Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Çinin yeni elektrikli velosiped istehsalçısı “Phosgo” günəş panelləri ilə təchiz edilmiş və süni intellekt funksiyalarına malik "Go5 Ultra Solar Bike" adlı velosiped modelini təqdim edib. Avtosfer.az "Bizim.Media"ya istinadla xəbər verir ki, şirkət onu "dünyanın ilk süni intellekt dəstəkli günəş enerjisi ilə özünü dolduran elektrikli velosipedi" adlandırır.
Şirkətin məlumatına görə, velosipedin təkərlərinə inteqrasiya olunmuş günəş panelləri hər gün təxminən 27 kilometr əlavə enerji toplaya bilir. Bu isə gündəlik ümumi gediş məsafəsini 193 kilometrə çatdırır. Normal istifadə zamanı batareyanın 30 günə qədər şəbəkədən enerji doldurulmadan işləyə biləcəyi iddia edilir.
Velosipedə səsli süni intellekt köməkçisi də əlavə olunub. İstifadəçilər səs əmrləri ilə naviqasiya, hava proqnozu, yaxınlıqdakı obyektlərin axtarışı və digər funksiyalardan istifadə edə biləcəklər.
ABŞ bazarı üçün model 750 vattlıq mühərriklə və saatda 45 kilometrədək, Avropa bazarı üçün isə qanunvericiliyə uyğun 250 vattlıq mühərriklə və saatda 25 kilometrədək sürət dəstəyi ilə satışa çıxarılacaq.
Velosipedin "Kickstarter" platformasında kampaniyasına 27 iyulda start veriləcək. İlkin sifariş qiymətinin 1499 ABŞ dollarından başlayacağı açıqlanıb.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










