salam bilmek isteyirdim ki suruculuk vesiqesi almaq ucun imtahanlar ayda nece defe kecrilirbirde yaxin gunlerde ne vaxt kecrilecek

aga | 10 Yanvar 2015 14:59

Salam. Bu barede suallara DYP-nin 902 xidmetine zeng ederek cavab ala bilersiniz.

Avtosfer.az | 10 Yanvar 2015 22:09

Qeyd etmisiniz ki,yük maşınları üçün sürət məhdudiyyəti,70 nişanı olan zonada 70 lə getməyi məcbur edir.Amma Yhq-nın 50 ci maddəsinin 4 cü hissəsində yazılıb ki,yük maşınları avtomagistrallarda 90, digər yollarda isə 70 lə getməlidir.Yəni belə başa düşülür ki digər yollarda minik avtomobilləri üçün 110 sürəti qoyulmasına baxmayaraq yük avtomobilləri 70 lə getməlidi.

sevil zamanova | 10 Yanvar 2015 12:57

Sohbet suretin bezi yollarda mehdudlasdirilmasindan gedir,yeni yuk masinlarina aid mehdudlasdirmadan

Avtosfer.az | 10 Yanvar 2015 22:19