SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Piyada kecidineà daxil olan piyadaya yol vermedikde bal yazilr

Amil | 10 Noyabr 2014 22:55

Xeyr. 50 manat cerimesi var

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam ... Menim masinimi 2 hefte bundan qabaq vurmusdular.Demeli inspektgeldi,forma 3 falan hamsi oldu.Gayiya forma 4 gonderilib 13 gun olardi..Amma onlardan helem sigortaya kagiz gondermeyibler 14 cu gundu artiq.masinda qalib servisde sigortadan kagiz gozleyir.sigortada gayidan ne edim menminnetdaram

Tural | 10 Noyabr 2014 22:55

Salam. Siz sığorta şirkətinə müraciət edin. Əgər ləngimə davam etsə,siğorta nəzarəti xidmətinə zəng edin.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

SALAM.Salyan-Bakı magistralında süret heddi 110-dur.Bu yaxınlarda bu yolda yük maşınlarına süret heddi 70 qoyulub.Bilmək istərdim ki bu qadağa kicik tutumlu FORD-TRANZİT markalı yük avtomobilinə də aiddir-ya-yox.

Hüseynov Rəzzaq | 10 Noyabr 2014 22:55

Salam. Ümumiyyətlə, həmin yolda və yaşayış məntəqələrindən kənar, avtomagistral sayılmayan istənilən başqa yolda icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün ən yüksək sürət 70 km/saat-dır. Əgər dediyiniz avtomobilin icazə verilən maksimum kütləsi 3,5 tondan artıqdırsa, bu sürət məhdudiyyəti ona da aiddir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Sizin saytda cəriməni öyrən bölməsində sürücülük vəsiqəsinə görə borcu ancaq qeydiyyatdan keçməklə öyrənmək mümkündür.Əvvələr belə deyildi.Belə çıxır ki ancaq hər kəs özünün borclu olub- olmadığını öyrənə bilər.Başqalarına bu işdə köməklik göstərmək mümkün deyil.Bunu niyə belə eliyiblər.Təşəkkürlər.

Zahir | 10 Noyabr 2014 22:55

Salam. O siztem Daxili Ishler Naziryine mexsus oldugu ucun biz mudaxile ede bilmerik

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Mən radar cərimələrini harada ödəməliyəm və hansı sənədlər tələb olunur.

talıb | 10 Noyabr 2014 22:55

Size gonderilmish protokollarla birlikde banka yaxinlashib odenish eleye bilersiniz

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. neye esasen Huquqsunaslar DYP ye ise qebul olunmur hal hazirda isleyenler var Huquqwunaslardan amma indi qebul etmirsiz niye ...

Fuad Imanov | 10 Noyabr 2014 22:55

Salam.Biz hec kimi ishe goturmuruk axi. Ish ucun Daxili Ishler Naziliyine muraciet edin

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam !! men qardasimin masinini etibarnamesiz sure bilerem biz ikimizde eyin unvada yasayiriq

Elnur | 10 Noyabr 2014 22:55

salam.xeyr.olmaz

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam. menim cesqa deyilen masinim var. matoru 2.8 dir. onun texniki baxisi nece manat tutacaq.

Sehriyar Huseynov | 10 Noyabr 2014 22:55

Salam. 2.8 motor üçün texniki baxış rüsumu 20 manat, yol vergisi 36 manatdır. Cəmi 56 manat.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Vaz 2115-in təkər disklərinin başqa hansı disklərlə əvəz olunması kostruksiya dəyişikliyi hesab olunmur

Azər | 10 Noyabr 2014 22:55

Salam. həmin avtomobilə texniki cəhətdən uyğun gələn istənilən diskdən istifadə oluna bilər.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

weffafliq olcen cihaz olmasa hec bir halda gozeyari teyinetmeden ve cerimeden sohbet gede bilmez.duzdu

turgay | 10 Noyabr 2014 22:55

Mehkemeye muraciet etseniz,yeqin ki, siz haqli cixa bilersiniz

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam, maşın rayon qeydiyyatındadır, bakı qeydiyyatına salmaq isteyirem, ne edim

zaur | 10 Noyabr 2014 22:55

Salam. Bakı qeydiyyatına o halda sala bilərsiniz ki, özünüz (avtomobil sahibi) Bakı qeydiyyatında olsun. Bunun üçün Xırdalanda DYP-nin qeydiyyat-imtahan şöbəsinə getmək lazımdır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

meselen qabaq üuüe üeffafliqi min 70dirsedemeli tundluy max 30 olmalidi,birde bunu hansi servislerde olcdure bilerem,

turgay | 10 Noyabr 2014 22:55

onu olcmeye deyesen hec DYP-de de qurgu yoxdur

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Maşın Bakı qeydiyyatındadır. Rayon qeydiyyatlna salmaq üçün ilk öncə Bakı nömrəsini təhvil verib tranzit nömrəylə rayona getməli yoxsa birbaşa Bakı nömrəsiylə rayona gedib və oradakı qeydiyyat imtahan məntəqəsinə təhvil verməliyəm Əvvəlcə təşəkkürlər.

Orxan | 10 Noyabr 2014 22:55

Salam. Bəli, indi qanun imkan verir ki, birbaşa rayona gedəsiniz. Orada qeydiyyatı həyata keçirməklə nömrən rayon nömrəsinə dəyişəsiniz. Bunun üçün əvvəlcə Bakıya gedib tranzit nömrə almaq lazım deyil.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam hormetli Avtosfer.Tesadufen YPX mashininda olan komputere istinaden bilmishemki 2014cu ilin yanvar ayinda Suraxani rayonu erazisinde radarim var. YPX avtomobilinde yazilmishdiki DIQQET Suraxani rayonu DYP 2ci otaq . ustunden 11aya yaxin vaxt kechmesine baxmayaraq mene ne zeng, ne mektub, ne xeberdarliq gelmeyib. Suruculuk vesiqemi dyp.gov.az saytinda yoxlayiram hech bir cerimem yoxdu. Zehmet olmasa melumat vere bilersinizmi men Suraxani YPX gedim yoxsa hansi addim atimEvvelceden teshekkurler

Vugar | 10 Noyabr 2014 22:55

Salam/ Siz Suraxanı DYP-yə gedin və ya məktub yazın, tələb edin ki, həmin qayda pozuntuları ilə başlı rəsmi sənədləri sizə versinlər. Sənədləri alandan sonra şikayət edə bilərsiniz və ya sadəcə cəriməni ödəyə bilıərsiniz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam mawin menimdi qardawima bagiwlayiram nomrenin deyiwmesini istemirik bunun ucun nomrenin rusumunu odemeliyem

aqa | 10 Noyabr 2014 22:55

Salam,xeyr.nomre deyismeye biler

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Bilmək istərdim ki, mənə məxsus neçə maşın var və onu hara müraciət edib və necə addan çıxartmaq olar Əvvəlcədən təşəkkürllər...

Subhan | 10 Noyabr 2014 22:55

Salam. Qeydiyyatda oldugunuz DYP Shobesine yaxinlasin. Hansi rayondasinizsa,ora gedin. Melumat alacaqsiniz

Avtosfer.az | 11 Noyabr 2014 00:13

uzr isteyirem.qabaq,qabaq yanlar,arxa yanlarin isiq buraxmasi ne qeder olmalidibirdeki meselen men bazardan aldimsa bu wuweleri bu zavod istehsali syilmirher hansi dokument,kagizda almaliyam bu weweye aidya nece

turgay | 10 Noyabr 2014 22:55

Şüşələrin minimal şəffaflığı belədir: qabaq - 75%, qabaq yanlar- 70%. arxa yanlar- 60%. Bunun üçün hər hansı sənədə ehtiyac yoxdur. Şüşələrin şəffaflığı xüsusi aparatla ölçüləndə şəffaflıq belə olmalıdır. Şüşənin də alarkən maşında olması, sonradan qoyulması heç bir əhəmiyyət daşımır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Özüm rayon qeydiyyatındayam Bakı qeydiyyatında olan yaxın qohumumdan İdarəetməyə dair etibarnaməni ASAN xidmətindən ala bilərəmmi

Aydın | 10 Noyabr 2014 22:55

Bəli, ASAN xidmətdən etibarnamə ala bilərsiniz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam Avtomobili mənə verilən sürməyə görə etibarnamə ilə idarə edirəm. Mən maşında olmaq şərtilə, sürücülük vəsiqəsi olan oğlumun avtomobili idarə etməsinə qanun icazə verirmi

Aydın | 10 Noyabr 2014 22:55

Salam. Qanunun hərfi mənasına görə, dediyiniz halda maşını oğlunuzun sürməsində heç bir problem yoxdur. Amma uzun müddət formalaşmış təcrübəyə əsasən DYP bunu inkar edir. Onlar hesab edirlər ki, sizin dediyiniz hal qanuna ziddir.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Avtomobil menim adimadi qardawima bagiwlamaq istiyirem bagiwlanma muqavilesinin rusumu ne qederdi tex pasportun qiymetin bilirem.

qaqaw | 10 Noyabr 2014 22:55

Bağışlanma prosedurunun bütövlükdə rüsumu (texpasport da daxil) 59 manatdır. Əgər bu il texniki baxış da olmalıdırsa, onun rüsumunu və yol vergisini də ödəyəcəksiniz.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Idare etmeye görə verılən etıbarnamə üçün notarıusa toplam nə qədər ödəməlıyəm və xahış edırəm bıldırəsıs yenı sürücülük vəsıqələrının üstündə olan çıplər nə üçündür

Aydın | 10 Noyabr 2014 22:55

Salam. Sürmək üçün etibarnamənin rüsumu 10 manatdır, yaxın qohuma verildikdə isə 5 manatdır. Amma notariuslar adətən artıq pul alırlar.

Sürücülük vəsiqəsinin üstündəki çip vəsiqə sahibi barədə məlumatı əks etdirir, saxtalaşdırmanı istisna etmək üçündür.

 

 

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam.plonka cekmez olmaz bilirem.men el arasinda xamilion suse adlandirilan mehsulun ne qeder qanuni olub olmamasini mueyyenlewdirmek isteyirdim.zavod istehsali olub olmamasindan asili olaraq ve s. etrafli melumat isteyirdim

turga | 10 Noyabr 2014 22:55

Salam/ Xameleon şüşə qadağan deyil, amma xameleonun ən tünd vaxtda işıq buraxması normaya uyğun olmalıdır. Təbii ki, şüşədə güzgü effekti olmamalıdır və şüşə zavod istehsalı olmalıdır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

SalamYolda YPX saxlayib,telefonla danishdigini deyirse,ondan subut yani video goruntu ve ya shekil isteyemeye huququm varmi Yoxsa hec bir subutsuz cerime olunuram

Elvin | 10 Noyabr 2014 22:55

DYP bunu aksar sekilde gorurse,subut onun gorduyu qayda pozuntusu,yazdigi protokol,en esasi da,vicdanidir.Video ve fotoya ehtiyac yoxdur

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam. suruculuy vesiqesi olmadan avtomobili idare etmeyin cerimesi ne qederdir birinci ve ikinci defe.

vusal ehmedov | 10 Noyabr 2014 22:55

Salam. Birinci defe 100 manat,ikinci defe 200 manat

Avtosfer.az | 11 Noyabr 2014 00:13

salam.bilmek isterdimki on wuweye ve qabaq yan arxa yan wuweler tonirovka faizi ne qederdibirde bu zavod istehsali olmalidir ya istenilen usulla hazirlanmish shushelerden istifade etmek oalretrafli melumat zehmet olmasa

turgay | 10 Noyabr 2014 22:55

salam. Qabaq şüşəyə və qabaq yan şüşələrə heç bir halda plyonka çəkmək olmaz. Bu şüşələrin minimal işıq buraxması 75% (qabaq) və 70 % (qabaq yanlar) olmalıdır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

eyni cerime bir hefte erzinde ikinci defe tetbiq edile bilermi sohbet qayda pozuntusu konstruksiya deyishikliynden gedir.

zeynal | 10 Noyabr 2014 22:55

Konstruksiya dəyişikliyi varsa və bu qadağandırsa, həmin vəziyyət aradan qaldırılmamış bu avtomobili sürmək qadağandır. Ona görə də nəinki 1 həftə sonra, hətta hər gün də bu avtomobili belə vəziyyətdə sürən adam cərimələnə bilər. Konstuksiyadakı problem aradan qaldırılmamış bu avtomobil yolda olmamalıdır.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.sentyabr ayinin 30da Neftcala Rayonu Xilli qesebesinde avto qeza olub.10LJ 089 nomreli Qaz 31 10 markali masinla motosiklet toqqusub ve motosikletin sahibi 5 agir sinig alib.qezaya sebeb Qaz 31 10 surucusu ickili olub ve aniden donub.ve qeza olan gunden 24 gun kecmesine baxmayarag helede rayon polisi zerercekenden izahat alamayib.sizce ne etmeliyikzehmet olmasa komk edin

resad | 10 Noyabr 2014 22:55

Salam. Bunun üçün qəzanı araşdıran müstəntiqə yaxınlaşın, ondan məlumat tələb edin. Amma belə istintaq ən azı 2 ay çəkəcək. Ona görə də zərərçəkəni çağırıb dindirəcəklər.

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam.Size bir sualim var: Men avtomobilimi 2011 ilde Azerbaycana getirmisem ve qeydiyyatdan kecirmisem.Avtomobil C280 buraxilis tarixi 28.10.2006 ildir.hercend gelis senedlerinde 2007 yazilmisdi,hetta vin codunu internetde axtaranda ili 2007 cixir Muvafiq olaraq 2011 ve 2012 illerde texniki baxisdan da kecirmisem.Amma 2013 ilde texniki baxisdan kecirmedim chunki yeni qanun cixmisdi.Bu il getdim texniki baxisa mene uzerinde 2015 yazilan texniki baxis bilkasi verdiler. Bu duzgundurmu Axi menim masinim 10 yasi olmasina hele var.Rica edirem etrafli basa salin men 2015 yenede texniki baxisdan kecmeliyem yoxsa ne vaxt. Tesekkur edirem.

Ramazan | 10 Noyabr 2014 22:55

Salam. Siz dedikləriniz tam doğrudur. Amma DYP özü üçün qrafik müəyyən edib və həmin qrafikə əsasən maşınların buraxılış ilinin tək və ya cüt rəqəmli il olmasına uyğun texniki baxış talonu verirlər. Narahat olmayın. Siz avtomobilinizi 2015-də baxışdan keçirəcəksiniz, növbəti dəfə isə artıq 2017-də. Ona görə də bunun elə bir prinsipial əhəmiyyəti yoxdur..

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam. Əvvəla suallırma cavab verdiyiniz üçün Sizə təşəkkür edirəm. Azərbaycanda yəni təkcə Bakıda yox qeydiyyat imtahan məntəqələri hansı günlərdə və hansı saatlarda işləyir

Subhan | 10 Noyabr 2014 22:55

Ish gunleri ve shenbe gunu saat 15.00-a qeder isleyirler.seher saat 9-dan axsam 5-e kimi

Avtosfer.az | 11 Noyabr 2014 00:13

Salam,Goranboy rayonunda qeydiyyatda olan bir vətəndaş Bakı şəhərində yaşayır. Sürücülük vəsiqəsinin əldə edilməsi üçün Bakıda tibbi müayinədən keçmək və imtahani da Bakıda vermək hüququ varƏvvəlcədən təşəkkürlər

Sebuhi | 10 Noyabr 2014 22:55

Imtahani Bakida vere biler. Saglamliq haqqinda tibbi arayishi qeydiyyatda oldugu poliklinikadan almaq lazimdir.Bakida da muveqqeti qeydiyyata dusub almaq olar

Avtosfer.az | 11 Noyabr 2014 00:13